24 İyun 2022 00:42
1519
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir

Şuşa Bəyannaməsi türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir

 

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin bir ili tamam oldu. İki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi Şuşa Bəyannaməsində əksini tapdı. Bəyannamənin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi. Beynəlxalq hüquqa istinad olunmuş Şuşa Bəyannaməsinin həm qlobal, həm də regional əhəmiyyəti olduqca böyükdür.

Şuşanın azad olunmasından 19 ay, bəyannamənin imzalanmasından isə 12 ay keçir. Aradan ötən zaman sübut etdi ki, türk dövlətləri arasında ilk dəfə imzalanmış olan bu qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd artıq öz müsbət nəticələrini verməkdədir. Türkiyə-Azərbaycan dostluğunun, birliyinin əhəmiyyəti, türk dünyasının mənəvi bütövlüyü üçün də mühümdür. Azərbaycanın və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin bugünkü səviyyəyə çatdırılması digər qardaş xalqların da türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmasına zəmin yaradıb.

Şuşa Bəyannaməsi iki ölkə - Azərbaycan və Türkiyə arasında imzalanıb. Lakin bu sənəd eyni zamanda bütövlükdə bölgənin gələcəyinə təsir göstərmək gücündədir. Belə ki, Şuşa Bəyannaməsinin bölgədə inteqrasiya proseslərinin, yeni sərmayə qoyuluşunun stimullaşdırılmasında əhəmiyyəti böyükdür.

Bəyannamənin birinci ildönümü münasibətilə iyunun 15-də Şuşa şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev konfransın iştirakçılarına müraciətində bir il əvvəl - 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb: "Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun - Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri - "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyən Mustafa Kamal Atatürkün və "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir".

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında vurğulayıb: "İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibətlər istənilən siyasi hadisə, məsələ və prosesin fövqündədir". O, bildirib ki, ölkələrimiz ortaq siyasi iradə və birgə strateji fəaliyyət əsasında yeni reallıqlar yaratmaqla bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırıblar. Yeni mərhələdə Azərbaycan və Türkiyənin təşəbbüsləri, o cümlədən kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. İki qardaş ölkə regionda rifah və inkişaf tərəfdarıdır.

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının baş katibi İsmət Böyükataman çıxışında nəzərə çatdırıb ki, Şuşa Bəyannaməsinin imzalanması, nəinki Türkiyə və Azərbaycan arasında davam edən sıx tərəfdaşlığın artırılması, həmçinin regionda və türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir. O, bu bəyannamənin hər iki dövlətin öz hüquqları çərçivəsində imzalandığını qeyd edib, iki ölkənin davamlı müttəfiqlik əlaqələrinin olması baxımından bu sənədin önəmli rol oynadığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi sonluğudur.

Konfransda bu günlərdə Zəngilan rayonunun Ağalı kəndində inşa olunan "ağıllı kənd"in birinci mərhələsinin açılış mərasiminin keçirildiyi bildirildi, bütün MDB məkanında ilk olan "ağıllı kənd"in həm də azad olunmuş ərazilərə Böyük qayıdışın ilk məntəqəsi olacağı qeyd edildi. "Yaşıl enerji" prinsipi əsasında qurulan bu modern kəndin inşasına bütün dünyada olduğu kimi, qardaş Türkiyədə də böyük maraq göstərildiyi vurğulandı.

Tədbirdə işğaldan azad edilən ərazilərdə mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli işlərin həyata keçirildiyi bildirilib. Bu prosesdə qardaş Türkiyənin də dəstək göstərdiyi diqqətə çatdırılıb. Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığı xüsusi vurğulanıb və qeyd olunub ki, iki ölkənin əməkdaşlığı ilə Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur.

Beynəlxalq konfransda çıxış edənlər Şuşa Bəyannaməsini iki ölkənin birliyinin və qardaşlığının təntənəsi hesab ediblər.

 

Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!