21 Oktyabr 2026 16:56
207
DÜNYA
A- A+
Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  


Rusiya alimləri sürtünmə prosesində materialların kristal strukturunda baş verən dəyişiklikləri real vaxt rejimində izləməyə imkan verən metod hazırlayıblar. Yeni yanaşma materialların aşınma mexanizmlərini daha dərindən öyrənməyə, gələcəkdə isə nəqliyyat, dağ-mədən maşınqayırması və metallurgiya sənayesi üçün daha davamlı materiallar hazırlamağa kömək edə bilər.

Sürtünmə zamanı materialın səthə yaxın təbəqələrində struktur dəyişiklikləri baş verir, qüsurlar toplanır və yeni fazalar yaranır. Bu proseslər materialın xüsusiyyətlərinə və aşınma sürətinə təsir edir. Yağlama vasitələri isə xüsusilə quru və sərhəd yağlanması şəraitində aşınmanın qarşısını həmişə ala bilmir. Alimlərin hazırladığı metod sürtünmə sınaqlarını sinxrotron şüalanması vasitəsilə rentgen difraksiya təsvirlərinin qeydə alınması ilə birləşdirir. Bu, materialın faza tərkibini və kristal strukturunun xüsusiyyətlərini birbaşa sürtünmə zamanı izləməyə imkan verir.

Tədqiqatın müəlliflərindən biri Kemal Emurlayevin sözlərinə görə, sürtünmə zamanı materialın üst təbəqələri dəyişir və bu dəyişikliklər onun sonrakı davranışına əhəmiyyətli təsir göstərir. Yeni metod alimlərə struktur qüsurlarının necə toplandığını, materialın xüsusiyyətlərinin necə dəyişdiyini və yeni fazaların hansı mərhələdə yarandığını müşahidə etməyə şərait yaradır.

Təcrübələr üçün Novosibirsk Dövlət Texniki Universitetində sinxrotron qurğusu ilə birlikdə işləyən xüsusi sürtünmə sınaq maşını hazırlanıb. Qrenobldakı sinxrotronda alüminium, mis, titan, dəmir və müxtəlif polad nümunələri üzərində aparılan sınaqlar metodun effektivliyini təsdiqləyib. Böyük həcmli məlumatların emalı üçün difraksiya təsvirlərini avtomatik təhlil edən və struktur dəyişikliklərini izləyən proqram da yaradılıb. Tədqiqatın nəticələri materialların niyə aşındığını daha yaxşı anlamağa, gələcəkdə daha davamlı ərintilər hazırlamağa və onların istismar şəraitini düzgün seçməyə imkan verə bilər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

D.Tramp: İranla müharibə çox yaxında bitəcək, neft qiymətləri kəskin düşəcək  

16:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə təhlükəli həddə çatır

16:33
21 Oktyabr

Fermerlər üçün aqrar təlimlər təşkil olunub

16:31
21 Oktyabr

Siz hansı türk tayfasındansınız?  

16:19
21 Oktyabr

“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib  

16:03
21 Oktyabr

İranlı general: İnfrastrukturumuz hədəf alınarsa, Hörmüz boğazının dibindən keçən kabelləri məhv edə bilərik  

15:54
21 Oktyabr

Dezinformasiya və kiberhücumlar: hibrid təhdidlərin yeni reallığı  

15:49
21 Oktyabr

Azad edilmiş ərazilərdə sakinlərə cins damazlıq heyvanlar verilir  

15:41
21 Oktyabr

Makron hakimiyyətinin və Fransa demokratiyasının əsl siması  

15:26
21 Oktyabr

Növbəti iki günün hava proqnozu: bölgələrdə yağış yağacaq, dolu düşəcək  

15:14
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib  

15:06
21 Oktyabr

Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib  

15:05
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

15:01
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!