Üzünüzdəki 10 sirli əlamət
Üz quruluşunuza görə hansı türk tayfasının
nəslindənsiniz? Yanaq sümükləriniz, göz quruluşunuz və çənə xəttiniz kökləriniz
haqqında nə deyir? Güzgüyə baxanda bu söylədiklərimizin minilliklərə söykənən genetik bir şifrə
daşıdığını görürsünüzmü?
Qıpçaqların sarışın və əzəmətli görkəmini, oğuzların səciyyəvi üz
cizgilərini, yoxsa tatarların sirli baxışlarını daşıyırsınız? DNT analizi
etdirməzdən əvvəl bədəninizin sizə pıçıldadığı tarixi və mədəni əlamətlərə diqqət
yetirin. Köklərinizi kəşf etməyə imkan verən, üz cizgilərinizə əsaslanan bu təəccüblü
nəsil ağacı bələdçisi ilə tanış olun. Üzünüzdə gizlənən şifrələri çözməyə və əsl
köklərinizi kəşf etməyə hazırsınızsa, əcdadlarınıza
aparacaq heyrətamiz oxşarlıqlarla tanış olun!
Sarışın və açıqgözlü döyüşçülər: qıpçaqlar
(kumanlar)
Gözləriniz
rənglidirsə, saçlarınız sarıya çalırsa və günəşə çıxanda qaralmaq əvəzinə
dəriniz tez qızarırsa, damarlarınızda
böyük ehtimalla Qara dənizin şimalından gələn əfsanəvi və qorxmaz qıpçaq
döyüşçülərinin mirası yatır.
Anadolunun
təməl daşı: oğuzlar (türkmənlər)
Görünüşünüzdə klassik Aralıq
dənizi, Yaxın Şərq və Mərkəzi Asiya xüsusiyyətlərinin qarışığı hiss olunursa,
günəş altında çətinlik çəkmədən xoş bir qarabuğdayı rəng alırsınızsa və
gözləriniz badam formasındadırsa, tarixin gedişatını dəyişən oğuz boylarının
nəslindən gəlmiş ola bilərsiniz.
Çöl övladları: tatarlar
Üzünüzdə sanki bir heykəltəraşın əli ilə formalaşdırılmış kimi
qabarıq yanaq sümükləri və kəskin çənə cizgiləri varsa, gözləriniz isə günəş
işığında rəngi dəyişirmiş kimi fındıq rənginə və ya yaşıla çalırsa, təsirli
baxışları ilə tanınan tatar mənşəli əcdadlarınız, sanki, sizə göz vurur.
Uzaq Asiyanın mirası: Sibir
boyları (yakut və tuvalar)
Gözlərinizin daxili küncünü örtən üst göz qapağı büküşü (epikantus)
varsa, saçlarınız isə formaya düşməyəcək qədər qalın telli və düzdürsə,
əcdadlarınızın Sibirin dondurucu soyuqlarına meydan oxuyaraq bu günə qədər
gəlib çatmış yakut və ya tuva xalqları ilə tarixi bağları ola bilər.
Nəhəng və əzəmətli:
qarluqlar (uyğur mənşəlilər)
Ailənizdə iri cüssəli, enli çiyinli, qalın
sümüklü insanlar çoxluq təşkil edirsə və üzünüz uzunsov deyil, daha çox yumru cizgilərə
malikdirsə, bu əlamətlər sizi oturaq həyat tərzinə erkən keçən, əzəmətli və
uzaqgörən qarluq türklərinin tarixinə aparır!
Qafqazın
qızıl saçlı tacirləri: xəzərlər
Ailənizdə səbəbi bilinməyən şəkildə qırmızı və ya mis rəngli saçlara,
çillərə sahib insanlar varsa və burnunuz qabarıq, səciyyəvi formaya malikdirsə,
İpək Yolunun hakimlərindən biri olmuş sirli və qüdrətli Xəzər türklərinin
mirasını daşıyırsınız.
Dağların möhkəm övladları:
qırğızlar
Üzünüzdə həmişə yüngül çəhrayılıq və ya
qızartı varsa, gözləriniz aydın seçilən badam formasına və ya qıyıq quruluşa
malikdirsə, üstəlik soyuğa qarşı qeyri-adi dərəcədə dözümlüsünüzsə, kökləriniz
birbaşa əzəmətli Tanrı dağlarının ətəklərinə, qırğız xalqının qədim yurduna
gedib çıxa bilər!
İnadkar
və çevik çöl döyüşçüləri: peçenqlər
Əgər “incə qamət
kimi” deyiləcək qədər arıq bədən quruluşunuz, ensiz üzünüz, kəskin və çıxıntılı
sümük cizgiləriniz, baxışlarınızda isə qartal itiliyi varsa, bədəninizdə Bizans
imperiyasına çətin anlar yaşadan peçeneqlərin tükənməz sürəti və çevikliyi
gizlənmiş ola bilər.
Ural dağlarının mülayim
siması: başqırdlar
Üzünüzdə kəskin sümük cizgilərindən çox yumşaq, yumru və uşaqsayağı
xətlər üstünlük təşkil edirsə, dəriniz açıq rənglidirsə, gözləriniz isə bal və
ya fındıq rəngindədirsə, tatar və qıpçaq genlərinin Ural dağlarının təbiəti ilə
qovuşduğu başqırdlarla qohumluğunuzun olması ehtimalı yüksəkdir.
Volqanın sakit və zərif
sakinləri: çuvaşlar
Ailənizdə boy göstəriciləri, adətən, çox yüksək deyilsə, sümükləriniz
incədirsə, üz cizgiləriniz isə daha kiçik və zərif quruluşa malikdirsə, kökləriniz
türk dünyasının ən təcrid olunmuş, dil xüsusiyyətləri baxımından ən qədim
qollarından birinə mənsub olan və Avropanın sərhədlərində yaşayan özünəməxsus
çuvaş xalqına gedib çıxa bilər.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”