Süni şəlalələr
Dünyada fontan olmayan bölgələr demək olar ki, yoxdur. Bu, insan yaradıcılığı olan ilk abadlaşdırma növü sayıla bilər. “Fontan” sözü latın dilindəki “fontana” sözündən yaranıb. Mənası “mənbə”, “bulaq” kimi tərcümə olunur.
Sivilizasiyanın varlığını göstərən fontanların tarixi bir çox kəşfin beşiyi olan Mesopotamiyaya dayanır. Eramızdan əvvəl 2 mininci ildə burada bulaqların hövzələrinə dəyişiklik edilərək təbii yolla fontan yaradılıb. Həmin fəvvarələr indiki görünüşə sahib deyildi. Bilinən ən qədim fontandan əsasən suvarma və içməli su təchizatı kimi istifadə edilirdi. Müasirlərinin əcdadı sayılan bu növlər Misirdə də mövcud idi. Misir freskolarında bağ və əkin sahələrində təsvir olunan fontanları görmək mümkündür. Qədim fars qanunlarında su hər bir bağın məcburi atributu sayılırdı. Buna görə də bağlarda fəvvarələr, çay və şəlalələr getdikcə populyarlaşırdı.
Fəvvarələrin bir mədəniyyət kimi inkişafı yunan və romalılarla sıx bağlıdır. E.ə 6-cı əsrdə yaradılan “şırnaq” ilk dekorativ fontan sayılır. Tarixçilərin sözlərinə görə, Afina, Korinf və digər qədim yunan şəhərlərindəki nümunələrə bulaqlardan və çaylardan su kəmərləri çəkilib. Onlar həmçinin içməli su problemini də həll edib. Belə ki, Afina tiranı Pisistratus tərəfindən meydanda salınan fəvvarə yerli sakinləri içməli su ilə təmin edirmiş.
Yunan fontanları daşdan və mərmərdən hazırlanırdı. Su bürünc borulardan axır və əsasən aslan başını və ya başqa heyvanı təmsil edən heykəllərin ağzından çıxırdı. Yunanıstandakı süni şəlalələrdə su cazibə qüvvəsi ilə axırdı. Bir çox hallarda bu, suyun gur olmasına mane olurdu. Axını sürətləndirmək üçün xüsusi nasoslardan istifadə gözoxşayan mənzərə yaradırdı. Sonrakı vaxtlarda bütün Avropaya yayılan fontanlar bağlarla yanaşı, sarayların daxilində də tikilirdi.
Fəvvarələrə incəsənət nümunəsi kimi yanaşılması ona diqqəti daha da artırmışdı. XVI-XVII əsrlərdə İtaliyanın bir çox şəhərində xüsusi təsvirli heykəllərin yer aldığı möhtəşəm su şırnaqlarına rast gəlinib. Hələ də şəhər dəbi sayılan fontanlara qiymət verilir və onlar dekorativ əhəmiyyəti ilə seçilir. Dünyanın ən böyük fəvvarəsi isə Dubayda yerləşir. O, hətta tikilməmişdən əvvəl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Aydan XƏLİLOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!