19 Avqust 2026 12:10
165
İQTİSADİYYAT
A- A+
Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? 

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? 


Süni intellekt (AI) dövründə startap qurmaq sadəcə asanlaşmayıb, mahiyyət etibarilə dəyişib. Əvvəllər ideyanı məhsula çevirmək üçün böyük komanda, maliyyə və uzun inkişaf prosesi tələb olunurdu. Bu gün isə süni intellekt bu baryerlərin bir hissəsini əhəmiyyətli dərəcədə azaldır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı süni intellekt üzrə ekspert Dilarə Zamanova deyib.

Onun sözlərinə görə, bir insan və ya kiçik komanda süni intellekt vasitəsilə müxtəlif işləri daha sürətli görə bilir.

“Bura kod yazmaq, bazar araşdırması aparmaq, dizayn hazırlamaq, mətn yaratmaq və məlumatları analiz etmək daxildir. “Stanford”un “2026 AI Index” hesabatına görə, 2025-ci ildə təşkilatların 88 faizi ən azı bir biznes funksiyasında süni intellektdən istifadə edib. Ən böyük dəyişikliklərdən biri ideyadan məhsula keçid sürətidir. Süni intellekt ilə ideyanı daha tez prototipləşdirmək, test etmək və istifadəçiyə təqdim etmək mümkündür. Beləliklə, sahibkar ideyanın yaxşı olduğunu düşünməkdən real istifadəçinin istəyini yoxlama mərhələsinə daha tez keçir. Lakin süni intellekt startap qurmağı asanlaşdırdıqca, yaxşı startap qurmağı çətinləşdirir. Çünki məhsul yaratmaq artıq əvvəlki kimi böyük üstünlük deyil. Bir məhsulun prototipini qısa müddətdə yaratmaq mümkündürsə, rəqib də eyni şeyi edə bilər. Buna görə əsas sual “Mən bunu yarada bilərəmmi?” yox, “Mən bunu niyə başqalarından daha yaxşı edə bilərəm?” sualıdır. Süni intellekt, həmçinin startap ideyasının formalaşmasını da dəyişir. Əvvəllər startaplar çox vaxt mövcud xidmətlərin rəqəmsallaşdırılması üzərində qurulurdu. İndi isə insan əməyini və qərarvermə proseslərini məhsula çevirmək mümkündür. Müştəri dəstəyi, satış analizi, sənəd analizi, tərcümə və kontent hazırlanması buna nümunədir. AI problem tapmaq prosesini də sürətləndirir. Müştəri rəyləri, forumlar, şikayətlər və bazar məlumatları analiz edilərək real problemləri müəyyən etmək mümkündür. Bu, xüsusilə kiçik bazarlardan çıxan sahibkarlar üçün əhəmiyyətlidir”, - deyə ekspert vurğulayıb.


Süni intellektin lokal problemdən qlobal məhsul yaratmaq imkanını da artırdığını deyən Dilarə Zamanova bununla belə, süni intellektdən istifadənin avtomatik olaraq innovativ startap yaratmaq demək olmadığını sözlərinə əlavə edib: “Real problemi həll etməyən məhsula süni intellekt əlavə etmək onu yaxşı biznesə çevirmir. Eyni zamanda, süni intellekt ilə oxşar məhsullar yaratmaq asanlaşdığı üçün differensiasiya daha vacib olur. Sadəcə böyük dil modelinin API-sinə qoşulub “AI assistant” yaratmaq güclü rəqabət üstünlüyü sayılmır. Texnologiyaya çıxış demokratikləşdikcə üstünlük modelin özündə deyil, onun hansı problemə və kontekstə tətbiq edilməsində formalaşacaq. Kiçik, çoxfunksiyalı komandalar da daha səmərəli ola bilər. Bir təsisçi süni intellekt vasitəsilə məhsul, marketinq, araşdırma və ilkin texniki işlərin bir hissəsini özü idarə edə bilər. Beləliklə, süni intellekt sahibkarlığı daha demokratik edir, amma rəqabəti də sərtləşdirir. Daha çox insan startap yarada bilir, lakin eyni alətlərdən istifadə edildiyi üçün fərqlənmək çətinləşir. Əsas baryer artıq məhsul yaratmaq deyil, düzgün problemi tapmaq, istifadəçini anlamaq və uzunmüddətli üstünlük yaratmaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

13:10
19 Avqust

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

13:05
19 Avqust

“XTQ qəhrəmanlarının irsi” düşərgəsi layihəsi Masallıda

12:50
19 Avqust

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

12:45
19 Avqust

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

12:40
19 Avqust

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

12:35
19 Avqust

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb 

12:30
19 Avqust

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

12:25
19 Avqust

İran iki fransız diplomatı “persona non grata” elan edib

12:20
19 Avqust

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

12:15
19 Avqust

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? 

12:10
19 Avqust

Naxçıvan gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək

12:05
19 Avqust

Milli Kitabxanada Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 

12:00
19 Avqust

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

11:55
19 Avqust

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq 

11:50
19 Avqust

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

11:45
19 Avqust

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

11:40
19 Avqust

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

11:35
19 Avqust

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

11:30
19 Avqust

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

11:25
19 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

11:20
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!