19 Avqust 2026 12:40
138
İQTİSADİYYAT
A- A+
Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək


bp “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi bildirir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Mərkəzi Azəri” platformasında bu gündən (19 avqust) başlayaraq 11 gün müddətində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.

bp-dən AZƏRTAC-a bildirilib ki, proqramda nəzərdə tutulmuş işlər aparılarkən platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq, çünki hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

“Azəri” sahəsindəki qurğuların həm layihələndirməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edilmiş olduğundan həmin müddət ərzində “Şərqi Azəri” və “Qərbi Azəri” platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq.

Bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir.

Proqram, həmçinin “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsinin icrasına aid bəzi işləri də əhatə edəcək. Bu işlərə qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması daxildir.

“Mərkəzi Azəri”də aparılacaq profilaktik işlər proqramı normal əməliyyatların bir hissəsidir və planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2025-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Hasilatın müvəqqəti azaldılması da bu ilin hasilat planında nəzərdə tutulub.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat və Səngəçal terminalında əməliyyatlar normal davam edəcək.

Profilaktik xidmət, təmir və modifikasiya işlərindən ibarət olan bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

13:10
19 Avqust

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

13:05
19 Avqust

“XTQ qəhrəmanlarının irsi” düşərgəsi layihəsi Masallıda

12:50
19 Avqust

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

12:45
19 Avqust

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

12:40
19 Avqust

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

12:35
19 Avqust

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb 

12:30
19 Avqust

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

12:25
19 Avqust

İran iki fransız diplomatı “persona non grata” elan edib

12:20
19 Avqust

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

12:15
19 Avqust

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? 

12:10
19 Avqust

Naxçıvan gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək

12:05
19 Avqust

Milli Kitabxanada Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 

12:00
19 Avqust

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

11:55
19 Avqust

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq 

11:50
19 Avqust

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

11:45
19 Avqust

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

11:40
19 Avqust

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

11:35
19 Avqust

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

11:30
19 Avqust

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

11:25
19 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

11:20
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!