26 May 2023 15:08
460
DÜNYA
A- A+

Süni intellekt "Amazon" və Google"u çökdürəcək - XƏBƏRDARLIQ

 

Süni intellektlə bağlı yeni açıqlama "Microsoft"un qurucusu Bill Qeytsdən gəlib. Açıqlamada Qeyts süni intellektin "Google" və "Amazon"un sonunu gətirəcəyini iddia edib.

Bu günlərdə ABŞ-ın San-Fransisko şəhərində süni intellektlə bağlı tədbir keçirilib. "AI Forward 2023" adlı tədbirdə Microsoft-un qurucusu Bill Qeyts də iştirak edib. O, açıqlamasında Amazon və Google-un məhsuldar süni intellektlə sona çata biləcəyini deyib:"Şəxsi köməkçini kimin qazanmasından asılı olmayaraq, bu böyük bir uğur sayılacaq. Çünki bir daha heç vaxt axtarış sistemində olmayacaqsınız... Bir daha Amazonda olmayacaqsınız."

Çıxışının davamında insan vərdişlərinin dəyişəcəyinə işarə edən Qeyts mavi yaxalı işçilərin yerini insanabənzər robotların alacağını bildirib.

 

Səbuhi Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video