21 Aprel 2024 09:25
978
İQTİSADİYYAT
A- A+
Sumqayıtın bulvarı bir möcüzədir

Sumqayıtın bulvarı bir möcüzədir

 

Bir neçə ölkədə onun oxşarı yaradılır

 

1949-cu ildə Azərbaycanın xəritəsinə yeni bir şəhərin adı yazıldı. Elə bir şəhərin ki, buraya nəinki respublikanın, hətta keçmiş ittifaqın hər tərəfindən qurub-yaradan insanlar axışdı. Sumqayıt həmin insanların zəhməti ilə böyüdü, şan-şöhrət tapdı. 
Sumqayıtın başqa bir adı da var - gənclik şəhəri. Yəqin ki, qurucularının çoxunun cavanlar olduğu üçün veriblər bu adı. Gənclik şəhəri yaşa dolsa da, onun bu statusu dəyişmir, baxmayaraq ki, boy atdığından, sağa-sola doğru genişləndiyindən və artıq az qala paytaxtımızla qol-boyun olduğundan ona çox ad yaraşır. 
Vaxtilə boz çöldə, çox hissəsi bataqlıq olan bir ərazidə ilk binaları tikilən, ilk müəssisələri işə salınan Sumqayıt bu gün müstəqil Azərbaycanın ən böyük və ən abad şəhərlərindən biridir. Ölkəmizin inkişaf salnaməsində bu şəhərin sanballı payı var. Ümumiyyətlə, Cənubi Qafqazın iri sənaye şəhərlərindən olan Sumqayıtın hədəfləri gələcəyə hesablanıb. Şəhərdə müxtəlif təyinatlı sosial-iqtisadi layihələr gerçəkləşdirilir və həmin layihələrin çoxu iri sərmayələrlə ərsəyə gəlir. Belə layihələrdən biri də Sumqayıt bulvarıdır. 
Xəzər sahilində belə bir bulvarın salınması ölkəmizdə həyata keçirilən sosial layihələrin bariz nümunəsidir. Bu kompleks Sumqayıt sakinlərinə böyük zövq-səfa bəxş etməklə yanaşı, şəhərə turist axınını da artırıb. Hazırda bulvar yaxınlığında hündürmərtəbəli binaların tikintisi aparılır. Eyni zamanda hotel və istirahət mərkəzlərinin inşası başa çatmaq üzrədir. Bu ilin sonuna onların təhvil veriləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, Sumqayıt bulvarının açılışı 2016-cı il sentyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə olub. Dövlətimizin başçısı bu gözəl məkanı bir "möcüzə" adlandırıb. Doğrudan da, Sumqayıt bulvarı onu görənlərə bir möcüzə təsiri bağışlayır. Qumlu sahildə müasir üslubda salınan bulvar dəniz səviyyəsindən 2,5 metr yüksəklikdədir. Buradakı istinad divarlarının uzunluğu 4,8 kilometr, hündürlüyü 1,5 metrdir. Bulvarda 60 hektar ərazidə yaşıllıq zolağı salınıb, 200 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Vaxtaşırı keçirilən ağacəkmə kampaniyalarında yeni zolaqlar salınır. Təkcə bu ilin əvvəlindən bəri "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bulvarda 20 mindən artıq zeytun ağacı, on minlərlə təbii gül kolları əkilib. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, oturacaqlar qoyulub. Həmin ərazilərdə quraşdırılan 5 rəngli fontan öz gözəllikləri ilə şəhərin sakinlərini və qonaqlarını valeh edir. 
Hazırda Sumqayıt bulvarının genişləndirilməsini nəzərdə tutan yeni layihə üzərində iş aparılır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə bulvarda yeni salınan obyektlərin, istirahət ocaqlarının şahidi olacağıq.
Bulvara səyahətə çıxanların maraqla qarşıladıqları obyektlərdən biri də buradakı Bayraq muzeyidir. Günəşli havalarda əməkdaşlar türkün müzəffər bayraqlarını açıq havaya çıxarır. Bayraqlar musiqi sədaları altında bulvarın daxilində gəzdirilir. Muzey əməkdaşları bəzi yerlərdə dayanır və bayraqlar barədə geniş məlumat verirlər. 
Xarici turistlərə Sumqayıtın simvolu olan göyərçin eksponat təqdim edilir. Onlar üçün şagirdlərin ifasında ölkəmiz, ordumuz, qəhrəmanlar haqqında şeirlər səsləndirilir. 
Bayraq muzeyi ilə üzbəüz yerləşən Muğam mərkəzinin kollektivi də turistlərə xüsusi proqram təqdim edir. Bulvarın bir neçə yerində quraşdırılmış səsgücləndiricilərlə ətrafa yayılan xalq musiqisi, Sumqayıtın musiqi ustalarının vaxtaşırı təşkil olunan konsertləri bulvara gələnlərin əhvalına xoş ovqat qatır. Xarici ölkələrdən şəhərə təşrif buyuran turistlər isə mikrofon önündə Sumqayıtla bağlı təəsüratlarını bölüşür və bundan çox məmnun olduqlarını bildirirlər. Bu, heç bir fotoya sığmayan, sosial şəbəkədə heç bir paylaşımla ifadə edilə bilməyən canlı təəssüratdır.
Bulvarda həyata keçirilən layihələrdən biri də sərgilərlə bağlıdır. Xüsusən kitab sərgilərini qeyd etmək istərdik. Xarici qonaqlar Azərbaycanın, eləcə də dünyanın tanınmış yazıçılarının kitablarını həvəslə alırlar. Turist üçün öz xalqının yazıçısının əsərini Azərbaycan dilində görmək maraqlı olur. Daha bir sərgi mətbəxlə bağlıdır. Hər həftənin şənbə günü bu sərgiyə mətbəximizin ləziz nemətləri çıxarılır. Yaşıllıqlar qoynunda ləzzətli təamlarımızı dadmağı avropalılar çox sevir.
Turistlərin sayına gəlincə, təxmini hesablamaya görə, ötən müddətdə bulvarı milyondan çox insan ziyarət edib. Rusiya, Belarus, Almaniya, Cənubi Koreya, Yaponiya, ərəb ölkələrindən və digər yerlərdən gələn turistlər buradan xoş təəssüratla qayıdırlar. 
Bulvarın işıqlandırılması da yüksək səviyyədədir. Ərazinin hər tərəfi "ağıllı fanar"larla işıqlandırılır. 3, 6 və 9 metrlik işıq dirəkləri qəlboxşayan mənzərə yaradır. Üstəlik uşaqların istirahəti də yaddan çıxmayıb. İki yerdə quraşdırılan oyun manejləri uşaqların sevimli məkanıdır. Açıq səma altında quraşdırılan səhnə isə bayram tədbirlərinin məkanıdır. Yeni il, Novruz, Ramazan və digər bayramlar burada geniş insan kütləsinin iştirakı ilə keçirilir. Respublikanın mədəniyyət xadimlərinin konsert proqramları xüsusi maraqla qarşılanır. 
Sumqayıt bulvarı həm də yeni iş yerləri deməkdir. İndi burada 240 nəfər daimi işlə təmin edilib. Mühafizə sistemi 9 post üzrə şaxələnib. Ərazi növbəli şəkildə 24 saat ərzində mühafizə olunur. 
Sumqayıt bulvarı dünyada keçirilən beynəlxalq müsabiqələrdə, konfranslarda layiqincə təmsil edilir. 2017-ci ildə keçirilən beynəlxalq sərgidə birinci mükafata layiq görülüb. Həmin sərgidə onlarca Avropa ölkəsinin nümayəndələrinə məsləhət görülüb ki, müasirliyi və yenilikçiliyi öyrənmək istəyənlər Sumqayıta yollansınlar. Elə buna görədir ki, hazırda bir neçə ölkədə Sumqayıt bulvarının oxşarını yaratmaq qərara alınıb. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında

01:20
02 Aprel

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:19
02 Aprel

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:19
02 Aprel

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:18
02 Aprel

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:17
02 Aprel

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:17
02 Aprel

“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında

01:15
02 Aprel

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında

01:13
02 Aprel

“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə 

01:13
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:12
02 Aprel

Azercell abunəçilərinin nəzərinə

01:11
02 Aprel

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçdən  

21:25
01 Aprel

Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub

21:24
01 Aprel

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

21:22
01 Aprel

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

21:22
01 Aprel

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

21:21
01 Aprel

Rusiyanın “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti German Qrefdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik

21:20
01 Aprel

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

21:19
01 Aprel

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

21:19
01 Aprel

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik  

21:17
01 Aprel

Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə

21:03
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!