26 Avqust 2025 08:43
434
SİYASƏT
A- A+
Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı

Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı


Avqustun 22-də Türkmənistanda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüş, regionun siyasi-iqtisadi inkişafında mühüm mərhələdir. Bu münasibətlər yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır. Xalqlarımızı tarix, mədəniyyət, dil və dini ortaq dəyərlərə əsaslanan dərin və çoxşaxəli əlaqələr, ən başlıcası, qardaşlıq münasibətləri və inkişaf etməkdə olan strateji tərəfdaşlıq birləşdirir. Liderlərin görüşündə bir daha vurğulandı ki, üç ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi bölgədə sülh, sabitlik və rifah üçün mühüm platforma yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı xüsusi olaraq vurğulamışdır: "Bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar". 

2021-ci il yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu"nun imzalanması Xəzərdə yeni birgə imkanlar yaratdı. Ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində ciddi artım müşahidə olunmağa başladı.

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bir daha göstərdi ki, ölkəmiz Aşqabadla əməkdaşlığı daha da dərinləşdirmək üçün ardıcıl addımlar atır. Xatırladaq ki, Türkmənistan 1995-ci ildən BMT tərəfindən tanınmış daimi bitərəf statusunu qoruyur. Bu mövqenin davamlılığı ölkəni hərbi bloklardan kənarda saxlayır. Türkmənistanla sıx əməkdaşlıq həm ikitərəfli iqtisadi maraqlara, həm də Türk Dövlətləri Təşkilatının güclənməsinə, Orta Asiyanın Qafqaza daha sıx inteqrasiyasına xidmət edir. Elə üçtərəfli görüşdə də liderlər xüsusi olaraq regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyətini qeyd etdilər. Azərbaycan, Türkmənistan və Özbəkistan kimi Orta Asiya və Cənubi Qafqaz ölkələri coğrafi baxımdan strateji bir mövqedə yerləşir və bu üstünlük onları Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında körpü rolu oynamağa imkan verir. Bir məqamı da qeyd edək ki, Zəngəzur dəhlizinin Cənubi Qafqaza daha faydalı olmasında birmənalı olaraq Türkmənistan faktorunun rolu böyük olacaq.

Faktiki olaraq Bakı-Türkmənbaşı bərə və dəmir yolu xətti, Türkmənbaşı limanının gücləndirilmiş imkanları, eyni zamanda Transxəzər rəqəmsal layihələri iki ölkəni Orta dəhliz və Lapis-Lazuli dəhlizində mühüm tərəfdaş edir. Həmçinin  Türkmənistan mənşəli neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə tranzit həcmləri də ardıcıl surətdə artmaqdadır. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarına çıxarılmasında logistik körpü rolunu oynayır. Türkmən qazının və neftinin Trans-Xəzər dəhlizi vasitəsi ilə Azərbaycan ərazisindən keçərək Avropaya çatdırılması imkanları hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, ölkələrimiz arasında əlaqələr yalnız iqtisadi-ticari münasibətlə yekunlaşmır. Xalqlarımız arasında münasibətlər, eləcə də mənəvi bağlılığı tamamlayır. Buna daha bir nümunə Türkmənistanın Füzuli şəhərində məscid inşa etmək niyyətində olmasıdır. Bütün bunlar mənəvi bağlılığı göstərən cəhətlərdir.

Son illər Azərbaycanın Özbəkistanla münasibətləri sürətlə inkişaf etməkdədir. İşğaldan azad edilmiş ərazilərimizdə qardaş Özbəkistan tərəfindən Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub. Xankəndi şəhərində isə  Özbəkstanın dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu prosesə artıq energetika sahəsi də daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb və kontrakt imzalanıb. Bu, Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm hadisədir. SOCAR-ın Özbəkistanda fəaliyyəti, Azərbaycanın xaricdə enerji layihələrinə investisiya qoyması və regional bazarlarda texniki biliklərini paylaşması baxımından vacibdir. Bu addım həmçinin Özbəkistanın enerji sektorunda modernləşmə proseslərinə də töhfə verir və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı möhkəmləndirir. Azərbaycanın Türkmənistanla ənənəvi energetika əməkdaşlığı, eləcə də Özbəkistanla birlikdə bu sahəyə yeni qədəm qoyması, regionda enerji siyasətinin dərinləşdiyini və genişləndiyini göstərir. İftixarla qeyd edə bilərik ki, bu həm də Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirir və ölkəmizin enerji diplomatiyasının uğurlu nümunəsi hesab olunur. Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, enerji əməkdaşlığının təşəbbüskarıdır. Azərbaycanın Türkmənistan və Özbəkistanla enerji əməkdaşlığı, regionda beynəlxalq əməkdaşlıq nümunəsi, iqtisadi inteqrasiyanın təşviqi və enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

Son dövrlər xüsusi mərhələyə qədəm qoyan  Bakı-Aşqabad münasibətləri daha geniş əməkdaşlıq formatına qapı açmaqdadır. Hər üç ölkənin lideri yüksəksəviyyəli siyasi dialoq, qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplərə söykənən  çoxtərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətlərini ortaya qoyurlar.

Liderlərin Türkmənistanda apardığı müzakirələrdən, səslənən bəyanatlardan, əldə olunan razılaşmalardan bir daha aydın oldu ki, siyasi-iqtisadi-nəqliyyat, mədəni-humanitar sahələrdə ölkələr arasında yeni perspektivlər mövcuddur. Üç qardaş ölkə sülhün, sabitliyin tərəfdarıdır və üçtərəfli əməkdaşlıq regional iş birliyi ilə yanaşı, regional təhlükəsizliyə də töhfə verəcək. 

Bakı, Aşqabad və Daşkənd mövcud iqtisadi potensialı bütövlükdə Avrasiyanın inkişafına yönəltməyin tərəfdarıdır. Tərəflər Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirdilər. Liderlər bir daha bəyan etdilər ki, əsas məqsəd dayanıqlı inkişafı təmin etməkdir. Bunun üçün isə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planları nəzərdən keçirilir. 

Prezident İlham Əliyevin də söylədiyi kimi, bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşünün geosiyasi əhəmiyyəti, təkcə bu üç ölkə arasındakı əməkdaşlığın dərinləşməsi ilə məhdudlaşmır, həm də Avrasiya məkanında regional güc balansına, enerji siyasətinə, nəqliyyat-logistika sistemlərinə və böyük güclərin maraqlarına da birbaşa təsir göstərir. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin gerçəkləşən görüşünün əsas hədəfi qarşıdakı dövrdə üçtərəfli əlaqələri gücləndirmək idi. Bu isə öz növbəsində  Xəzər və Mərkəzi Asiyanın kəsişməsində yerləşən, enerji, nəqliyyat və geosiyasi baxımdan strateji aktor olan, Avropa ilə Çin arasındakı ticarət yollarında vacib rol oynayan üç ölkəni birləşdirir. İnamla demək olar ki, liderlərin görüşü ilə buna nail olunub. 

Üçtərəfli görüşdə çıxış edən Azərbaycan Prezidenti qeyd etmişdir: "Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!