02 Dekabr 2023 09:20
469
SİYASƏT
A- A+
Sülh gündəliyi dəyişmir

Sülh gündəliyi dəyişmir

 

Barışın təşəbbüskarı olan Azərbaycanın mövqeyinə heç bir təhdid təsir göstərə bilməz

 

Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün əlverişli imkan yaranıb. Regionda 30 ildən çox davam edən münaqişənin bitməsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, ən nəhayət, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı göstərir ki, tərəflər sülhə yaxındırlar.
Noyabrın 30-da iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılan komissiyaların beşinci görüşündə də birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb. Tərəflər komissiyaların birgə fəaliyyət haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə  sövdələşib, həmçinin görüşlərin keçirilməsinin intensivləşdirilməsi, növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Lakin bütün dövrlərdə bölgədə marağı olan bəzi dövlətlər, xüsusən də ABŞ və Fransanın yeni "oyunları" göstərir ki, bu ölkələr regionda sabitliyin bərqərar olunmasında nəinki maraqlı deyillər, hətta konkret olaraq Cənubi Qafqazın hər zaman münaqişə ocağı kimi qalması üçün hiyləgər, ikiüzlü siyasət yürüdürlər. Bir tərəfdən Ermənistanın silahlandırılması, digər tərəfdən sülh müqaviləsinin imzalanmamasında Azərbaycanın günahlandırılması bunu təsdiqləyən reallıqdır. 
Elə xarici işlər naziri Ceyhun Bayramov da ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edərkən də bir daha bu məsələlərə toxunub. Nazir çıxışında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb. Bu istiqamətdə beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumat verən Ceyhun Bayramov, xüsusilə bu ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən antiterror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığı və tərk-silah edildiyini diqqətə çatdırıb.
Azərbaycan tərəfindən bütün beynəlxalq platformalar çərçivəsində öz ərazilərində qeyri-qanuni hərbi mövcudluğun qəbuledilməzliyi məsələsinin davamlı şəkildə qaldırılmasına baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığından cəsarətlənərək öz aqressiv fəaliyyətini davam etdirib. Mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, Azərbaycanın Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə görüşməyi təklif etdiyi də qeyd olunub.
Amma Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə aparılan qarayaxma kampaniyası sülhə xidmət etmir.
Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında bir daha səsləndirdi ki, yaxın aylarda Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün siyasi iradə var. Hökumət və o, bu məsələlərin həlli üçün diplomatik işi gücləndirmək niyyətindədirlər: "İlin sonuna qədər və ya yaxın aylarda sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır" sualına cavab verən N.Paşinyan deyib ki, sülhün üç əsas prinsipi faktiki olaraq Azərbaycanla razılaşdırılıb və bu razılaşma danışıqlar zamanı, xüsusən də Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunub. Söhbət SSRİ Baş Qərargahının xəritələri əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından gedir. O, həmçinin bəyan edib ki, Ermənistanın və Azərbaycanın bir-birinə qarşı ərazi iddiasının olmadığı və olmayacağı barədə razılıq əldə edilib. Sülh müqaviləsinin növbəti prinsipi suverenlik və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların blokdan çıxarılmasıdır.
Bu fikirlər Ermənistan rəhbərliyinin sülhün tərəfdarı olduğunu üzdə göstərsə də, əməldə görülən işlər və Qərbin və ABŞ-nin təkidli tələbi ilə sülhdən yayınma halı Hayastanın yenə də məkrli oynadığına dəlalət edir. Bunu noyabrın 14-də Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" hesabında qeyd etdiyi "Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki, gecikdirir. 2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağı ümidi ilə ikitərəfli kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib. Bu ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıqdır ki, gecikdirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir" fikirləri də təsdiqləyir. 
Azərbaycan üçün hazırda sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur, hər kəs də bilir ki, Azərbaycan sülh üçün bütün addımları atır. Görünür, ABŞ, Fransa və regionda marağı olan bəzi beynəlxalq təşkilatlar sülhün imzalana biləcəyindən çox narahatdırlar. Axı yeni əməkdaşlıqlar, yeni birliklərin yaranması fonunda bölgəyə nəzarət Cənubi Qafqaz ölkələrinin özləri tərəfindən həyata keçiriləcək. Əlaqələr genişlənəcək, iqtisadiyyatlar güclənəcək, transmilli qlobal layihələr dividendlər gətirəcək.
Məhz buna görə də regionda aranı yenidən qarışdırmaq, müharibə təhlükəsi yaratmaq üçün Azərbaycanın əleyhinə yeni kampaniyaya start veriblər. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsində "Dağlıq Qarabağın gələcəyi" adı altında keçirilən dinləmə və orada səslənən fikirlər də bu ssenarinin tərkib hissəsidir.
Bütün hallarda Azərbaycan bölgədə sülhün alternativinin olmadığını bəyan edir və bu gün də qalib ölkə kimi mövqeyində qərarlıdır. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!