17 İyun 2026 13:58
137
CƏMİYYƏT
A- A+
Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB


Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə olmaqla, 196 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


13:24


İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şükürbəyli kəndi bu gün 45 ailə olmaqla, 196 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” Proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alim beynəlxalq elmi jurnalın redaksiya heyətinə seçilib  

15:24
17 İyun

Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir  

15:08
17 İyun

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir  

15:07
17 İyun

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur  

15:05
17 İyun

VK: 1 vəkil xaric olunub, 1-nə xəbərdarlıq edilib, 5-i cərimələnib

15:05
17 İyun

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub  

15:02
17 İyun

Nazir: İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir  

14:57
17 İyun

Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib

14:53
17 İyun

Əmək Məcəlləsinə dəyişiklik edilir

14:41
17 İyun

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

14:28
17 İyun

"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir

14:21
17 İyun

Çempionlar Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub  

14:13
17 İyun

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilir

14:11
17 İyun

Batumidə On Üçüncü Beynəlxalq Seçki Administrasiyaları Konfransı təşkil olunub  

14:06
17 İyun

Günvurma zamanı nə etməli və nə etməməli?

14:01
17 İyun

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:58
17 İyun

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

13:54
17 İyun

Dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi vacibdir

13:52
17 İyun

Azərbaycan–Türkiyə müttəfiqliyi konkret layihələr və praktik mexanizmlərlə strateji inteqrasiyanı dərinləşdirir  

13:49
17 İyun

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

13:43
17 İyun

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər  

13:41
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!