28 Avqust 2024 08:00
6145
SİYASƏT
A- A+
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 

Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 

 

Azərbaycanın müttəfiqlərinin coğrafiyası genişlənir

 

Bu gün dünyanın geosiyasi mənzərəsi heç də ürəkaçan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyur. 
Yaxın Şərqdə yaşanan münaqişə, Rusiya-Ukrayna müharibəsi, məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinin davam etməsi dünyada vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.
Şükürlər olsun ki, bu arzuolunmaz geosiyasi arxitektura fonunda Azərbaycanda siyasi sabitlik hökm sürür. Regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır. Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm məsələ dövlətin liderinin yürütdüyü uğurlu siyasətdir. 
Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı tarixinin ən qədrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analizetmə, dorğu qərarvermə bacarığı, uğurlu diplomatiyası ilə Azərbaycanı həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Bunun yeganə səbəbi İlham Əliyevin sözünə sadiq lider olduğunu dəfələrlə təsdiqləməsidir. 
Çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrilib desək, yanılmarıq. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu Azərbaycanı dünyada söz sahiblərindən birinə çevirib. 
Təkcə son iki ayda Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirsək aydın şəkildə görə bilərik ki, ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.
İlk olaraq Azərbaycanın BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciətinə diqqət edək. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. 
BRICS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı hesab edir ki, Azərbaycanın BRICS-in Qərblə əlaqələrində əsas oyunçuya çevrilmək üçün bütün imkanları var və bu baxımdan Bakının rolu yalnız artacaq. Onun fikrincə, Azərbaycan BRICS-ə müraciət edərkən respublikanın gələcək inkişafının iqtisadi modelinin bu təşkilatın vektorunu nəzərə alacağını açıq şəkildə bildirib: "BRICS nöqteyi-nəzərindən "sabitlik" sözünün ən çox aid olduğu iki ölkə var. Bu, Çin və Azərbaycandır. Əgər BRICS ölkələri Qərb dövlətləri ilə münasibətlərdə sıçrayışa nail olmağı hədəfləyirsə, bunun üçün ən düzgün platforma güclü iqtisadiyyata və dünyanın bir çox dövlətləri ilə yüksək səviyyədə münasibətlərə malik olan Azərbaycandır".
Açığını desək, Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın kifayət qədər böyük potensialı var. Rəsmi Bakı Pekini təkcə dost ölkə deyil, həm də texnoloji tərəqqinin mənbəyi kimi qəbul edir. Eyni zamanda ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün daha geniş imkanlar mövcuddur. Azərbaycan Çinə özünün milli prioritetlərindən biri olan rəqəmsal və "yaşıl keçid"də tərəfdaş kimi baxır. Bundan əlavə, hər iki ölkə birgə bərpaolunan enerji mənbələri və elektrik avtomobilləri üçün avadanlıq istehsal edə bilər. Bu amilləri nəzərə alan Prezident İlham Əliyev Çin ilə əməkdaşlığı Azərbaycanın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Bundan başqa Azərbaycan Prezidentinin Özbəkistana və Qazaxıstana səfərləri, keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ilk dövlət səfəri göstərir ki, Azərbaycanın strateji tərəfdaşlıq etdiyi ölkələrin sayı artır, müttəfiqlərinin coğrafiyası genişlənir.
Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuzaslan deyir ki, bu gün bölgənin strategiyasını və gələcəyini Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan doktrinası müəyyənləşdirir. Bu doktrina Rusiya Prezidenti Vladimir Putini ölkəsində qəbul etmək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə strategiyalar ortaya qoymaq, Türk Dövlətləri Təşkilatı daxilində yeni mövqe nümayiş etdirərək Şimali Kipr Türk Cümhuriyyətinin bayrağını Bakıda dalğalandırmaqdır. Yəni bölgənin hazırkı strategiyası Prezident İlham Əliyevin baxışına doğru istiqamətlənir. Bütün bunlar yeni dövrün şifrələridir. Qərbin Ermənistan sevdası Rusiya-Ukrayna müharibəsindən sonra bölgədə yeni həssas nöqtə yaratmaqdır. Buna görə də bəzi Qərb dairələri bu istiqamətdə addımlarını davam etdirəcəklər. Bu, Ermənistanın silahlandırılması, yaxud müxtəlif diplomatik yollardan istifadə edərək mövzuya qarışması ilə də bağlı ola bilər. Lakin əsas məqam odur ki, qondarma "Dağlıq Qarabağ Respublikası" artıq çoxdan tarixin arxivinə atılıb. Bundan sonrakı strategiya və təhlükəsizliyi isə yeni doktrina müəyyən edəcək ki, onun da adı Azərbaycandır.
Yəni bölgədə marağı olan istənilən dövlət Azərbaycanla hesablaşmalıdır. Artıq Azərbaycan tək deyil, strateji tərəfdaşları, müttəfiqlərinin sayı gündən-günə çoxalır və bütün bunlar ölkəmizin gücünə güc qatır, qlobal nüfuzunu daha  da yüksəldir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

Altıillik fasilədən sonra Pekindən Pxenyana ilk qatar yola salınacaq

14:17
12 Mart

Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir

14:15
12 Mart

Şarl Mişel: Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır  

14:14
12 Mart

Sabiq Kansler: Düşmənçilikdən uzaqlaşmaq və həll yolları barədə düşünmək vacibdir

14:12
12 Mart

Rusiya Azərbaycan vasitəsilə İrana tibbi ləvazimatlar göndərəcək  

14:12
12 Mart

İraqın neft limanları fəaliyyətini dayandırıb

14:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!