18 Fevral 2026 08:55
153
İQTİSADİYYAT
A- A+
Startaplar - kiçik ideyadan böyük uğura imza atanlar

Startaplar - kiçik ideyadan böyük uğura imza atanlar


Bir zamanlar adi bir tələbə olan Mark Zukerberg bu gün dünyanın ən böyük texnologiya şirkətlərindən biri - Meta (Facebook) platformasının qurucusudur. Onun hekayəsi göstərir ki, düzgün ideya və davamlılıq böyük uğurların təməlidir. Harvard Universitetində oxuduğu dövrdə o, sadəcə, tələbələrin bir-biri ilə daha rahat əlaqə qurması üçün platforma yaratmaq istəyib. İş elə gətirib ki, qısa müddət ərzində bu layihə universitet sərhədlərini aşaraq qlobal sosial şəbəkəyə çevrilib. 

İlk mərhələdə maliyyə çatışmazlığı, texniki problemlər və rəqabət kimi çətinliklər olsa da düzgün komanda quruculuğu və strateji qərarlar layihənin sürətlə böyüməsinə şərait yaradıb. Sadə bir tələbə layihəsinin qlobal şirkətə çevrilməsi startapların necə formalaşdığının aydın göstəricisidir. Kiçik bir ideyadan başlayaraq qlobal uğura çevrilən bu layihə həm də klassik startap modelidir. Təbii ki, facebook platrforması və bənzərləri asanlıqla başa gəlməyib. Arxasında uzunmüddətli planlama, risk etmək cəsarəti və fasiləsiz inkişaf dayanır. Hər bir startap ilkin mərhələdə kiçik və şübhəli görünsə də, doğru strategiya ilə qlobal miqyasda təsir gücünə malik ola bilər. Demək ki, startap dünyasında əsas məsələ yalnız ideya deyil, həmin ideyanın həyata keçirilməsi, düzgün idarə olunması və dəyişən bazar şərtlərinə uyğunlaşdırılmasıdır. 

Startap nədir? Bu, innovativ ideya əsasında qurulan və sürətli böyümə potensialı olan biznes modelidir. Ənənəvi biznesdən fərqli olaraq, startaplar adətən yeni texnologiya, rəqəmsal yanaşma və ya bazarda mövcud olmayan məhsul üzərində qurulur. Onların əsas məqsədi qısa müddətdə geniş auditoriyaya çatmaq və genişlənə bilən sistem yaratmaqdır. 

Bu prinsipləri uğurla tətbiq edən yerli gənc startapçılardan biri hazırda Londonda yaşayan azərbaycanlı Murad Hüseynovdur. O, özünün "Mosaic Æournal" adlı fotojurnal tətbiqini inkişaf etdirərək innovativ ideyaları praktik layihəyə çevirib. Murad Hüseynov startap layihəsi haqqında deyir: "Mosaic Æournal" fotojurnal tətbiqidir. İstifadəçi qeydiyyatdan keçəndə əvvəlcə 365 boş səhifəsi olan bir jurnal alır. Tətbiq vasitəsilə hər gün həyatında dəyər verdiyi bir anı - fotonu tətbiqə yükləyir. Ayda bir dəfə həmin şəkillər çap olunur və istifadəçiyə göndərilir. İlin sonunda isə insan həyatının tam bir ilini əhatə edən fiziki fotoalboma sahib olur". 

Bakıda doğulan gənc həmyerlimiz ideyasının haradan qaynaqlandığını belə izah edir: "Deyərdim ki, bu ideyanı formalaşdıran iki-üç əsas amil var. Ən önəmlisi isə şəxsi həyat yolumdur. Azərbaycan, Almaniya və London arasında keçən bir həyat. Mən hər zaman hiss etmişəm ki, hər bir insanın həyatı çox zəngindir, amma bu zənginlik sosial mediada əks olunmur. Hamımız valideynlərimizin evində köhnə fotoalbomlara baxmağın nə demək olduğunu bilirik. Mən isə düşündüm ki, 20 ildən sonra uşaqlarıma, sadəcə, telefonumu, sosial mediamı göstərmək istəmirəm. Elə orada anladım ki, fiziki fotoalbom ideyası üzərində işləmək istəyirəm".

Murad Hüseynovun layihəsi həm şəxsi xatirələri qorumağa, həm də insanların gündəlik həyatını daha şüurlu şəkildə sənədləşdirməyə imkan yaradır. Bu yanaşma həm innovativ, həm də emosional cəhətdən cəlbedicidir və startap anlayışının mahiyyətini əks etdirir. Startapların uğuru bir neçə əsas amildən asılıdır: bazarda fərqlilik yaradan innovativ ideya, peşəkar və motivasiyalı komanda, investor dəstəyi, riskləri idarə edə bilmə bacarığı və məhsulu doğru auditoriyaya çatdıran düzgün strategiya və marketinq. Bunlar bir araya gəldikdə kiçik bir layihənin qlobal uğura çevrilməsi mümkün olur.

Hər bir uğurlu startapın arxasında doğru qərarlar qəbul edən və riskləri idarə edən biznesmen dayanır. Biznesmen iqtisadi fəaliyyət göstərən, risk götürən və mənfəət əldə etməyi hədəfləyən sahibkardır. Təbii ki, biznesmen, sadəcə, ticarətlə məşğul olan şəxs deyil. O, həm də strateq, lider, idarəçi və yenilikçidir. Uğurlu biznesmen bazar tələbatını düzgün analiz edir, komanda qurmağı bacarır və dəyişən şəraitə uyğunlaşa bilir. Məsələn, Elon Musk Tesla, Inc. və kosmik texnologiya şirkəti olan SpaceX vasitəsilə innovasiyanın sərhədlərini genişləndirib. Nəticə etibarilə startaplar və biznesmenlər müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab olunur. Onlar yeni iş yerləri yaradır, innovasiyanı inkişaf etdirir və iqtisadi artıma təkan verirlər. Uğurlu startap qurmaq üçün isə təkcə yaxşı ideya kifayət deyil, zəhmət, səbir, risk və strateji düşüncə əsas şərtlərdir. 

Startap anlayışı son 10-15 ildə qlobal iqtisadiyyatın əsas mövzularından biri kimi diqqət çəkir. Bu, yeni texnologiyalar və innovativ biznes modellərinin sürətli inkişafı ilə əlaqədardır. Həmin inkişaf fonunda aqrar texnologiyalar sahəsində rəqəmsal platformalar, "ağıllı kənd" modelləri və süni intellekt əsaslı sistemlər üzərində işləyən komandaların sayı artır. Dövlət proqramları, innovasiya mərkəzləri və texnoparklar gənc sahibkarların ideyalarını reallaşdırmasına dəstək verir. Bu da ölkədə neftdənkənar sahənin inkişafına mühüm töhfə verir. 

 Azərbaycanda startapların inkişafında mühüm rol oynayan qurumlardan biri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Agentlik müxtəlif qrant proqramları və beynəlxalq əməkdaşlıqlar vasitəsilə gənc sahibkarlara dəstək göstərir. Bundan başqa ölkədə startapların inkişafında akselerasiya (qısamüddətli proqramlar) layihələri də onlara təlim, mentorluq və maliyyə dəstəyi verərək ideyalarının işlək biznes modelinə çevrilməsini sürətləndirir. 

Belə bir mühitdə ölkəmizdə startapları dəstəkləyən forum və tədbirlər mühüm rol oynayır. Startap sahəsini inkişaf etdirmək üçün forum çərçivəsində müxtəlif layihələr təşkil edilir. 2022-ci ildən keçirilməyə başlayan Aqrar İnnovasiya Forumları və startap müsabiqələri gənclərin bu sahəyə marağını artırıb. O zaman keçirilən 1-ci forum startapçıların və gənclərin innovativ layihələrini nümayiş etdirməsi üçün əlverişli platforma yaratdı. Bu mənada fevralın 16-da keçirilən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ADA Universitetinin kənd təsərrüfatı və qida elmləri fakültəsi ilə birgə IV Aqrar Startaplar və İnnovasiya Forumu da bu qəbildəndir. Tədbir ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.

IV Aqrar Startaplar və İnnovasiya Forumunda startapçılar və inkubasiya mərkəzləri ilə özəl sektor nümayəndələri innovativ layihələrini təqdim ediblər. Tədbirdə 90-dan çox startapçı 43 məhsulla çıxış edib, həmçinin 20 ali təhsil müəssisəsi və bir sıra elmi-tədqiqat institutları öz texnologiyalarını sərgiləyiblər. Ziyarətçilər süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, ağıllı istixana sistemləri, torpaq və məhsul monitorinq texnologiyaları rəqəmsal aqrar platformalar kimi innovativ yeniliklərlə tanış olublar. Forumda öyrənilən yeniliklər və təşəbbüslər fevralın 28-də Qarabağda baş tutacaq "Startup School" vasitəsilə sahibkarlığın inkişafı və innovativ layihələrin dəstəklənməsinə çevriləcək. 

Məlumat üçün bildirək ki, layihə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), "Enterprise Azerbaijan" və "Azexport" portalları ilə birgə "Karabakh Training Center" tərəfindən həyata keçiriləcək. Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq və startapların inkişafını, innovasiyaların tətbiqini və rəqəmsal ticarət bacarıqlarını təşviq etməkdir. Xankəndidə təşkil olunacaq tədbirdə Qarabağ Universiteti, sənaye parkları və özəl sektor əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. İştirakçılar təlim və mentorluq xidmətləri ilə bacarıqlarını göstərəcək və sahibkarlıq sahəsində yeni imkanlarla tanış olacaqlar.

IV Forum və "Startup School" layihəsi göstərir ki, hər böyük uğurun arxasında kiçik bir ideya dayanır. Kiçik təşəbbüslər düzgün idarə olunduqda və dəstək aldıqda qlobal miqyasda təsir göstərə bilər. Bu da o deməkdir ki, gələcək riskdən qorxmayan, yenilikçi ideyaları reallaşdırmaqdan çəkinməyən startapların əlindədir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

10:30
18 Fevral

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

09:50
18 Fevral

Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda İngiltərə klubuna qarşı

09:48
18 Fevral

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

09:46
18 Fevral

Ramazan ayının başlanması ərəfəsində Quterreş birliyə və həmrəyliyə çağırıb  

09:45
18 Fevral

ABŞ prezidentliyinə keçmiş namizəd Cessi Cekson vəfat edib

09:45
18 Fevral

Çempionlar Liqasının pley-off mərhələsi: “Real” qələbə qazanıb

09:43
18 Fevral

Vens: Prezidentin masasında İranla bağlı bütün variantlar var

09:42
18 Fevral

Turizmə yatırılan sərmayə öz bəhrəsini verir

09:40
18 Fevral

Teatra bağlı ömür

09:35
18 Fevral

“Həpimiz bir günəşin zərrəsiyiz”

09:30
18 Fevral

Masallıda rəqəmsal mühitdə uşaqları zərərli informasiyadan necə qorumalı sualına cavab axtarılıb

09:25
18 Fevral

Neftçalada su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda növbəti tədbir keçirilib

09:20
18 Fevral

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

09:15
18 Fevral

Şirvan: kiçik qəsəbədən böyük şəhərə

09:10
18 Fevral

Ağsaqqalların təcrübəsinə həmişə ehtiyac var 

09:05
18 Fevral

Ağstafalı fermerlər yaz-tarla işlərini sürətləndirirlər

09:00
18 Fevral

Startaplar - kiçik ideyadan böyük uğura imza atanlar

08:55
18 Fevral

"Azəri" 21 ildir Azərbaycanın "qara qızıl" xəzinəsidir

08:50
18 Fevral

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənir

08:45
18 Fevral

Azərbaycanın xarici siyasəti sülhsevərliyin nümunəsidir

08:40
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!