16 Fevral 2025 10:03
505
İDMAN
A- A+
Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

Şotlandiyanın Aberdin Universitetində Azərbaycan cəmiyyətinin təşkilatçılığı və Aberdində yeni təsis edilmiş “BA Mədəniyyət Mərkəzinin” maliyyə dəstəyi ilə dünya şahmat tarixinə iz qoymuş böyük Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir müxtəlif millətləri və mədəniyyətləri təmsil edən şahmat həvəskarlarını bir araya gətirib. Rəqabətli və maraqlı qarşılaşmaların baş tutduğu turnirdə I yerin qalibi Şotlandiyada yaşayan azərbaycanlı Nihad Abdullazadə, II yerin sahibi azərbaycanlı tələbə Şahin Quliyev, III yerin qalibi isə “Bridge” Şahmat Klubunun üzvü Lukas Alvares olub.

Turnirin sonunda qaliblərə pul mükafatları, iştirakçılara isə sertifikatlar təqdim edilib. Bu yarış Azərbaycanın şahmat ənənələrinin gənc nəsil arasında yaşadığını və beynəlxalq səviyyədə layiqincə təmsil olunduğunu bir daha sübut edib. Azərbaycan cəmiyyəti gələcəkdə də bu tip tədbirlərin davam etdiriləcəyini və şahmatın həm universitet daxilində, həm də geniş ictimaiyyət arasında daha da populyarlaşdırılması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!