18 Noyabr 2023 23:43
4382
Fərmanlar
A- A+
"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"  Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"  Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1014-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118; 2023, № 1, maddə 51, № 3, maddə 351, № 7, maddə 931) 1.2.1-ci və 1.4.1-ci yarımbəndlərinə "müəssisələrində" sözündən sonra ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli  1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1791; 2020, № 8, maddə 1039) ilə təsdiq edilmiş "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi"nin 2.2.12-ci yarımbəndinə "müəssisələrində" sözündən sonra ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987, № 11, maddə 1212, № 12, maddə 1403; 2022, № 12, maddə 1448; 2023, № 2, maddə 219, № 7, maddələr 935, 974) ilə təsdiq edilmiş "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nın 9.11-ci bəndində "dövlət uşaq müəssisələrinin" sözləri "uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923, № 9, maddə 987, № 12, maddə 1403; 2022, № 4, maddələr 323, 329; 2023, № 4, maddə 493, № 7, maddə 936) ilə təsdiq edilmiş "Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi"nin 3.1.13-cü yarımbəndində "və təhsil müəssisələrinin" sözləri ", habeləümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya" sözləri ilə əvəz edilsin. 
5. "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1352) 4.1-ci bəndində "və təhsil müəssisələrinin valideynlərini itirmiş və" sözləri ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 391, № 4, maddə 534, № 6, maddə 810, № 7, maddə 1018) ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın "5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı" hissəsinin 5.3.1-ci yarımbəndinə "müəssisələrinin" sözündən sonra ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya" sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1218) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 6.1.3.1-ci və 6.1.3.4.1-ci yarımbəndlərdə "və təhsil müəssisələrinin" sözləri ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya" sözləri ilə əvəz edilsin;
7.2. 6.1.3.2.2-ci və 6.1.3.3.2-ci yarımbəndlərdə "və təhsil müəssisələrinin" sözləri ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin" sözləri ilə əvəz edilsin;
7.3.  8.3.2-ci yarımbənd üzrə:
7.3.1.  "Tədbirin adı" sütununda "və təhsil müəssisələrinin" sözləri ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin" sözləri ilə əvəz edilsin;
7.3.2.  "ilkin nəticələr" sütununda "və təhsil müəssisələrinin valideynlərini itirmiş və" sözləri ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya" sözləri ilə, "yekun nəticələr" sütununda "və təhsil müəssisələrinin" sözləri ", habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!