29 Avqust 2024 13:03
134
DÜNYA
A- A+

Sosioloji sorğu - Makronun impiçmenti istənilir

 

“BFM” televiziya kanalının sifarişi əsasında “Elabe” sosial sorğu institutunun  keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Fransa seçicilərinin yarısı sol müxalifətin parlamentdə Emmanuel Makronun respublika prezidentinin səlahiyyətlərindən məhrum edilməsi prosedurunu dəstəkləyir. 

Respondentlərin 49%-i “Yenilməyən Fransa” sol partiyasının Makronun impiçmentini tələb edən qətnaməni parlamentin Milli Assambleyasına (aşağı palatası) təqdim etmək niyyətini dəstəkləyib, digər 50%-i isə bunun əleyhinə olub. Sorğu 27-28 avqust tarixlərində yaşı, cinsi, peşəsi, dini və yaşayış bölgəsi əsasında seçilmiş 18 yaşdan yuxarı min Fransa sakini arasında onlayn rejimdə aparılıb.
Sol müxalifətin nümayəndələri namizədliyi Yeni Xalq Cəbhəsi alyansı tərəfindən irəli sürülən iqtisadçı Lüsi Kastenin (iyulda növbədənkənar parlament seçkilərində lider olmuşdu) partiyaya təyin edilməsindən imtina etdiyinə görə dövlət başçısının impiçmentinə müraciət etmək niyyətlərini açıqlayıblar.

 Respondentlərin 63%-i növbədənkənar seçkilərdən 7 həftə sonra Fransada yeni hökumətin formalaşmamasında prezidenti və onun tərəfdarlarını günahlandırır. Respondentlərin 74%-i əmindir ki, impiçment cəhdi istənilən nəticəyə gətirib çıxarmayacaq.

 
S.Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video