25 Fevral 2026 19:43
555
SİYASƏT
A- A+
Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

Somalinin ilk rezident səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  


Fevralın 25-də xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Somalinin ölkəmizdə ilk rezident səfirinin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib.

Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan və Somali arasında çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bununla yanaşı, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.

Ölkəmizin Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyi bir daha diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!