14 Oktyabr 2025 08:10
634
SİYASƏT
A- A+
Solovyovların, zatulinlərin niyyətləri gözlərində qaldı

Solovyovların, zatulinlərin niyyətləri gözlərində qaldı


Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda həyata keçirilən sülh prosesi artıq öz məntiqi sonluğuna, yəni barış sazişinin imzalanmasına yaxınlaşır. Avqustun 8-də Vaşinqtonda - Ağ Evdə Ermənistan-Azərbaycan arasında sülh sazişi mətninin paraflanması ilə bölgədə normallaşma və əməkdaşlıq üçün geniş imkanlar açılıb. 

Milli maraqlarının təmini istiqamətində yürütdüyü müstəqil və qətiyyətli siyasət nəticəsində beynəlxalq hüququn prinsip və normalarına uyğun ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycanın ortaya qoyduğu sülh modeli dünyada da böyük təqdir və rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin son 20 günə yaxın müddət ərzində müxtəlif nüfuzlu tribunalardan ölkəmizin həqiqətlərini çatdırması, istər Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı, istər Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı etdiyi çıxışlar, istərsə də Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısındakı mühüm görüşləri zamanı verdiyi mesajlarla dünyada əbədi sülhün bərqərar olması üçün mühüm çağırışlar edib. 

BMT TŞ-nin qətnamələrini özü yerinə yetirərək Cənubi Qafqazda davamlı sülhə rəvac verən ölkənin lideri kimi Prezident İlham Əliyevin  Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsinin də bu baxımdan təsadüfi xarakter daşımadığı gün kimi aydındır.  O cümlədən oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş iki ölkə arasında münasibətlərin tam normal məcraya yönəldiyini göstərdi. 


Mühüm siyasi-diplomatik hadisə


Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Adıçəkilən iclas çərçivəsində ölkəmizin rəhbəri İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş mühüm siyasi-diplomatik uğur kimi dəyərləndirilməlidir. Çünki iki qonşu ölkənin liderləri arasında keçirilən görüş, sözün həqiqi mənasında Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələyə keçid oldu. 

25 dekabr 2024-cü ildə baş vermiş faciəvi hadisə görüşün əsas mövzusunu təşkil etdi. Həmin tarixdə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulması nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuş, yalnız pilotlarımızın qəhrəmanlığı sayəsində 29 nəfər sağ qalmış, onlar da hamısı yaralanmışlar. Baş verən faciə Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginlik yaratmışdı. Ən ali səviyyədə Azərbaycan tərəfi Rusiyadan törətdiyi əmələ görə üzr istəməyi, kompensasiya ödəməyi və bu faciənin törədilməsində günahı olanların cəzalandırılmasını qətiyyətlə tələb etmişdi. Düzdür, qəza baş verdikdən bir az sonra Rusiya Prezidenti dövlətimizin rəhbərinə zəng vuraraq bununla bağlı üzrxahlığını dilə gətirmişdi, amma digər tələb olunan məsələlər açıq qalmışdı ki, bu da təbii olaraq iki dövlət arasında münasibətlərin soyumasına gətirib çıxarmışdı. 

Düşənbədə Vladimir Putinin "Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk" deyə söyləməsi Rusiyanın bu dəfə məsələdə konstruktiv mövqe tutduğunu ortaya qoydu. 

Rusiyanın HHM sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf edən Kreml rəhbəri bildirdi ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Prezident İlham Əliyev öz növbəsində bu vəziyyəti nəzarətdə saxladığına görə Vladimir Putinə təşəkkür etdi: "Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim".

Azərbaycan və Rusiya liderlərinin ölkələrimizin ikitərəfli əlaqələrinin dinamik inkişafına və təyyarə qəzası ilə bağlı yaranmış soyuqluğun aradan qaldırılmasına yönəlik Düşənbə görüşü kifayət qədər konstruktiv keçdi. 


Bütün istiqamətlər üzrə əlaqələr inkişaf edir


Təbii ki, Azərbaycan və Rusiya arasında proseslərin müsbət  yöndə inkişafı həm də iki dövlət arasında gərginlik olmasında maraqlı olan Qərbdəki bəzi qərəzli dairələrə və Rusiya Federasiyası içərisində olan bəzi antiazərbaycançı qruplaşmalara ağır zərbə oldu. Məlumdur ki, ötən ilin dekabrında Rusiya hava məkanında baş verən təyyarə qəzasını bəhanə edərək araya nifaq toxumları səpənlər heç də az deyildi. Ötən müddətdə hadisələri daha da gərginləşdirməyə çalışan qüvvələr xalqlarımız arasında milli zəmində düşmənçilik yaratmaq niyyətində idilər və bunun üçün əllərindəki ruporlar vasitəsilə hər cür çirkinlikləri edirdilər. Onlar obyektiv səbəblərdən Rusiya-Azərbaycan arasında yaranmış gərginliyin müharibə həddinə çatmasında belə, maraqlı idilər və necə deyərlər, alovu körükləməklə məşğul idilər. 

Lakin Azərbaycan və Rusiya prezidentlərinin 9 oktyabr görüşü və aparılmış müzakirələr ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini ortaya qoydu. Bununla həmçinin Qərbdəki bəzi qərəzli qüvvələrin, eyni zamanda içərilərində Marqarita Simonyan, Vladimir Solovyov və Konstantin Zatulin kimilərinin olduğu muzdlu qruplaşmaların da arzuları gözlərində qaldı. 

Yürütdüyü balanslaşdırılmış xarici siyasət kursu sayəsində dünyanın əksər ölkələri tərəfindən etibarlı tərəfdaş ölkə kimi tanınan Azərbaycan Rusiya ilə də daim qarşılıqlı etimada əsaslanan münasibətlər qurub. Tarixən mədəni, humanitar, iqtisadi əlaqələrin mövcud olduğu iki ölkə arasında 2022-ci il fevralın 22-də imzalanan bəyannamə ilə Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Buna görə də təyyarə qəzası ilə bağlı iki ölkə arasında yaranmış gərginliyin aradan qalxması, Bakı-Moskva  münasibətlərinin normallaşması hər iki tərəf üçün vacib əhəmiyyət daşıyır. Bu, iki qonşu ölkə arasındakı hərtərəfli münasibətlərin qalibiyyəti kimi də xarakterizə oluna bilər. 

Düşənbə görüşündə Vladimir Putin söylədi ki, qarşılıqlı maraqlarımız bir çox sahədə üst-üstə düşür və çox yaxındır. Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir: "...Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Ancaq biz indi bu barədə hələ danışacağıq. Birincisi, bununla bağlı Sizə minnətdarıq, ikincisi, əlbəttə, özümüz də hər şeyi edəcəyik ki, bu dinamika qorunub saxlanılsın".

Prezident İlham Əliyev əlavə etdi ki, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb: "Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir".

Rusiyanın təyyarə qəzasına görə Azərbaycana üzrxahlıq etməsi özlüyündə ədaləti və güclü iradəni ehtiva edir. Bundan sonra da iki ölkə arasında emosionallıqdan uzaq sakit təmasların davam etməsi mühüm əhəmiyyət daşıyır. Bu məqamda Rusiya tərəfindən atılacaq daha bir vacib addım isə bu ölkədə yaşayan və RF vətəndaşı olan etnik azərbaycanlılara qarşı qərəzli təqiblərin dayandırılması olmalıdır. Əminik ki, iki ölkə liderlərinin konstruktiv ruhda keçən və ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini göstərən görüşündən sonra bu problem də öz həllini tapacaq. 

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!