09 İyul 2026 09:00
295
İQTİSADİYYAT
A- A+
SOCAR-ın səsi Qərbi Afrikadan gəlir 

SOCAR-ın səsi Qərbi Afrikadan gəlir 


SOCAR-la "PETROCI Holding"in əməkdaşlığının tarixi qısa olsa da, yaranmış əlaqələr məmnunluq doğurur. Hər iki şirkətin Qərbi Afrikadakı nəhəng "Baleine" layihəsində iştirakını uğurlu əməkdaşlığın bünövrəsi saymaq olar. 

Bu günlərdə SOCAR-ın prezidenti Rövşən Nəcəfin "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşündə də məhz həmin məqam vurğulanıb. Görüşdə bu iki şirkət arasında "Baleine" neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıq çərçivəsində görülən işlər nəzərdən keçirilib.

"Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng yataq 2021-ci ildə kəşf edilib və 2023-cü ildə burada hasilata başlanıb. Bu yataq dəniz səviyyəsindən təqribən 1200 metr dərinlikdə "məskunlaşıb".

"Baleine" Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir. 

SOCAR "Baleine" yatağının işlənməsi layihəsində iştirak payının alınması ilə bağlı sazişi "Eni S.p.A." şirkəti ilə bu ilin yanvarında imzalayıb. Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Sənədə Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi imza atıblar. SOCAR layihədə 10 faiz iştirak payına malikdir. Qalan iştirak payları əsas operator olan "Eni", həmçinin "PETROCI" və "Vitol" şirkətləri arasında bölünüb. 

Beləliklə, SOCAR-ın "Baleine"dəki tərəfdaşları ilə yaxından tanış olaq." Eni S.p.A." qlobal miqyasda fəaliyyət göstərən nəhəng İtaliya transmilli enerji şirkətidir. Dünyanın ən böyük neft-qaz korporasiyalarından biri olmaqla, bərpaolunan enerji və dekarbonizasiya sahəsində də həllər təqdim edir. Fəaliyyət sahəsi neft-qaz hasilatı və emalı, elektrik enerjisi istehsalı, innovativ enerjiyə keçiddən ibarətdir. "Eni" 1953-cü ildə təsis edilib, 71 500-ə yaxın əməkdaşı olan beynəlxalq bir qurumdur.

"Eni" onilliklərdir Azərbaycanın etibarlı tərəfdaşı kimi sınaqdan keçib. Hazırda bu şirkət Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 10 səhmdarından biridir və layihədə 5 faiz iştirak payına malikdir. 2024-cü ildə SOCAR-la "Eni" arasında Anlaşma Memorandumu imzalanıb. Prezident İlham Əliyev dəfələrlə bu şirkətin rəhbərlərini qəbul edib, həmin görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Vitol" isə 1966-cı ildə Rotterdamda yaradılmış İsveçrə-Hollandiya mənşəli bir şirkətdir. Dünyanın ən iri enerji və neft treyderlərindən biri sayılır. Qlobal miqyasda enerji paylanması və əmtəə həlləri təklif edən şirkət SOCAR kimi sanballı qurumlarla əməkdaşlıq edir.

Neft, qaz və "yaşıl enerji" sahəsində ölkəmizin çoxsaylı tərəfdaşları sırasına qoşulmuş "PETROCI Holding"i də yaxından tanıyaq. Bu holdinq 1975-ci ildə yaradılıb. Kot-d'İvuarın (Fil Dişi Sahili) milli neft şirkətidir. Şirkət karbohidrogenlərin kəşfiyyatı, hasilatı, habelə neft və neft məhsullarının ticarəti ilə məşğuldur. 

Qeyd edək ki, hazırda "Baleine" yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz çıxarılır. 4 milyard dollar investisiya ilə təsdiqlənən və inşası davam edən 3-cü mərhələnin işə düşməsi ilə hasilatın gündəlik 150 min barel neftə və 5,7 milyon kubmetr qaza çatdırılması gözlənilir. Yataqdakı neftin potensial həcminin təxminən 2,5 milyard barel, təbii qaz ehtiyatlarının isə 3,3 trilyon kubfut (93,4 milyard kubmetr) olduğu təxmin edilir.

SOCAR-dakı sözügedən görüşdə "Baleine" yatağında görülən işlər müzakirə olunmaqla yanaşı, tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıblar. SOCAR və "PETROCI" o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.


F.YUSİFQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!