15 İyul 2026 13:01
655
İQTİSADİYYAT
A- A+
Slovakiyalı nazir: Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk  

Slovakiyalı nazir: Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk  


Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes- forumu yeni işgüzar əlaqələr qurmaq, investisiyaları təşviq etmək və birgə layihələr hazırlamaq üçün əla bir imkan yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova Azərbaycan-Slovakiya biznes-forumunda deyib.

Nazir bildirib ki, hökumətlərimizin və biznes dairələrimizin nümayəndələrinin geniş tərkibdə iştirakı iqtisadi əməkdaşlığı genişləndirməyə dair ortaq sadiqliyimizi əks etdirir. 2024-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açdı: “Hazırda bu tərəfdaşlıq artıq energetika, müdafiə sənayesi, investisiya, həmçinin azad edilmiş ərazilərin yenidən qurulmasına dəstək layihələri kimi sahələrdə real nəticələr verir. Slovakiyanın energetika, infrastruktur, mühəndislik, müdafiə, su idarəçiliyi, informasiya texnologiyaları, qida sənayesi və qabaqcıl sənaye həlləri daxil olmaqla, əsas sektorları təmsil edən 25 şirkətdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məni xüsusilə məmnun edir. Onların iştirakı həm Slovakiya sənayesinin rəqabət qabiliyyətini, həm də Azərbaycan biznesi ilə uzunmüddətli tərəfdaşlıq qurmaqda maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan Slovakiya üçün mühüm tərəfdaş, həmçinin Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən mühüm körpüdür. Günümüzün dəyişən geosiyasi mühitində davamlı tədarük zəncirləri, səmərəli nəqliyyat dəhlizləri və təhlükəsiz enerji təchizatı strateji prioritetlərə çevrilib".

Denisa Sakova qeyd edib ki, Azərbaycan nəinki etibarlı enerji tərəfdaşı, həm də regionları və bazarları birləşdirən mühüm logistika qovşağı kimi getdikcə daha vacib rol oynayır: “Energetika iqtisadi əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Təbii qaz mənbələrinin və nəql marşrutlarının şaxələndirilməsi həm Slovakiya, həm də Avropa üçün olduqca vacibdir və biz Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Eyni zamanda, əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. Slovakiya şirkətləri artıq Azərbaycanın müasirləşdirilməsinə öz töhfələrini verir və biz Qarabağın yenidən qurulmasında iştirak etmək imkanını çox yüksək dəyərləndiririk. Baş Qərvənddəki "Ağıllı kənd" layihəsi Slovakiya texnologiyalarının və təcrübəsinin insanların həyatını yaxşılaşdıran praktiki həlləri necə təqdim edə biləcəyinə dair mükəmməl bir nümunədir”.

"Biz, həmçinin infrastruktur, rəqəmsallaşma, sənaye istehsalı, su idarəçiliyi və qabaqcıl texnologiyalar sahələrində də mühüm imkanlar görürük. Slovakiya güclü mühəndislik təcrübəsinə, yüksəkixtisaslı işçi qüvvəsinə və getdikcə artan innovasiya potensialına malik müasir sənaye iqtisadiyyatı olan ölkədir. Bizim şirkətlər yüksək dəyərli həllər təklif edir və Azərbaycanın gələcək inkişafında etibarlı tərəfdaş olmağa hazırdırlar. Əminəm ki, bugünkü forum hər iki ölkənin şirkətlərinə fayda verəcək yeni biznes imkanları, investisiyalar və tərəfdaşlıqlar yaradacaqdır. Hökumətlər əlverişli şərait yarada bilər, lakin bu imkanları davamlı uğura çevirəcək şəxslər məhz sizlər - sahibkarlar, investorlar və novatorlarsınız", - deyə nazir əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

UEFA Superkubokunu "PSJ" qazandı

15:05
13 Avqust

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

15:00
13 Avqust

Dövlət başçısının muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:55
13 Avqust

Naxçıvan Avrasiyanın yeni enerji və logistika mərkəzinə çevrilir

14:50
13 Avqust

Qlobal güclərin maraqları fonunda Azərbaycanın balanslaşdırılmış xarici siyasət modeli

14:45
13 Avqust

Naxçıvan enerji strategiyamızın vacib həlqəsi olacaq  

14:40
13 Avqust

Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər

14:35
13 Avqust

Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb

14:30
13 Avqust

Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub

14:25
13 Avqust

İkinci rübdə Hörmüzdən daşınan neft və neft məhsullarının həcmi sutkada 4,9 milyon barelə enib

14:20
13 Avqust

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!