17 Fevral 2026 09:00
351
CƏMİYYƏT
A- A+
Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib

Şirvanda "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda tədbir keçirilib


Şirvan şəhərindəki T.Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində "Qərbi Azərbaycan Azərbaycanın əzəli torpağıdır!" mövzusunda açıq dərs keçirilib.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü  professor Mahirə Hüseynova, Elm və Təhsil Nazirliyinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və digər qonaqların iştirak etdikləri tədbiri açan məktəbin direktoru vəzifəsini icra edən Yusif Haxverdiyev bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərə əsaslanan fikirləri biz azərbaycanlılar üçün, xüsusilə gənclər üçün qürurvericidir. Ona görə də bütün Azərbaycan gəncliyi bu həqiqətləri düzgün öyrənməli və bu istiqamətdə üzərinə düşən vəzifəni, o cümlədən maarifləndirici təbliğat işlərini layiqincə yerinə yetirməlidir.

Sonra çıxış edən professor Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin, tarixi faktların, xronoloji mənbələrin və xəritələrin geniş auditoriyalara çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, baş verən proseslər fonunda həm dövlət qurumlarının, həm ictimai təşkilatların, həm də təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür: "Artıq Qərbi Azərbaycan məsələsinin bizim xalqın, gənc nəslin milli kimliyinin ayrılmaz hissəsinə çevrilidiyini nəzərə alaraq, gənclər arasında bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qərbi Azərbaycanla bağlı keçirilən dərslərdə bu diyarın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə tədbirlərinə geniş yer verilməlidir". Mahirə Hüseynova bu mövzunun azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu bildirərək, Qərbi Azərbaycan ərazilərinin Azərbaycan xalqının tarixi yaddaşında, mədəni kimliyində və mənəvi dünyasında tutduğu yerə diqqət çəkib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs edib. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin azərbaycanlılara qarşı deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvinə yönəldilib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. Diqqətə çatdırıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir məktəbin həyətində ağacəkmə aksiyası ilə yekunlaşıb

Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!