17 Avqust 2025 08:40
1842
Mədəniyyət
A- A+
Şərqin ən hündür qüllələrindən biri - Şəmkir minarəsi

Şərqin ən hündür qüllələrindən biri - Şəmkir minarəsi


Bu nadir tarixi abidə günümüzə gəlib çatmasa da, müxtəlif mənbələrdə onun haqqında zəngin məlumatlar var


Şəmkirdə - Kiçik Qafqaz dağlarının qoynunda və yaşayış məskənlərinə yaxın ərazilərdə tarixi yerlər və abidələr çoxdur. Koroğlu qalası, Alman kilsəsi, Zəyəm yaxınlığında qaya üzərində istehkam, Qanlı Qobu, "Şamxor davası", bəzən də "Eşelon davası" kimi tarixə düşən rus imperiyası ordusunun tərk-silah edildiyi ərazi, Orta əsrlərdə formalaşdığı ehtimal olunan qədim Şəmkir şəhərinin xarabalıqları, Qalayeri bu gün də tarixçilərin, tədqiqatçıların, turistlərin ən çox baş çəkdiyi ünvanlardandır. 

Belə ünvanlardan biri də zamanında Qalayerində ucaldılmış Şəmkir minarəsidir. 850-900 il öncə ucaldılan bu nəhəng minarə - qüllənin bu günə gəlib çatan təəssüf ki, yalnız əksi - şəklidir. Bu əzəmətli tikili və onun rəsminə, təsvirinə "Azərbaycanın qədim abidələri" (Bakı, 1948) və digər tədqiqat xarakterli kitablarda rast gəlmək olur. Qalayerindən indiki Təzəkənd kəndinə tərəf Şəmkirçayı keçmək üçün salınmış körpü XIX əsrin ortalarınadək mövcud olub. Həmin Qalayerinin müəyyən bir hissəsi və körpünün Şəmkirçayın eninə düz xətt boyunca sıralanmış 12-yə qədər uçub-dağılmış sütunları indi də durur.

Qədim Azərbaycan memarlığının şah əsərlərindən olan, tarixi XI-XII əsrlərin qovuşuğuna aid edilən Şəmkir minarəsi mütəxəssislərin fikrincə, kərpiclə, qum və xırda daşlarla qarışdırılmış gəclə tikilib. Hörgüdə sement yerinə istifadə edilən məhlul o qədər bərk və keyfiyyətli olub ki, kərpiclər tamam birləşib.

Milli tarixi və mədəni irsimizə yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Şəmkir qalası qoruğunun ərazisində torpaq-qazıntı işləri aparılır. Mütəxəssislərin axtarışları və arxeoloji qazıntılar zamanı qədim Şəmkir şəhərinin ərazisindən, eləcə də qüllənin təxmin edilmiş ətrafından müxtəlif şirəli və şirəsiz saxsı qablar, su küplərinin qalıqları, sikkələr, tikili nişanələri, təsərrüfat quyuları, kəhrizlər və s. aşkar edilir.

Dünyaca məşhur səyyah-tədqiqatçı, palentoloq, professor Eduard Eyxvalt 1826-cı ildə minarəni gördüyündən yazıb. Lakin digər səyyah Bons Domm Şəmkirə gələndə onun yalnız xarabalıqlarını tapıb və buranın dağıdılması barədə məlumat verib. 1970-ci ildə Şəmkirə qaz çəkilişi zamanı isə qədim Şəmkir yaşayış məskəninin yerində kufi yazısı aşkar edilib.

1836-cı ildə nəşr olunmuş "Qafqazda rus mülkləri haqqında icmal" əsərində qüllə haqqında yazılıb: "Orada olan bütün abidələrdən ən diqqətçəkəni Şəmkir sütunudur. Şəhərdən 25 verst aralıda, Şəmkir çayının sol sahilində düzənliklər arasında tikilmiş və demək olar ki, 30 verstdən görünən Şəmkir qülləsidir. Qalanın əsası kub biçimlidir və onun eni 7, hündürlüyü 5 arşındır. Üzərində diametri əsasda 5, yuxarıda 4 arşınacan olan dairəvi sütun yüksəlir. Üst hissə hər tərəfi 5 arşın olan dördbucaqlı karnizlə dövrələnib. Karnizin altında kufi xətti ilə yazılmış böyük kitabə var. Qüllənin ortasında 124 iri, demək olar ki, dağılmış dolama pilləkən var ki, onunla qalxmaq xeyli çətindir. Qüllə kərpicdən, qum və xırda daşla qarışdırılmış gəclə tikilib. İş olduqca gözəl və möhkəmdir. Sement məhlulu elə bərkdir ki, kərpiclə tamam birləşib. Zamanın artıq çox yerdən bu gözəl abidəni dağıtdığına heyfslənmədən baxmaq olmur və hətta qüllənin əyilməsi də aydınca hiss edilir. Çox güman ki, bu, minarədən başqa bir şey deyildi, onun zirvəsindən müsəlmanlar azan oxuyurdular".

Hündürlüyü 60 metrə çatan Şəmkir qülləsinin bəzi tədqiqatçılar tərəfindən gözətçi-müşahidəçi məntəqəsi və ya müdafiə məqsədilə tikildiyi iddia olunsa da, tanınmış alim-memar Cəfər Qiyasi yazır ki, abidə bütün göstəriciləri ilə Böyük Səlcuq imperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin - mil minarənin bitkin örnəklərindən biridir.

Şəmkir minarəsi haqqında bilgilərimizi daha da zənginləşdirmək üçün rayonun tanınmış ziyalılarından olan rəssam Fərman Hüseynovla onun iş yerində - Tarix Diyarşünaslıq muzeyində görüşdük. Muzeyin foyesində "Azərbaycan toyu" mövzusunda miniatür divar rəsmi diqqətimizi cəlb etdi. F.Hüseynov dedi ki, 73 kvadratmetr olan bu əsər həcminə görə dünyada ən böyük miniatür divar rəsmlərindən biri, bəlkə də birincisidir.

Əsər ilk baxışdan adamı özünə çəkir. Lakin bizi daha çox dəvə karvanının arxasından görünən və tarixi izinə düşdüyümüz möhtəşəm Şəmkir qülləsinin təsviri cəlb edir. Həmsöhbətim deyir: 

- Mən Şəmkiri bu qülləsiz təsəvvür edə bilmirəm. Əsrlər boyu möhtəşəm abidə-minarə bizim qədim torpağın nişanı olub. Qüllə haqqında kifayət qədər məlumatım var. Məsələn, əgər iki məşhur rəssam-səyyah - rus rəssamı Qriqori Qaqarin və fransız rəssamı Dübua de Mentpere XIX əsrin ortalarında Qafqazda olarkən bir-birlərindən xəbərləri olmadan qüllənin demək olar ki, eyni cür rəsmini çəkiblərsə, belə düşünürəm ki, həmin vaxtadək qüllə XIII əsrdə monqolların Şəmkirə hücumu zamanı ziyan çəksə də, tam dağılmayıbmış və elə onların çəkdikləri kimi olub.

Fərman müəllim onu da vurğuladı ki, muzeyə tez-tez xarici turistlər gəlir, maraqlı söhbətlərimiz olur: "Divar rəsmlərinin önündə şəkil çəkdirməyi xoşlayırlar. Bəzən mənim də onlarla yanaşı dayanmağımı xahiş edirlər. Deyirəm, gəlin, elə dayanaq ki, bizim qülləmiz də düşsün". 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!