Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik
Rusiya Qarabağda vəziyyətin sabitləşdirilməsi və ermənilərin və azərbaycanlıların normal birgə həyatının bərpası üçün şəraitin yaradılması məqsədilə Azərbaycanla işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun XX illik iclası çərçivəsində jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, rusiyalı sülhməramlılar indiki vəziyyətdə əlindən gələni edirlər. “Biz Qarabağdan Rusiyaya getmək istəyən insanları saxlaya bilmərik. Biz etimadın möhkəmləndirilməsi, ermənilərin və azərbaycanlıların normal birgə həyatının bərpası istiqamətində şəraitin yaradılması məqsədilə Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımız və qonşularımız ilə işləyirik. Ümid edirik ki, İrəvan da bunda maraqlıdır və bu istiqamətdə səylər göstərəcək”, - deyə Sergey Lavrov vurğulayıb.
RF XİN başçısının sözlərinə görə, Ermənistanın bəzi rəhbərləri bildirirlər ki, Rusiya və KTMT-dən məyus olublar və indi “öz təhlükəsizliyini gücləndirmək üçün kənarda həmkarlar axtaracaqlar”.
“Bu, erməni rəhbərliyinin suveren seçimidir. Mən yenə də ümid edirəm ki, Rusiya xalqları, rus xalqı və Rusiyanın digər xalqları ilə erməni xalqı arasında əsrlər boyu mövcud olan əlaqələr heç bir müvəqqəti administrasiya tərəfindən pozula bilməz”, - deyə o qeyd edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qədim və unikal su qurğusu
02 Dekabr
Ərəb ölkəsindən BMT-yə çağırış: Təcili toplanın
02 Dekabr
Türk polisindən əməliyyat: 100-ə yaxın terrorçu saxlanıldı
02 Dekabr
Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb VİDEO...
02 Dekabr
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
02 Dekabr
Hidayət Heydərov Azərbaycan cüdosunun tarixinə düşüb
02 Dekabr
Çexiyalı parlamentarilərə Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat verilib
02 Dekabr
Astronomlar böyük ulduz kütləsi olan planet kəşf ediblər
02 Dekabr
Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
02 Dekabr
Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Thonqlun Sisulitə
02 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!