Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Dekabrın 7-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan mərasimdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək ikiillik fasilədən sonra ölkə birinciliyinin keçirilməsinin önəmini vurğulayıb. Çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan nazir müavini iştirakçılara uğurlar arzulayıb.
Milli komandaların heyətinin formalaşdırılması baxımından çempionatın önəmindən danışan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov fərqlənən güləşçilərin gələn il Avropa və dünya çempionatlarında güclərini sınayacaqlarını deyib. Yarışda güclü idmançıların mübarizə apardıqlarını vurğulayan nazirlik rəsmisi pəhləvanlarımızın beynəlxalq arenada uğurlu çıxışları barədə danışıb.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev cari ilin idmançılarımız üçün məsuliyyətli olduğunu, pəhləvanlarımızın Tokio Olimpiya Oyunlarında üç medal qazandıqlarını və təmsilçilərimizin irimiqyaslı turnirlərdə uğurla çıxış etdiklərini vurğulayıb. “2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına az müddət qalır. Gələn ildən Olimpiya tsiklinə start veriləcək. Ölkə çempionatında uğurla çıxış edən güləşçilər növbəti ildə keçiriləcək mötəbər yarışlarda iştirak hüququ qazanacaqlar. Koronavirus pandemiyası səbəbindən iki il idi respublika birinciliyi keçirilmirdi. Güləşçilərin ölkə çempionatında yenidən çıxış etmələri çox sevindiricidir”, - deyən N.Əliyev yarışı açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 7 çəki dərəcəsində final görüşlərinə start verilib.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.
Çempionatın proqramına əsasən, yarışın birinci günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Dekabrın 8-də klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə - dekabrın 9-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Karantin rejimi ilə əlaqədar Azərbaycan çempionatı azarkeşsiz keçirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!