19 Fevral 2025 09:18
372
SİYASƏT
A- A+
Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir  

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir  


“Artıq məlum olduğu kimi, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantılarının keçirilməsinə dair təşəbbüsünün ideya müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu təklifə əsasən, biz ötən il ilk iclasımızı Bakıda, Milli Məclisdə keçirdik və bütün məsələləri müzakirə etdikdən sonra ikinci iclasın Türkiyədə təşkilinə dair qərar aldıq. Bu gün burada TÜRKPA-nın Xarici Əlaqələr komissiyaları bütün spektr məsələləri müzakirə etdilər və ən əsası, beynəlxalq münasibətlərin böhran içində olduğu, beynəlxalq təşkilatların faktiki olaraq öz əhəmiyyətini, təsir gücünü itirdiyi bu mürəkkəb dövrdə Türk dövlətlərinin Xarici Əlaqələr Komitəsi, TÜRKPA, Türk dövlətlərinin təşkilatlanması və nəhayət zirvədə dayanan Türk Dövlətləri Təşkilatının işi ən yüksək səviyyədə özünü göstərir. Xarici Əlaqələr Komitəsinin nümayəndələri olaraq biz də burada məhz bu təşkilatların, xüsusilə parlament təmsilçiləri olaraq TÜRKPA-nın daha yüksək səviyyədə, səmərəli və əlaqəli fəaliyyətinin təşkil olunması ilə bağlı fikir mübadiləsi apardıq. Bütün iştirakçılar Azərbaycanın nailiyyətləri, torpaqlarını azad etməsi və sonra o ərazilərdə gördüyü işlər, ölkəmizin artıq dünyada xüsusi rola və çəkiyə sahib olması ilə bağlı fikirlərini ifadə etdilər. Həm Türkiyə tərəfi, həm də digər türkdilli ölkələrdən olan qardaşlarımız ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi ilə bağlı öz mövqelərini nümayiş etdirdilər. Tədbirdə bir çox maraq doğuran məsələ müzakirə olundu”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantısı ilə bağlı Azərbaycan mətbuatına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Dünya nizamının tamamilə dəyişdiyini qeyd edən Səməd Seyidov deyib: “Artıq beynəlxalq hüquq təəssüflər olsun ki, işləmir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim birgə fəaliyyətimiz və inkişafımız, xüsusilə parlament olaraq TÜRKPA-nın tərkibində fəaliyyətinin genişləndirilməsi dünya üçün xeyirlidir. Ən əsası isə Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Hesab edirəm ki, burada aparılan müzakirələr bizim düz yolda olduğumuzu göstərir. Bu fəaliyyətlər faktiki olaraq türkdilli ölkələr üçün, həm də dünyaya beynəlxalq münasibətlərin yeni prinsiplər əsasında təşkil olunmasını təqdim edir. Bu tövsiyələrin vacib olduğunu hesab edirəm. Çünki biz bunun davamı olaraq Azərbaycanda ən yüksək səviyyədə Türk dövlətlərinin Zirvə toplantısının şahidi olacağıq. Macarıstanda qeyri-rəsmi Sammit keçiriləcək, Mərkəzi Asiyada toplantılar təşkil olunacaq. Bu, onu göstərir ki, beynəlxalq münasibətlərin dürüst, açıq, milli maraqlar çərçivəsində təşkil olunması iştirakçıların inkişafına, onların sabit və təhlükəsiz həyat tərzinin təşkil olunmasına və ümumiyyətlə dünyada nüfuzunun, təsirinin, gücünün artırılmasına xidmət edən olduqca vacib məsələdir. İndiyədək, xüsusilə Avropa ölkələrindən görülmüş ikili standartlar, “ağa qara demək”, ümumbəşəri dəyərlərdən sui-istifadə edərək xalqlara təsir göstərmək kimi məsələlər sonda böyük böhranlara yol açır. Biz bu gün bu böhranları Avropada, Qərb dünyasının daxilində müşahidə edirik. Bu, bizə düz yolda olduğumuz və siyasətimizi bu istiqamətdə davam etdirməyimizlə bağlı ciddi bir mesaj verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!