25 Sentyabr 2026 09:40
141
CƏMİYYƏT
A- A+
Şəhidlərimizin xatirəsinə 3000 ağac əkilib

Şəhidlərimizin xatirəsinə 3000 ağac əkilib


27 Sentyabr - Anım Günü münasibətilə "Azərenerji" ASC tərəfindən ağacəkmə aksiyası keçirilib. Aksiya 44 günlük Vətən müharibəsinin başladığı, ilk şəhidlərin verildiyi Cəbrayıl və vaxtilə təmas xətti sayılan digər rayonlarda müharibədən sonra tikilərək istismara verilmiş bəzi yarımstansiyaların ərazilərində təşkil olunub.

"Şəhidlərimizin xatirəsini yaşatmaq, gələcəyə yaşıl dünya buraxmaq üçün hərəyə bir ağac əkək!" devizi altında keçirilən tədbirin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad etmək, eyni zamanda ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.

Ağacəkmə aksiyasının ən böyük hissəsi Cəbrayıl rayonunda tikilərək bu ilin may ayında istismara verilmiş 330 kilovoltluq "Şəfəq" yarımstansiyasının ərazisində baş tutub. Vaxtilə döyüşlərin getdiyi torpaqlarda bu gün yeni enerji infrastrukturu ilə yanaşı,  yaşıllıqların salınması, bölgənin dirçəlişinin və həyatın yenidən bərpasının rəmzi kimi qiymətləndirilir.

Aksiya çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların sayına uyğun olaraq ümumilikdə 3000-ə yaxın ağac əkilib. Beləliklə, hər bir ağac həm şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, həm də gələcək nəsillərə daha yaşıl və sağlam mühitin ötürülməsinə xidmət edən mənəvi bir ənənəyə çevrilib.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şarl Mişel: Azərbaycan Aİ üçün xüsusilə enerji sahəsində mühüm rol oynayır

10:31
25 Sentyabr

Formula 2: Sprint yarışında zəncirvari qəza baş verib  

10:29
25 Sentyabr

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

10:28
25 Sentyabr

Azərbaycan nefti 4 dollardan çox bahalaşıb

10:27
25 Sentyabr

Formula 2: İsveçli pilot sprint yarışının qalibi olub  

10:26
25 Sentyabr

Formula 2: Sprint yarışında qəza baş verib

10:16
25 Sentyabr

Şəhidlərimizin xatirəsinə 3000 ağac əkilib

09:40
25 Sentyabr

Beşik başından laylalarımız niyə perik düşüb?

09:30
25 Sentyabr

Əmək yarmarkası təşkil olunub

09:20
25 Sentyabr

"Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib

09:10
25 Sentyabr

"Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının yubileyləri qeyd edilib

09:00
25 Sentyabr

Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər

08:57
25 Sentyabr

Formula 2: Sprint yarışı start götürüb

08:55
25 Sentyabr

Pezeşkian: İran beynəlxalq hüquq çərçivəsində ABŞ ilə razılaşmaya hazırdır

08:54
25 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

08:53
25 Sentyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən yüksəksəviyyəli görüşünə yekun vurulub

08:52
25 Sentyabr

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

08:51
25 Sentyabr

Ermənistanın Baş naziri: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

08:50
25 Sentyabr

Şirvanda şəhid ailələri və müharibə əlilləri ziyarət edilib

08:50
25 Sentyabr

Paşinyan: TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər

08:49
25 Sentyabr

Tovuzda Vətən müharibəsi şəhidləri anıldı

08:40
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!