02 Aprel 2025 14:47
276
CƏMİYYƏT
A- A+
Şəhid pilotların xatirəsi ehtiramla yad edilib

Şəhid pilotların xatirəsi ehtiramla yad edilib


2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.

İkinci Şəhidlər xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin, Nizami rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, hər üç şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər şəhidlərimizin məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini hörmətlə yad edib, ruhlarına dualar oxuyublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər şəhidlərin həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşləri, eləcə də 2020-ci ilin Vətən müharibəsi zamanı erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, qazanılan qələbələrdən, hərbçilərimizin əməliyyatlar zamanı döyüş meydanında göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən, işğal altında olmuş torpaqlarımızın azad edilməsindən, həmin ərazilərdə şanlı Azərbaycan bayrağının fəxarətlə dalğalanmasından danışıblar.

Vurğulanıb ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan igidlərimizin qəhrəmanlıqları hər zaman gənc nəslə örnək olacaq, onların xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

Mərasimin yekununda məktəblilər qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:19
06 Aprel

Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər  

15:18
06 Aprel

Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq

14:03
06 Aprel

Ağdam rayonunda mina hadisəsi baş verib

13:22
06 Aprel

Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

13:09
06 Aprel

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib  

13:01
06 Aprel

ANAMA-nın əməkdaşı minaya düşüb

12:41
06 Aprel

Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib

11:35
06 Aprel

“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:01
06 Aprel

Almaniyanın ən məşhur gölü quruyur

10:37
06 Aprel

HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb  

10:19
06 Aprel

Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur

10:13
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!