15 Mart 2023 23:17
978
PARLAMENT
A- A+
Şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə yeni məsuliyyət növləri müəyyənləşdirilir

Şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə yeni məsuliyyət növləri müəyyənləşdirilir

 

Martın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri daxil edilib.

İclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsinin 2012-ci ildə qəbul edildiyini, sənədin hazırlanması zamanı bu sahədə mütərəqqi beynəlxalq təcrübədən istifadə olunduğunu bildirib. Məcəllədə əks edilən vacib normalardan birinin tikintiyə icazə ilə bağlı məlumatlandırma icraatının olduğunu deyib. O, son illər ölkədə həyata keçirilən idarəetmə və kadr islahatlarının şəhərsalma sahəsini də əhatə etdiyini, bu sahədə şəffaflığın artırılmasının, tikinti fəaliyyətində elektron informasiya texnologiyalarının tətbiqinin müsbət nəticələr verdiyini söyləyib. Ölkə Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradıldığını, işğaldan azad edilmiş torpaqların hazırda ərazi planlaşdırılması sənədlərinin hazırlandığını qeyd edib.

Komitə sədri diqqətə çatdırıb ki, bu günədək Şəhərsalma və Tikinti Məcəlləsinə bir neçə dəfə dəyişikliklər edilib. Prezident İlham Əliyev tərəfindən təqdim olunmuş bu əlavə və dəyişikliklər müstəsna əhəmiyyət kəsb edir. Sənəddə təklif olunur ki, tikintisi bu Məcəllənin tələblərinə uyğun aparılmamasına baxmayaraq, 2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilsin və təhlükəsizlik tədbirləri də nəzərə alınsın. O qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.

Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəd ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Komitə sədri İnzibati Xətalar və Cinayət məcəllələrinə təklif olunan əlavə və dəyişikliklərdə isə şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə yeni məsuliyyət növlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, sənədlərdə təklif olunan dəyişikliklərin, eyni zamanda, iqtisadi səmərəsinin də olduğunu, ümumilikdə isə Azərbaycanda inşaat sektorunun Ümumi Daxili Məhsulun böyük bir hissəsini təşkil etdiyini deyib. Qeyd edib ki, bu istiqamətdə həm dövlət tərəfindən, həm də sahibkarlar tərəfindən görülən işlərdə fəallıq müşahidə olunur. O, bu sahədə sənədləşmə ilə bağlı bəzi problemlərin olduğunu və məsələnin həlli ilə bağlı müvafiq addımların atıldığını söyləyib.

Komitə sədri layihələrdə təklif olunan dəyişikliklərin kommersiya obyektlərini əhatə edəcəyini, onların sənədləşdirilməsinin və bununla bağlı prosedurların sürətləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, iqtisadi baxımdan daşınmaz əmlakın dövriyyədə olması vergilərin toplanmasına, eyni zamanda, vətəndaşların maliyyə əlçatanlığının artırılmasına imkan yaradacaq. Diqqətə çatdırılıb ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan düzəlişdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin əlavə edilməsi təklif olunur. Qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb.

Müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Əli Məsimli, Fəzail Ağamalı, Vahid Əhmədov, Erkin Qədirli, Vüqar Bayramov, Azay Quliyev, Ziyad Səmədzadə, Elşən Musayev, Rüfət Quliyev və İqbal Məmmədov təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu qeyd ediblər, bu sahədə mövcud olan bürokratik əngəllərin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıblar.

Sonra çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim olunan qanun layihələrinin iqtisadi və sosial baxımdan mühüm əhəmiyyət kəsb etdiyini, eyni zamanda, milli təhlükəsizlik xarakteri daşıdığını bildirib. O, əmlakla bağlı məsələlərin həllinin, habelə bunun düzgün təbliğ edilməsinin vacibliyindən danışıb.

İclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov da təqdim olunan sənədlər barədə öz fikirlərini açıqlayıb.

Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!