22 Dekabr 2025 16:22
383
CƏMİYYƏT
A- A+
Şəhərsalma və memarlıq siyasətində strateji dönüş ili  

Şəhərsalma və memarlıq siyasətində strateji dönüş ili  


Prezident İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi müasir Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini əks etdirən strateji qərardır. Bu Sərəncam urbanistik düşüncənin, milli memarlıq irsinin və müasir şəhər mədəniyyətinin dövlət siyasətində prioritet mərhələyə keçdiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

“Son illər Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri, şəhər və kəndlərin simasının köklü şəkildə dəyişməsi bu qərarın zəruriliyini artıq praktikada sübut edib. Bakıdan regionlara, ən ucqar yaşayış məntəqələrindən azad edilmiş ərazilərə qədər həyata keçirilən layihələr sübut edir ki, şəhərsalma artıq sadəcə infrastruktur məsələsi deyil, sosial rifahın, estetik düşüncənin və milli kimliyin ifadə vasitəsidir. Prezidentin yeni Sərəncamı bu yanaşmanı sistemli, elmi və konseptual mərhələyə yüksəldir”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan şəhərsalma sahəsində unikal tarixi təcrübəyə malikdir. İçərişəhərdən Şəkiyə, Gəncədən Naxçıvana qədər formalaşmış memarlıq məktəbləri xalqın dünyagörüşünü, həyat tərzini və estetik zövqünü özündə ehtiva edir. Müasir dövrdə bu irsi qorumaqla yanaşı, onu yeni texnologiyalar, ekoloji tələblər və urbanistik çağırışlarla uzlaşdırmaq dövlət siyasətinin əsas xəttinə çevrilib. Prezidentin imzaladığı Sərəncam məhz bu tarixi-müasir sintezə strateji çərçivə yaradır.

Onun sözlərinə görə, xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycan şəhərsalmasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Burada memarlıq yalnız binaların qurulması deyil, insan mərkəzli, təhlükəsiz, ekoloji və funksional yaşayış mühitinin yaradılması anlamına gəlir. 2026-cı ilin bu sahəyə həsr olunması həmin təcrübənin ölkə miqyasında modelə çevrilməsinə imkan yaradacaq.

Müsahibimiz bildirib ki, “Şəhərsalma və Memarlıq İli” həm də mütəxəssislər, memarlar, urbanistlər və gənc yaradıcılar üçün yeni imkanlar ili olacaq. Bu çərçivədə elmi müzakirələrin, beynəlxalq forumların, sərgilərin, müsabiqələrin və maarifləndirici layihələrin keçirilməsi gözlənilir. Bu isə həmin sahədə peşəkar mühitin güclənməsinə, dünya təcrübəsinin öyrənilməsinə və milli memarlıq düşüncəsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edəcək.

Eyni zamanda, bu qərar şəhərsalma prosesində ictimai məsuliyyəti ön plana çıxarır. Şəhər mədəniyyəti yalnız memarların deyil, cəmiyyətin bütün üzvlərinin davranış və düşüncə tərzi ilə formalaşır. Yaşayış mühitinə hörmət, tarixi binaların qorunması, ictimai məkanlardan düzgün istifadə kimi məsələlər “Şəhərsalma və Memarlıq İli”nin ideoloji mahiyyətinin tərkib hissəsidir.

“Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanın inkişaf yolunda yeni keyfiyyət mərhələsinin başlanğıcıdır. Bu Sərəncam ölkənin yalnız iqtisadi və sosial tərəqqisini deyil, estetik zövqünü, mədəni yaddaşını və gələcək nəsillər üçün formalaşdırılan yaşayış fəlsəfəsini əhatə edir. Azərbaycan şəhərləri bu ildən sonra təkcə yaşayış məkanı deyil, milli düşüncənin, müasir dövlətçilik baxışının və mədəni özünüdərkin simvolu kimi daha aydın şəkildə görünəcək”, - deyə E.Akimova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!