02 Aprel 2023 13:27
471
SİYASƏT
A- A+
Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışmamalıdır  

Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışmamalıdır  

 

Regionda sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi müharibə xarakterli ritorikadan çəkinməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və ölkəmizin daxili işlərinə qarışmamalıdır. Azərbaycan sülhə, sabitliyə və regional inkişafa sadiqdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistan prezidenti Vahaqn Xaçaturyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi əsassız iddialara cavab olaraq ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun nəşrin redaksiyasına göndərdiyi məktubda yer alıb.

Səfir məktubunda qeyd edib ki, ölkəmizin suveren ərazisində Azərbaycan qanunvericiliyinə uyğun olaraq Qarabağ iqtisadi zonası mövcuddur. Tarixə nəzər salan diplomat Ermənistanın 1988-ci ildə Azərbaycanın Qarabağ bölgəsinə qarşı ərazi iddiaları irəli sürdüyünü, SSRİ-nin dağılmasından sonra bu gün “demokratik dövlət” adına iddialı olan Ermənistanın hərbi təcavüzə başladığını və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyini bildirib. Çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı təsdiq edilib. Eləcə də Ermənistandan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarması və bütün azərbaycanlı qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması tələb olunub. Lakin Ermənistan tərəfindən buna məhəl qoyulmayıb. Azərbaycan ərazilərinin işğalına baxmayaraq, münaqişənin sülh, danışıqlar yolu ilə, ATƏT çərçivəsində həllinə çalışıb. Təxminən 30 ilə yaxındır aparılan danışıqlar heç bir nəticə verməyib. Çünki Ermənistan son illər prosesi uzatmağa və status-kvonu əbədiləşdirməyə cəhd edib. 2020-ci il sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki insan və infrastruktur obyektlərini hədəfə alıb, nəticədə 12-si uşaq olmaqla 101 mülki azərbaycanlı həlak olub, ümumilikdə 423 nəfər yaralanıb. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququ çərçivəsində öz suveren ərazisində işğala son qoymaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə əks-hücum əməliyyatı həyata keçirib.

R.Aslanov dərin anti-Azərbaycan nifrətindən qaynaqlanan və işğal olunmuş ərazilərdə etnik azərbaycanlıların və tarixi varlığın izlərini silməyə çalışan Ermənistanın ölkəmizin bütün mədəni və dini irsini hədəfə alaraq görünməmiş mədəni soyqırım törətdiyini vurğulayıb.

“Ermənistan prezidentinin heç bir erməninin Azərbaycan qanunları ilə yaşamaq istəmədiyi barədə ksenofob fikrinə gəlincə, demək istərdim ki, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Konstitusiyamız Azərbaycanda azlıqların hüquqlarını qoruyur. Azərbaycan dini və etnik tolerantlığın yüksək səviyyədə olduğu, müxtəlif etnik və konfessiyaların nümayəndələrinin sülh və ləyaqət şəraitində yaşadığı ölkədir. Əminik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründəkindən qat-qat yaxşı olacaq”, - deyə diplomat bildirib.

R.Aslanov Azərbaycanın beynəlxalq bazarlara, o cümlədən Avropaya neft, təbii qaz və elektrik enerjisi ixrac etdiyini qeyd edib. Ölkəmiz təbii qaz hasilatının yalnız yarısını ixrac edir və qarşıdakı 100 ildən artıq müddətdə ixrac etmək üçün kifayət qədər qaz ehtiyatına malikdir.

“Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edib. Çünki Azərbaycan həmişə olub. Ermənistan dünyaya, o cümlədən Avropaya nə ixrac edir? Laçın yolu “bağlanıb” və Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirməyə hazırlaşır kimi yalan xəbərlər. Azərbaycanın suveren ərazisinin bir hissəsi olan Laçın yolunda dekabr ayından etibarən bu günə kimi 6000-dən çox müxtəlif təyinatlı avtomobil maneəsiz keçib. Ermənistan Laçın yolunu hərbi məqsədlər üçün, o cümlədən döyüş sursatı, minaların daşınması və hərbi personalın rotasiyası üçün istifadə edib. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: Ermənistan ordusunun 10 min nəfərlik şəxsi heyəti hələ də Azərbaycan ərazisindən çıxarılmayıb, 2021-ci ildə Ermənistanda istehsal olunan minalarla ərazilərimizin çirklənməsi davam edir”.

Səfir qeyd edib ki, Ermənistan işğal dövründə bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, Xocalı şəhərində mülki şəxslərə qarşı hərbi cinayətlər və soyqırımı həyata keçirib. Nəticədə Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var ki, onlar bu günə qədər bütün əsas hüquqlardan, o cümlədən öz doğma yurdlarına qayıtmaq hüququndan məhrum ediliblər. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı 3900 Azərbaycan vətəndaşı itkin düşüb və Ermənistan onların taleyi ilə bağlı heç bir məlumat verməkdən imtina edir.

Qeyd edək ki, Azərbaycan səfirinin məktubu qəzetin saytında yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

19:23
15 Yanvar

Belarusda prezident seçkilərini 40-dan çox ölkədən beynəlxalq müşahidəçilər izləyəcək  

18:20
15 Yanvar

Millimiz ilin ilk hazırlığına başlayıb

18:19
15 Yanvar

Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb  

18:18
15 Yanvar

Səyahət üçün ən maraqlı ölkələr

18:16
15 Yanvar

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

18:14
15 Yanvar

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

18:13
15 Yanvar

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

18:12
15 Yanvar

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

18:11
15 Yanvar

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır  

18:10
15 Yanvar

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar  

18:08
15 Yanvar

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

18:05
15 Yanvar

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib  

18:03
15 Yanvar

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb  

18:01
15 Yanvar

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

18:00
15 Yanvar

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

17:58
15 Yanvar

Xocalıya köçən şəhid anası: Doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq  

17:56
15 Yanvar

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

17:55
15 Yanvar

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğandan

17:52
15 Yanvar

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:51
15 Yanvar

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

17:50
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!