02 İyun 2022 13:15
793
SİYASƏT
A- A+
Səfir Elin Süleymanov etimadnaməsini İslandiya Prezidentinə təqdim edib  

Səfir Elin Süleymanov etimadnaməsini İslandiya Prezidentinə təqdim edib  

 

Azərbaycanın Respublikasının İslandiya Respublikasındakı səfiri Elin Süleymanov etimadnaməsini İslandiya Prezidenti Qudni Yohannessona təqdim edib.

Protokola uyğun olaraq səfir xüsusi müşayiət ilə Prezident iqamətgahı “Bessastadir” sarayına gətirilib.

Görüşün əvvəlində səfir Elin Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Prezident Qudni Yohannessona çatdırıb.

E.Süleymanov Azərbaycanın İslandiyada səfir kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Öz növbəsində, Prezident Qudni Yohannesson Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.

Söhbət əsnasında, tərəflər son illər ərzində Azərbaycanla İslandiya arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu bildirib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər.

Sonda səfir Prezident Yohannessona səmimi qəbul üçün təşəkkürünü bildirərək, geotermal suların istilik enerjisi, alternativ enerji mənbəyi kimi istifadəsi ilə dünyada məşhur olan İslandiya təcrübəsinin öyrənilməsi və azad olunmuş ərazilərdə tətbiqi kimi perspektiv vəd edən bütün sahələrdə İslandiya ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün əlindən gələni edəcəyini söyləyib.

Mərasimdən sonrakı görüşdə Prezident Yohannesson İslandiya xarici siyasətinin prioritetlərindən, əsas istiqamətlərindən söz açaraq, dünyada beynəlxalq hüquqa hörmətlə yanaşılmasının vacibliyini qeyd edib.

Bu xüsusda İslandiya hökumətinin iqlim dəyişikliyi məsələsinə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, səfir Elin Süleymanov azad olunmuş ərazilərin Prezident İlham Əliyev tərəfindən gələcəkdə “net zero” - sıfır karbon tullantı zonasına çevriləcəyini qeyd edib.

İslandiya səfəri çərçivəsində Azərbaycan səfirliyinin nümayəndələri İslandiya Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri ilə ikitərəffli münasibətlər, regionumuzda mövcud vəziyyət, eləcə də, Azərbaycan Prezidentinin davamlı sülhün bərqərar olması və bütün bölgənin dayanıqlı inkişafına yönəldilmiş strategiyası, Avropada enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!