18 Aprel 2023 01:08
1891
SİYASƏT
A- A+
Səbrimizi sınağa çəkməyin!

Səbrimizi sınağa çəkməyin!

 

Erməni vandallığı və revanşizminin yeni təzahürləri

 

Haylar  İrəvanda  daha bir şərəfsizlik etdilər.
İştirakçıların təhlükəsizliklərinə qabaqcadan zəmanət verdikləri beynəlxalq idman tədbiri zamanı bayrağımızı əldən qaparaq yandırdılar.
Bununla növbəti dəfə:
* Alçaq və yalançı olduqlarını dünyaya göstərdilər;
* Faşist xislətində qaldıqlarını  bütün cahana nümayiş etdirdilər;
* Hələ ağıllanmadıqlarını, qisasçılıq hissi ilə yaşadıqlarını və yandıqlarını sübut etdilər.
Həm də bir daha yalnız dinc, silahsız, sülh niyyətli insanlar qarşısında "qəhrəmanlıq" edə bildiklərini ortaya qoydular.
Əsl ermənilik də bax budur!

***
İndi bu "igidliyi" edən haylar dünən qarşımızda diz çökərək müharibəni  dayandırmağımız üçün bizə yalvarırdılar.
Dünyanın bir sıra dövlət başçılarını  minnətçi salırdılar.
Onun-bunun dabanını yalayaraq bizdən aman diləyirdilər.

Təzədən dönüb "kişi" oldular?!
Yoxsa  II Qarabağ müharibəsində onlara  verdiyimiz dərsləri, necə darmadağın edib "dəmir yumruq"la başlarını əzməyimizi unudublar?!
Onda tülküyə dönmüşdülər, canlarını qurtarmaq üçün  girməyə deşik axtarırdılar.
Təzədən "qəhrəman"a çevrilən bu dığalar  iki il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin  yaratdığı möhtəşəm ordu qarşısında aciz və miskin vəziyyətdə  qalmışdılar.
Üçrəngli qələbə  bayrağımızın: 
* Füzulidə
* Cəbrayılda
* Zəngilanda
* Qubadlıda
* Hadrutda
* Ağdamda
* Laçında
* Kəlbəcərdə
* Şuşada
ucaldılmasının qarşısını heç bir vasitə ilə ala bilmədilər!
"Məğlubedilməz"  adlandırdıqları orduları  çox qısa bir vaxtda on bir min nəfər  fərarisi olan qorxaqlar dəstəsinə çevrildi!
Anna  Akopyanın  "yaratdığı" qadın  "döyüşçüləri"nin  ümidinə qalmışdılar.
Yoxsa  "kişilik"lərini  sülh elçiləri sayılan  idmançılara, əsir düşmüş silahsız əsgərlərə göstərməyə başlayıblar?!

Niyə unudurlar ki, bizim:
* 44 gün ərzində düşməni "dəmir yumruq"la əzib təslim edən  əsgər və zabitlərimiz;
* ən çətin döyüş tapşırıqlarını çox asanlıqla yerinə yetirən komandolarımız;
* yalançı qəhrəmanların canına vic-vicə salan xüsusi təyinatlılarımız;
* başlarına hər yerdə və hər zaman od yağdıra bilən pilotsuz uçuş aparatlarımız var!
***
Azərbaycan sülh istəyir, sülh sazişi bağlamaq istəyir!
Amma bunu alicənablıqla güzəştə gedərək, humanizm göstərərək edir.
"Dəmir yumruq" hər zaman hazır vəziyyətdədir!
Müzəffər Ali Baş Komandan İlham Əliyev  daim dediyini edəndir!

Sonuncu şərti isə bu oldu:
Azərbaycanın  bütün şərtləri  sözsüz yerinə yetirilməlidir!

Başqa yol yoxdur!
Kiməsə, nəyəsə arxayın olub axmaq fikirlərə düşmək mənasızdır!
* Nə "böyük bacı"ya;
* Nə Avropadan gəlmiş müşahidəçilər dəstəsinə;
* Nə "köhnə dostlar"a;
* Nə "din ayrı" qardaşlara;
* Nə təzə əldə olunan xırda-para silahlara güvənmək heç bir fayda verməyəcək!
Onsuz da Azərbaycan istədiyini edib və edir!
Onsuz da Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyini edib və  son xəbərdarlıqlarından da hamının xəbəri var!

Səbir kasamızı daşırtmayın!
Verdiyimiz "güzəşt günləri"ndən sui-istifadə edərək məsələni uzatmayın!

Nə özümüzü, nə də səbrimizi cılız hərəkətlərlə sınağa çəkin!
Hər şey Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi olacaq!
Hər şey Azərbaycan xalqının istədiyi kimi olacaq!

Daha sizi 27 il gözləyəsi deyilik!
Revanşist, qorxaq, gündə bir ağa tapıb ona yalmananların, gündə bir söz verib sonra dalından qaçanların bircə əlacı qalır:
"Dəmir yumruq"!!!

O da bizdədir!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamındadır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!