31 Oktyabr 2025 19:36
528
SİYASƏT
A- A+
Sebastyən Lökornü: 1968-ci il Fransa-Əlcəzair sazişi yenidən müzakirə edilməlidir  

Sebastyən Lökornü: 1968-ci il Fransa-Əlcəzair sazişi yenidən müzakirə edilməlidir  

Fransanın Baş naziri Sebastyən Lökornü 1968-ci ildə imzalanmış Fransa-Əlcəzair sazişinin yenidən müzakirə edilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə Manş departamentinə səfəri zamanı, Milli Assambleyada Rassemblement National (Milli Birlik Partiyası) tərəfindən təqdim olunan qətnamənin qəbulundan sonra səsləndirib.

“Bu saziş artıq dövrün reallıqlarını əks etdirmir. Biz indi tamamilə başqa bir mərhələdəyik”, – deyə Lökornü “Carentan-les-Marais” şəhərində jurnalistlərə açıqlamasında bildirib. O, həmçinin xatırladıb ki, xarici siyasət parlamentin qətnamələri ilə müəyyən edilmir. “Fransa Respublikasının Prezidenti beynəlxalq müqavilələrin təminatçısıdır, onları o, danışıqlar yolu ilə əldə edir və imzalayır. Xarici siyasət parlament qətnamələri ilə aparılmır. Lakin bu, səhər qəbul edilmiş səsverməyə hörmət etməmək anlamına gəlmir”.

1968-ci il Fransa-Əlcəzair sazişi Əlcəzair vətəndaşlarının Fransa ərazisində immiqrasiya, iş və yaşayış hüquqlarını tənzimləyir. Lakin bu sənəd son illərdə müasir miqrasiya siyasətinə uyğun gəlmədiyi üçün tənqid olunur.

Milli Assambleyada keçirilən səsvermə zamanı ifrat sağçı Milli Birlik (Rassemblement National-RN) fraksiyasının təqdim etdiyi qətnamə bir səs fərqi ilə qəbul edilib. Qətnamə hüquqi qüvvəyə malik olmasa da, siyasi müzakirələri yenidən alovlandırıb.

Respublikaçılar Partiyasının lideri Brüno Rötayo Prezident Emmanuel Makronu Əlcəzairlə münasibətlərdə qətiyyət göstərməyə çağırıb. “Prezident hazırkı siyasi böhrandan çıxmaq üçün parlament demokratiyasına güvəndiyini deyirsə, bu səsverməni də nəzərdən qaçıra bilməz,” – deyə Rötayo bəyanatında qeyd edib.

Fransa və Əlcəzair arasında 1968-ci ildə imzalanmış bu saziş postmüstəmləkə dövründə əmək və ailə miqrasiyasını tənzimləmək məqsədilə hazırlanmışdı. Lakin son illərdə bu sənəd siyasi və ictimai mübahisələrin mərkəzinə çevrilib.

Sebastyən Lökornünün yenidən danışıqlar aparmaq çağırışı Fransa-Əlcəzair münasibətlərində yeni diplomatik mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!