18 Oktyabr 2022 00:35
922
SİYASƏT
A- A+
Şanlı tarix

Şanlı tarix

 

Bu gün Azərbaycan tarixinin ən şanlı günlərindən - 70 illik sovet istilasından sonra ölkəmizin müstəqilliyini bərpa etdiyi tarixi gündür. 31 il əvvəl bu gün, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. 
1920-ci ilin aprelində "qırmızı ordu" tərəfindən Azərbaycan işğal olunduqdan sonra da xalqımızın müstəqilliyə olan inamı heç vaxt itmədi, hətta qanlı, qorxulu, ölüm saçan illərdə də müstəqillik uğrunda mübarizəni açıq və gizli yollarla davam etdirdi. Elə bu səbəbdən də dəfələrlə - 1920-1936, 1937-1938, 1939-1954-cü illərdə xalqımız sovet repressiya maşınından keçirilərək ağır məşəqqətlərə düçar edildi.
Təkcə 1937-ci ildə yalnız "siyasi cinayət"ə görə 2846 nəfər həbs olundu, onlardan 2215 nəfəri haqqında ölüm hökmü çıxarıldı. Həmişə siyasi hərəkatların önündə xalqın ziyalıları, alim və yazıçıları durubdu. Yazarlar, şair və yazıçılar öz əsərləri, yaradıcılıqları ilə xalqı hazırlayaraq azadlıq uğrunda mübarizəyə ruhlandırıblar. Bunu bilən sovet rəhbərliyi 37-ci ildə yalnız 57 nəfər yazıçını, şairi, publisisti, naşiri, mühərriri və millətin qəhrəmanlıq ruhunun rəmzi olan 16 Azərbaycan generalını güllələyərək məhv edib. 1930-1940-cı və 1950-ci illərin əvvəllərində repressiya olunan 70 min azərbaycanlıdan 29 min nəfəri ziyalılar olub. Ermənilərin ən yüksək postlar tutduğu sovet rəhbərliyi cəmiyyətin yaradıcı təbəqəsini, düşünən beyinləri məhv etməklə xalqımızın genofondunu məhv edəcəklərini zənn edirdilər. Abbas Mirzə Şərifzadə, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və digər Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimlərini məhv edən qırmızı cəlladlar ümumilikdə xalqımızın intellekt potensialına sarsıdıcı zərbə vurublar, lakin onun mübarizə ruhunu tamamilə məhv edə bilməyiblər.
Azadlıq eşqi, müstəqillik arzusu xalqın içində yenidən göyərib boy atmağa başladı. 1950-1960-cı illər Azərbaycan ədəbiyyatına, elminə gələn yeni nəsil və Stalinin ölümündən sonra yaranan mühit xalqımızın içindəki qığılcımı alovlandırmağa başladı.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi müstəqillik yolunda yeni bir səhifənin başlanğıcı oldu.  İnsanlar artıq gizli düşündüklərini aşkarda ifadə edə bilirdilər. Şeirlərdə, ədəbi nümunələrdə sənətkarlar siyasi azadlıq fikirlərini, düşüncələrini bu və ya digər formada ifadə edirdilər. Çünki respublikada siyasi düşüncəsinə, azad fikirlərinə görə insanlar təqib olunmur, hətta bu cür düşünən adamlar sehrli bir formada bəlalardan qurtulur, hansısa formada müdafiə olunurdular.
Ölkə iqtisadiyyatı asılılıqdan qurtarıb yüksəliş yoluna çıxarılır, kadr hazırlığına xüsusi onəm verilirdi. Beləliklə, Azərbaycan addım-addım müstəqilliyə doğru irəliləyirdi...
1980-ci illərin sonlarında SSRİ-nin iqtisadi çöküşü, köhnə qaydalarla idarəetmənin özünü doğrultmaması, siyasi idarəetmədə aparılan islahatların səmərəsizliyi 1990-cı illərdə nəhəng imperiyanın süqutu ilə nəticələndi...
Xalqımızın müstəqilliyini gözü götürmək istəməyənlər, Cənubi Qafqazda, ümumiyyətlə, dünyada yeni, qüdrətli bir türk dövlətinin yaranmasını istəməyən qüvvələrin karına yenə erməni faktoru gəldi. Erməni separatçıları yaranmış mühitdən, Mixail Qorbaçovla erməni lobbisinin yaxınlığından istifadə edərək yeni bir üzdəniraq separatçı hərəkata start verdilər. O zaman respublikamıza rəhbərlik edənlərin SSRİ hökumətindən asılılığı, müstəqil qərarvermə qabiliyyətinin və xalq arasında nüfuzlarının olmaması böyük faciələrə səbəb oldu. Artıq zaman da o zaman deyildi, xalq da yuxarıların diktə etdiyi kimi yaşamaq istəmirdi.
1990-cı il yanvarın 20-də xalqın gözünü qorxutmaq məqsədilə Bakıya qoşun yeridildi, silahsız əhaliyə divan tutuldu. İnsanlarımız öz evində, qapısının ağzında, küçədə güllə-baran edildi...
Nəhayət, SSRİ rəhbərliyinin imperiyanı qoruyub saxlamaq üçün göstərdiyi bütün səylər uğursuzluqla nəticələndi... Yaranmış vəziyyətdən maksimum dərəcədə faydalanmaq üçün artıq şərait yetişmişdi. 18 oktyabr 1991-ci ildə Ali Sovetin 360 deputatından 231-i bundan istifadə edərək Müstəqillik Haqqında Konstitusiya Aktının lehinə səs verib ölkəmizin ikinci dəfə və əbədi olaraq müstəqilliyini elan etdilər. Qalan deputatlar ya sessiyanın işində iştirak etməmiş, yaxud da müstəqilliyimizə səs verməmişdilər...
Qəbul olunan Konstitusiya Aktında xüsusi olaraq göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 
1991-ci il dekabrın 29-da bu məsələ ümumxalq referendumuna çıxarıldı və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı, himn və gerb haqqında qanunlar qəbul edildi.
İlk dəfə üçrəngli müqəddəs bayrağımız 1991-ci ildə bolşeviklər tərəfindən endirildikdən 71 il sonra, noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədri olduğu Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlət bayrağı kimi yenidən ucaldı.
Təbii ki, 18 oktyabr 1991-ci il müstəqilliyimizin elan olunduğu şanlı tarixdir. Yaxşı bilirik ki, bu tarixdən etibarən xalqımızın başına gələn bəlaların sayı artdı. Ölkədə hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr pik həddinə çatdı. Azərbaycan ölkəmizin müstəqilliyini istəməyən qüvvələrin məkrli niyyətlərinin poliqonuna çevrildi. Torpaqlarımız ard-arda işğal olundu, soydaşlarımız yurdlarından didərgin düşdü,  qanlı faciələr baş verdi.
Hətta 1993-cü ilin iyul ayı hərbi-siyası qarşıdurmanın pik həddinə çatması ilə tariximizə yazıldı. Ölkə faktiki olaraq vətəndaş müharibəsi, müstəqilliyini elan etmiş Azərbaycan dövləti isə tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə idi.
Belə bir zamanda müstəqilliyimizin memarı Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi, millətini vətəndaş müharibəsi təhlükəsindən, dövləti məhv olmaqdan xilas etdi.
Torpaqlarının 20 faizi düşmən tapdağı altında olan bir dövlət müstəqilliyi bərpa etsə də, ərazi bütövlüyünü tam təmin edə bilməmişdi.
Azərbaycanın rəşadətli ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin oktyabrında torpaqlarını düşmən işğalından azad edərək müstəqilliyimizi gözü götürməyənlərə sarsıdıcı zərbələr endirdi. 
Bu gün dünyada yeni siyasi güc, iqtisadi qüdrət mərkəzinə çevrilmiş Azərbaycan dövləti müstəqillik yolunda inamla irəliləyir. Biz də bu günümüzə baxıb vətəndaş olaraq dövlətimizlə fəxr edirik.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!