21 Oktyabr 2025 13:20
414
DÜNYA
A- A+
Sanae Takaiti Yaponiyanın Baş naziri seçilib

Sanae Takaiti Yaponiyanın Baş naziri seçilib


 O, ölkə tarixində bu vəzifəni tutan ilk qadındır


Hakim partiyanın seçkilərdəki məğlubiyyəti, hökumət koalisiyasının dağılması və kabinetin istefası – Yaponiyada üçaylıq siyasi qeyri-sabitlik dövrü başa çatıb. Ölkənin yeni baş naziri var - ifrat-mühafizəkar millətçi baxışları ilə tanınan Sanae Takaiti.

Oktyabrın 20-də Yaponiya parlamenti Sanae Takaitini baş nazir seçib. O, ölkə tarixində bu vəzifəni tutan ilk qadındır. Yeni hökumət başçısının namizədliyini 465 deputatdan 237-si dəstəkləyib. O, artıq kabinetini formalaşdırmağa başlayıb.

Səsvermə onun hakim Liberal Demokrat Partiyasının yeni tərəfdaşı İnnovasiyalar Partiyası ilə hökumət koalisiyası yaratdığını elan etdikdən sonra baş tutub.

Sanae Takaiti, iyul ayında keçirilən seçkilərdə LDP-nin sarsıdıcı məğlubiyyətindən yaranan üç aylıq siyasi boşluğa son qoyaraq, istefa verən baş nazir Şiqeru İşibanı əvəz edəcək.

Cəmi bir il bu vəzifədə olan İşiba çərşənbə axşamı kabineti ilə birlikdə istefa verib.

Mühafizəkarlarla sağçıların yeni koalisiyası hələ də çoxluğa nail olmaq üçün parlamentdə kifayət qədər yerdən məhrumdur və istənilən qanunu qəbul etmək üçün isə digər müxalifət qruplarını öz tərəfinə çəkməli olacaq. Bu o deməkdir ki, Takaiti hökuməti qeyri-sabit və səmərəsiz olmaq riski daşıyır.

Takaiti bazar ertəsi İnnovasiyalar Partiyasının  lideri və Osaka qubernatoru Hirofumi Yosimura ilə imzalanma mərasimində deyib ki, "siyasi sabitlik indi çox vacibdir - sabitlik olmasa, biz güclü iqtisadiyyat və ya diplomatiya qurmaq üçün tədbirləri irəli apara bilməyəcəyik".

Srağagün iki partiya Takaitinin itrat-mühafizəkar millətçi fikirlərini əks etdirən koalisiya sazişi imzalayıb.

Razılaşma liberal demokratların çoxdankı tərəfdaşlarını - daha yumşaq, daha mərkəzçi mövqedən çıxış edən buddistlərin dəstəklədiyi "Komeyto" Partiyasını itirməsindən 10 gün sonra əldə edilib. Koalisiyanın dağılması Yaponiyada onilliklər boyu hakimiyyəti əlində saxlayan LDP-nin hökmranlığını təhlükə altına qoyub.

Sanae Takaiti 1961-ci ildə Nara prefekturasında doğulub. Anası polis zabiti, atası isə ofis işçisi olub. 

Kobe Universitetinin İqtisadiyyat fakültəsini bitirib.

Tələbə ikən gələcək baş nazir xevi - metal musiqisi və motosikletlərlə maraqlanıb. Məzun olduqdan sonra o, ABŞ-də təcrübə keçərək demokrat konqresvumen Patrisiya Şröderin aparatında təcrübə qazanıb.

Takaitinin siyasi karyerası 1980-ci illərdə, ABŞ və Yaponiya arasında ticarət gərginliyi pik həddinə çatdıqda başlayıb. 1990-cı illərin əvvəllərindən bəri o, yalnız bir dəfə uduzaraq doqquz dəfə parlamentə deputat seçilib. Daha sonra Sindzo Abe hökumətində qısa müddət nazir vəzifələrində çalışıb.

Yeni baş nazirin iş qrafiki ilk bir neçə ayda kifayət qədər sıx olacaq. O, həftənin sonunda əsas nitqlə çıxış etməsi planlaşdırılır. Daha sonra Sanae Takaitini ABŞ Prezidenti Donald Trampla danışıqlar və regional sammitlər gözləyir.

Yeni baş nazir ictimai narazılığı aradan qaldırmaq üçün qiymət artımlarını dayandırmaq və dekabrın sonuna qədər iqtisadi stimullaşdırma tədbirləri hazırlamalıdır.

Onun mühafizəkar fikirlərini nəzərə alaraq, analitiklər hesab edirlər ki, Takaiti yeni vəzifəsində gender bərabərliyi və ya müxtəlifliyi təşviq etməkdən çəkinəcək.

O, Yaponiyada qadınların statusunu yaxşılaşdırmaq üçün tədbirlərə mane ola biləcək siyasətçi hesab olunur. Takaiti həmçinin İmperator Xrizantema taxtının mövcud olan yalnız kişi varislik xəttini dəstəkləyir və eynicinsli nikahlara, habelə qadınların evləndikdən sonra qızlıq soyadlarını saxlamaq hüququna qarşıdır.

Yaponiyanın tarixində ilk qadın baş nazirin, sui-qəsd nəticəsində öldürülən keçmiş hökümət başçısı Sindzo Abenin  ordunu və iqtisadiyyatı gücləndirmək, eləcə də Yaponiyanın pasifist konstitusiyasına yenidən baxılması siyasətini davam edəcəyi gözlənilir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!