Salam, Ağdam!
Salam, Ağdam!
Soruşmuram necəsən!
Görünən dağa nə bələdçi, demişlər.
Dünya gördü sənin dağıntılarını, viranəliklərini...
Yarıdağılmış məscidindən başqa, bir salamat binan qalmayıb.
Düşmən qabaq-qənşər döyüşdə onlara etdiklərinin əvəzini daşından, torpağından, ağacından, gözünə görünən hər şeydən çıxıb.
Alçaqniyyətli, faşistxislətli, Hitlerin əlaltılarına heykəl qoyan ermənidən başqa nə gözləmək olar?!
Səndən sonuncu dəfə 1993-cü ilin iyulunda ayrıldım...
Uzundərəni keçəndən sonra maşından düşüb həsrətlə geri boylandım.
Yaşıllığa bürünmüş yaraşıqlı evlərinin abad görünüşünü beynimə yazmaq istəyirdim...
Başqa nə etmək olardı ki...
Bilirdim ki, Ağdamın düşmən əlinə keçməsinə sayılı günlər qalıb.
Aylar öncə strateji yüksəkliklər əldən verilmişdi, havadarlarına arxalanan düşmən isə silah-sursat, canlı qüvvə cəmləyərək rayon mərkəzinə qəti hücuma hazırlaşırdı.
Başı hakimiyyət şirinliyinə, şəxsi maraqlarını ödəməyə qarışan AXC-Müsavat cütlüyü torpaqları müdafiə barədə düşünməyə vaxt tapmırdı.
Əksinə...
Onların müdafiə naziri Rəhim Qazıyev xəyanət yolu ilə torpaqların düşmənə verilməsinə münbit şərait yaratmışdı.
Əvvəlcə Şuşaya gedərək orada özünə qarşı qondarma “sui-qəsd əməliyyatı” təşkil etmiş, bununla da “personası”nın vacibliyini diqqətə çatdırmışdı.
Ardınca Şuşanın müdafiəsində can-başla iştirak edən, insanları səfərbərliyə almağı bacaran şəhərin ozamankı rəhbəri Mikayıl Gözəlovun və Şuşa Özünümüdafiə Batalyonunun komandiri Ramiz Qənbərovun müəmmalı qətli şəhərin düşmənə verilməsi ilə nəticələnmişdi.
Daha sonra Ağdama gələn Rəhim Qazıyev iki özünümüdafiə batalyonunun komandirləri arasında qan düşmənçiliyi salaraq buranın da müdafiəsini zəiflətmişdi.
Bax beləcə, Ağdam xəyanət əməllərindən və yiyəvay dərdindən işğala məruz qaldı...
Amma buna qədər ağdamlı igidlər, respublikanın hər bir guşəsindən köməyə gələn mərd oğullar düşmənə mümkün olan zərbələri vurmuşdular.
Qarabağ uğrunda müharibənin ilk şəhidlərini Əlinin və Bəxtiyarın simasında məhz sən vermişdin.
Daha sonra altı minədək övladın şəhid oldu!
Əfsus!
Təkcə vətənpərvərliklə, təkcə sücaət və qəhrəmanlıqla torpaq qorumaq mümkün deyil!
Lap iyirmi min insanı şəhid versən də belə!
Mərd, müdrik və uzaqgörən Sərkərdən, nizami ordun və mükəmməl silah-sursatın da olmalıdır!
Həmin dövrdə isə bunların heç biri yox idi!
Beləliklə, doğma Vətənin bir parçasını müvəqqəti də olsa itirdik!
O parçanın içində sən də vardın, Ağdamım mənim!
Və bu ayrılıq düz 27 il sürdü...
İztirab, məşəqqət, əzab, həsrət dolu 27 il!
Nə müsibətlər çəkdi başımız...
Qəddimiz əyilsə də, bükülmədi...
Qürurumuz sınsa da, özümüz sınmadıq!
Vətən həsrəti ilə çoxları ölsə də, ümidimizi ölməyə qoymadıq!
Əmanət qəbirlərdə yataraq, sənə qovuşacağımız günü gözlədik!
Prezidentimizə, rəhbərimizə inandıq, ona güvəndik, ona arxalandıq!
Bilirdik ki, bu işğal əbədi çəkməz!
Bilirdik ki, Tanrı bu dərdi əlacsız qoymaz!
Bilirdik ki, torpaq əsl sahibi qayıtmadan uzun müddət boş qalmaz!
Düşmən arxalı idi, müdafiəçiləri, köməkçiləri, sözünü deyənləri çox idi...
Acgöz və tamahkar, bayquş kimi xarabalıqlar sevirdi...
İçi mebellə, qab-qaşıqdan tutmuş yorğan-döşəyədək dolu olan bütün evləri, mənzilləri “yaxınları”na satdı, taladı...
Evlərin dəmir, taxta materiallarını, daşlarını belə pula çevirdi...
Qəbirlərin baş daşlarının üstünü silərək yenidən satdı, məzarları eşib ölənlərin qızıl dişlərinə qədər çıxardı.
Nə bacardısa, etdi!
Amma ürəyində bir xof da vardı: bilirdi ki, torpağın əsl sahibi hökmən geri qayıdacaq, cəzasını verəcək!
Kimlər nə qədər qorusalar da, müdafiə etsələr də!
Prezidentimizin kövrələrək dedikləri sözlər biz məcburi köçkünlərə verilən ən yüksək qiymətdir: “Hər zaman mənim gözlərim önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm oldular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”
***
Xalq əsl rəhbərini, ordu isə inandığı qəhrəman sərkərdəsini tapanda bütün müşküllər həll olunur!
Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli bir ordu yaratdı, onu ən müasir silahlarla silahlandırıb, ən yeni taktika və strategiya tətbiq etdi, nəticədə ən az itki ilə ən yüksək nəticə qazanıldı!
Azərbaycan Ordusu qarşısında kimsə duruş gətirə bilmədi!
Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi qarşısında bütün bədniyyətlilər geri çəkildilər!
27 ilin gözyaşı, 27 ilin həsrəti, 27 ilin möhnəti 44 gündə qurudu, işğal sona çatdı, bütün həsrət, əziyyət, möhnət möhtəşəm Zəfərlə bitdi!
Düşmən ordusu “dəmir yumruğ”un zərbələri ilə məhv edildi!
Bir qismi fərarilik edərək döyüş meydanından qaçdı, qalanları qarşımızda diz çökdü!
Müzəffər Ali Baş Komandan İlham Əliyev hərb meydanında sübut etdi ki, əsl məğlubedilməz ordu Azərbaycan Ordusudur, əsl qalib millət Azərbaycan xalqıdır!
***
Son 26 il ərzində 23 iyulu “qara bayram” kimi qeyd edirdik.
Müzəffər Ali Baş Komandan İ
lham Əliyev isə əsl bayramımızı, sənin düşmən işğalından geri qaytarılmağını şəxsi sücaət və qəhrəmanlığı ilə təmin etdi!
Azərbaycan tarixinə 20 noyabrı Ağdamın xilası günü kimi həkk etdi!
Halbuki düşmən 6 qat müdafiə xətti yaradaraq qəhrəman ordumuzun mərkəzdən hücuma keçəcəyini gözləyirdi.
Bu, əslində, Baş Sərkərdəmizin uğurlu, aldadıcı hərbi manevri idi!
Ermənilərin dostlarının köməyi ilə 27 il ərzində qurduqları müdafiə səngərləri, beton bunkerlər, “Ohanyan xətti”, mina sahələri və başqa maneələr Azərbaycan Ordusuna ciddi tələfat verməyə hazırlanmışdı!
İlham Əliyev sərkərdə qüdrəti ilə ermənilərin bu tələsini puça çıxardı!
Beləliklə, həm də sənin qoynundan öz övladlarına doğru güllə atılması niyyəti baş tutmadı!
***
Salam, Ağdam!
Azadlığın mübarək!
Yeni növrağın mübarək!
Daha heç vaxt yadlar sənin üstündə gəzməyəcək, qulağın yad səslər eşitməyəcək!
Daha heç vaxt biz səni yad əllərə vermərik, səndən ayrı düşmərik!
Çəkdiklərimiz həm sənə, həm də bizə bəs edər!
Keçmiş olsun, bəlalı günlərin arxada qalsın.
Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə şəhidlərimizi deyil, dağıdılan kənd və şəhərlərimizin də qisasını aldı, ermənini Qarabağdan iti qovan kimi qovdu!
İndi növbə sənin yaralarını sağaltmaq, həsrətində olanları yenidən qoynuna qaytarmaqdır.
Düşmən murdar xislətini sonadək davam etdirib.
Torpaqlarımızdan cəhənnəmə qovulsalar da, basdırdıqları ölüm toxumları - mina və mərmilər zərərsizləşdirilməsə, hər an cücərə, fəlakət törədə bilər.
Bizə verdiyi mina xəritələrinin dəqiqliyi isə vur-tut 25 faizdir.
Bu addımında da mənfurluğuna, murdar xislətinə sadiq qalıb!
***
Vüsalına qovuşmaq üçün hələ çox iş görməliyik, lap çox!
Dövlət başçısı İlham Əliyev ilk olaraq Ağdam şəhərinin baş planını təsdiq etdi!
Həmin baş plana görə dünya şəhərsalma tarixində yaxşı və nadir nə varsa, hamısı yeni Ağdamda olacaq!
Bir-birindən gözəl layihələrin baş müəllifi, əslində, Prezident İlham Əliyevdir.
Yeni salınacaq Ağdam şəhərində çoxmərtəbəli binalar, park və xiyabanlar, yaşıl zonalarla yanaşı, süni göllər, şəlalələr, su kanalları, tramvay və velosiped yolları, uşaq əyləncə meydançaları, daha nələr, nələr olacaqdır!
Yüz min insanın yaşaması üçün planlaşdırılan şəhər gözəlliyi, rahatlığı ilə fərqlənəcək, Qarabağın baş şəhərinə çevriləcəkdir.
Bir sözlə, köhnə Ağdam unudulmayacaq, təzəsi isə düşmən gözü çıxaracaqdır!
Tələsirik, çox tələsirik!
Yenidən sənə qovuşmağa, yaralarını sağaltmağa, doğma yurda qayıtmağa, şən-firavan yaşamağa can atırıq!
Prezidentimiz bizi bu istəyimizə də daha tez qovuşdurmaq üçün nə mümkünsə edir!
İnanırıq ki, vüsal günümüz uzaqda deyil!
Tezliklə, lap tezliklə əbədi görüşəcəyimiz, əbədi birgə olacağımız günün həsrəti ilə!
Ağdam bizimdir!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!