17 Noyabr 2023 17:56
1804
PARLAMENT
A- A+
Sahibə Qafarova: Çingiz Aytmatov hələ sağlığında klassikə çevrilmiş yazıçı olub

Sahibə Qafarova: Çingiz Aytmatov hələ sağlığında klassikə çevrilmiş yazıçı olub

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.

Konfransda çıxış edən S.Qafarova Çingiz Aytmatovun hələ sağlığında klassikə çevrilmiş yazıçı olduğunu söyləyib, onun dünya ədəbiyyatında yeni nəsrin yaradıcılarından biri olmaqla oxucularına misilsiz irs qoyduğunu bildirib.

Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu xatırladan parlamentin sədri onun Azərbaycan xalqı, mədəniyyəti haqqında dəyərli fikirlər söylədiyini diqqətə çatdırıb. Azərbaycan xalqı da Çingiz Aytmatova, onun yaradıcılığına böyük diqqət və rəğbət bəsləyir. Ç.Aytmatovun yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının fəxridir”. Çingiz Aytmatovun yubileylərinin Azərbaycanda təntənəli şəkildə qeyd edildiyini vurğulayan S.Qafarova Prezident İlham Əliyevin Sərəncamı ilə onun “Dostluq” ordeni ilə təltif edildiyini deyib.

Parlamentin sədri bildirib ki, Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə paytaxt Bakıdakı küçələrin birinə onun adı veriləcək və büstü qoyulacaq.

Çingiz Aytmatovun bütün əsərlərində fəlsəfi, əxlaqi və ümumbəşəri problemlərə müraciət edən böyük yazıçı olduğunu deyən S.Qafarova vurğulayıb ki, ədibin yaradıcılığı prizmasından qırğız xalqının bütün milli kimliyini izləmək olar. O, Vətən obrazını dünya ədəbiyyatına gətirib, onu mənəvi irsə çevirib, bu böyük yazıçının əsərləri 170-dən çox xarici dilə tərcümə edilib və milyonlarla tirajla nəşr olunub.

Sahibə Qafarova çıxışında Çingiz Aytmatovun ictimai-siyasi, diplomatik fəaliyyəti barədə də danışıb.

Qeyd edək ki, beynəlxalq konfransda MDB Parlamentlərarası Assambleyasına üzv ölkələrin parlament rəhbərləri, elm və ədəbiyyat xadimləri və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər. Çıxışlarda böyük qırğız yazıçısının həyat və yaradıcılığının ən müxtəlif səhifələrinə dair fikirlər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!