09 Dekabr 2025 14:50
300
İQTİSADİYYAT
A- A+
“Şahdəniz” kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb  

“Şahdəniz” kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb  


“Şahdəniz” konsorsiumu bu ilin əvvəlində təsdiqlənmiş “Şahdəniz Kompressiya” (ŞDK) layihəsinin cədvəl üzrə irəliləyişini təmin etmək məqsədilə daha bir mühüm tikinti müqaviləsinin imzalandığını məmnuniyyətlə elan edir.

bp-dən AZƏRTAC-a bildirilib ki, 156 milyon dollar dəyərində olan bu müqavilə ŞDK platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə edir. Müqavilə “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərinə (birlikdə “BOS Shelf” adlanır) verilib.

Müqavilənin iş həcminə quraşdırma sexləri və montaj üzrə mühəndislik işləri, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun və 5800 tonluq boru payaların və yan payaların hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də hazır dayaq blokunun dənizə yola salınmaq üçün barjaya yüklənməsi və bərkidilməsi işləri daxildir.

Bütün istehsal-quraşdırma işləri “BOS Shelf”ə məxsus Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində həyata keçiriləcək və bu işlərdə yerli infrastruktur və resurslardan tam istifadə olunacaq. Müqavilənin icrasına cəlb olunacaq işçi qüvvəsinin təxminən 97 faizinin Azərbaycan vətəndaşlarından ibarət olacağı, ümumi iş icrasının isə təqribən 2 milyon iş saatı təşkil edəcəyi gözlənilir. Müqavilə çərçivəsində işlərin 2025-ci ilin dördüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.

“Bu, ŞDK layihəsi və operator olaraq bp şirkəti üçün növbəti mühüm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini, uzunmüddətli yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni təhlükəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yüksək standartlara uyğun şəkildə həyata keçirmək öhdəliyimizi əks etdirir. “BOS Shelf” şirkətinin bundan əvvəl də BDÖZ tikinti-quraşdırma sahəsində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz 2” platformaları üçün 11 dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə tam əminlik yaradır ki, ŞDK platformasının dayaq bloku da qrafikə uyğun və büdcə daxilində tikilib təhvil veriləcək. BDÖZ tikinti-quraşdırma sahəsinin irihəcmli modernləşdirmə tələb etmədən dayaq blokunu inteqrasiya etmək və barjaya yükləmək gücündə olması layihənin bu mühüm mərhələsinin vaxtında təhvil verilməsi üçün əsas amillərdən biridir”, - deyə bp-nin layihə üzrə baş meneceri İlqar Məmmədov bildirib.

Qeyd edək ki, nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin “Şahdəniz” yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa” (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Layihə üzrə tikinti işləri artıq başlayıb. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:55
13 Yanvar

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər  

12:42
13 Yanvar

Nazir: Azərbaycan ixracının 46,7 faizi İtaliyanın payına düşür

12:31
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!