28 Aprel 2025 11:26
498
CƏMİYYƏT
A- A+
Sadəlik təcəssümü

Sadəlik təcəssümü


Cəmiyyətdə qadınların üzərinə mühüm vəzifələr düşür. Tarix boyu qadınların rolları ilk növbədə sosial, siyasi, iqtisadi və mədəni sahələrdə tanınır. Zərif cinsin nümayəndələri bu sahələrdə səmərəli bacarıq və qabiliyyətlərə malik olduqları zaman öz iştiraklarını da səmərəli şəkildə həyata keçirə bilirlər. Bacarıq və fəzilətlərə əlavə olaraq, qadınların iştirakına təsir edən amillərlə bağlı gələcək nəsillərdə məlumatlılıq yaratmaq da olduqca vacibdir. Çünki bir cəmiyyətin inkişafı onun elitasının, ictimai xadimlərinin fəaliyyətinin üzərində qurulub. Qadınlar müxtəlif növ rolları yerinə yetirərkən sadəcə ailələrinin deyil, cəmiyyətin də rifahının yüksəldilməsi istiqamətində səmərəli işlər görməlidirlər. Başqa sözlə, öz töhfələrinin fərdlərə faydalı olmasını təmin etməlidirlər. 

Bəşəriyyət boyu qadınlar öz ailələrinin rifahının yüksəldilməsində oynadıqları mühüm rol qədər, cəmiyyət həyatında da əhəmiyyətli rol oynayıblar. Tarixdə isə elə qadınlar var ki, övlad yetişdirib bir nəslin inkişafına töhfə verməklə kifayətlənməyib, o övladı böyük bir xalqın taleyüklü məsələlərinin həlli üçün hazırlayıb, yetişdiriblər. Azərbaycan tarixində görkəmli qadınlar çoxdur. Xalqımızın qadınlarında sevgi, məhəbbət, qayğı, ismət, sadaqət kimi qadına xas ən ali dəyərlər mövcuddur. Elə qadınlar da var ki, onlar spesifik hansısa xüsusiyyətinə görə fundamental qaydada fərqlənir. Onlardan biri Zərifə xanım Əliyevadır. Zərifə xanım tarixdə azsaylı qadınlardandır ki, atası, həyat yoldaşı və övladı rəhbər vəzifələrdə olarkən o, sadəlik təcəssümü olmuşdur. İnsanda elə keyfiyyətlər var ki, ya onu sonradan qazanmaq olmur, ya da yetişdirildiyi ailə, onu böyüdən valideynlər məhz bəzi keyfiyyətləri övlada aşılayırlar. Zərifə xanım dünyaya müzəffər lider gətirmiş xanımdır. Bu nəcib xüsusiyyətlərə malik xanım Aərbaycan torpaqlarını bütünləşdirən, bütövləşdirən, xalqımızın alnından məğlub izini silərək, qalib statusunu ona ərmağan edən bir şəxsiyyət yetişdirməklə kifayətlənməmiş, savad, ləyaqət, əxlaq, zəhmətkeşlik və vicdanlılıq xüsusiyyətlərinin böyük bir nəslə aşılanmasına mühüm töhfə vermişdir. 

Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sadiq yol yoldaşı olmaqla ailədə xanım olaraq yaratdığı mədəni mühit öz sözünü deyirdi. Ailədə mənəvi dəyərlərin davamlı üstün tutulmasının nəticəsidir ki, böyük bir missiya yerinə yetirilmişdir.  Zərifə xanım haqqında Ümummilli Liderimiz Heydər Əliyevin səsləndirdiyi fikirlərə qulaq asarkən qadının cəmiyyətdə, dövlət quruculuğunda oynadığı müstəsna rolu dərk edirsən. Belə ki, o sadəcə çox ağır və məsuliyyətli bir peşənin yiyəsinə həyat yoldaşı olmaqla, kifayətlənməmiş, özündən sonrakı Azərbaycan qadınlarına rol model olmağı bacarıb. Azərbaycan qadını, qadın alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitası hesab olunur. Bir çox həlledici məsələlərdə məhz onların dünyagörüşünün, mövqeyinin, etdiyi hərəkətlərin, fəaliyyətinin nəticəsidir ki, Azərbaycan cəmiyyətində problemlər həllini tapmış, ölkəmizin inkişaf dinamikası, inkişaf perspektivlərini əhəmiyyətli dərəcədə artırıb. 

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına əvəzsiz töhfələr verib. Belə ki, çox incə sahə olan oftalmologiyanın təşviqinə böyük maraq göstərmiş, bu sahənin aktual problemlərinə dair sanballı tədqiqatlar aparmışdır. Bununla da sadəcə öz adını deyil, ailəsinin adını tarixə daha silinməz izlərlə yazdırmışdır. O dövrün prezident həyat yoldaşları sadəcə ailə-məişət həyatı ilə məşğul olarkən, Zərifə xanım ictimai, elmi sahədə də aparıcı rol oynamışdır. Bu nəcib xanımın elmi-pedaqoji, ictimai fəaliyyəti həkimlik sahəsində yeni nəslin yetişməsinə əvəzsiz töhfə vermişdir. Adətən ölkənin aparıcı xanımları, birinci xanımlar ilk növbədə sosial normalarla idarə olunan bir rol kimi xarakterizə olunur. Bu normalar ümumi standart və ya mücərrəd ideal yaradan ənənəvi sosial təcrübələrin, gender ideologiyalarının və güc münasibətlərinin məcmusudur. Müzəffər Ali Baş Komandanımız anasını təsvir edərkən heç bir təsvirə mübaliğə qatmadan, onu olduqca sadə xanım kimi xarakterizə edərək, ətrafına da hər zaman sadə insanları topladığını əlavə edirdi. Prezidentlərin həyat yoldaşlarının taleyi elə qurulub onlar millətin liderini dəstəkləmək kimi ağır bir yükün altında olurlar. Əziz Əliyev kimi böyük bir nəslin daşıyıcısı olmaq, Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə ən yaxın insan olmasına baxmayaraq, zənnimcə, belə təvazökarlıq hər qadına, hər insana xas əlamət deyil. Belə sadəlik və təvazökarlıq xalqın böyük mədəni dəyişikliyinə gətirib çıxardır. Zərifə Əliyeva sağlam münasibətlər üzərində qurulan ailə yaratmağa müvəffəq olmuşdur. Məhz belə ailə dəyərlərinin hökm sürdüyü ənənə Əliyevlər ailəsində bu gün də davam edir. Ölkəmizin Birinci vitse-prezidenti böyük ürəyə, nəcib əməllərə malik olan Mehriban Əliyeva fəaliyyətinin ana prinsipini Azərbaycan cəmiyyətinin davamlı və dayanıqlı inkişafına həsr edərək, zəif sosial kateqoriyalı insanları, xəstə uşaqları, qayğıya möhtac yaşlıları diqqətdən kənarda qoymur. Mehriban Əliyeva Prezidentin həyat yoldaşının rolunu müasir birinci xanıma çevirməyi bacarmış, birinci xanımlar üçün yeni bir meyar qoymağı bacaran şəxsiyyətdir.

Milyonların gözünə nur bəxş edən Zərifə xanım Əliyeva Azərbaycan xalqına cənab Prezident İlham Əliyev kimi dahi bir şəxsiyyət bəxş etməklə böyük bir xalqın mədəni irsinin, qadın simvolunun ən yüksək mərtəbədə qərarlaşmasını təmin etmişdir. Zərifə xanım Əliyevanın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində sonsuz sevgi, böyük ehtiram hissi ilə hər zaman yaşayacaq. Azərbaycan qadınları üçün rol model sayılan belə bir nəcib xanımın ailə dəyərlərinə verdiyi önəmin sorağı gənc qızlarımızın, analarımızın yoluna işıq saçır.

Azər BADAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!