01 Avqust 2025 08:40
471
İQTİSADİYYAT
A- A+
Şabran kəndlisinin çörək təknəsi boş qalmayacaq

Şabran kəndlisinin çörək təknəsi boş qalmayacaq


Şabran torpağında yetişməyən məhsul yoxdur. Hər birinin də ayrı-ayrılıqda öz yeri var. Amma deyirlər ki, taxılın dəyəri, əhəmiyyəti başqadır. Taxılsız kəndlinin çörək təknəsinin bərəkəti olmaz.

Bəllidir ki, Şimal bölgəsi digər ərazilərə nisbətən yazı gec qarşılayır. Üstəlik də bu yaz əvvəlki illərdən fərqli olaraq  havalar kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Buna baxmayaraq, şabranlı kəndli və fermerlər  əllərini işdən-gücdən soyutmadılar. Bol məhsul, o cümlədən taxıl yetişdirmək üçün bütün qüvvələrini səfərbər etdilər. Zəmilərdə bütün işlər texniki qaydalara uyğun görüldü.  Suvarma, vegetasiya suvarmaları uğurla aparıldı, yemləmə gübrəsi vaxtında verildi. Gəmiricilərlə mübarizə də unudulmadı. 

Biçinə start veriləndən sonra da təbiət Şabran kəndlisindən "sürpriz"lərini əsirgəmədi. İlk həftədə demək olar ki, texnikanın sahələrə girməsi mümkün olmadı. Amma şabranlılar yenə də ruhdan düşmədilər, ölkəmizin təknəsinə bacardıqca daha çox çörək vermək üçün bütün imkanlarını səfərbər etdilər.  

Qeyd edək ki, bu il Şabran rayonunda  14 min 745 hektar sahədə  taxıl əkini aparılıb. Bunun 8 min 402 hektarı buğda,  6 min 343 hektarı arpa idi. Buğda biçini göstərdi ki, məhsuldarlıq əvvəlki illərdə  olduğundan yüksəkdir - 29,2 sentner. Arpa sahələrində də  göstəricilər ürəkaçandır.  "Şabran Aqrokompleks",  "Turaz", "Elit", "Çıraqqala aqro", "Dostluq", "Green Tree" MMC-lər biçində fərqlənmişlər. Fermerlərdən Əli Həsənov, Kənan Pənahov, Elmar  Dadaşov  biçinin   mütəşəkkil keçdiyini bildirirlər. Vurğulayırlar  ki, taxıl bol olanda kəndlinin əhvalı da, dolanışığı da yaxşı olur. Taxıl elə bir bərəkətdir ki, onu heç nə ilə əvəz etmək mümkün deyil. 

Öyrənirik ki, biçin zamanı təhlükəsizlik qaydalarına da ciddi riayət olunub. Əvvəlki illərdə bəzi taxıl sahələrində yanğınlar olmuş,  kəndlilər  itki ilə üzləşmişdilər. Bu il isə biçin zamanı sahələrin ətrafı şumlanmış, axşamlar taxıl zəmilərinin yerləşdiyi ərazilərdə enerji xətləri söndürülmüşdür. Bu da zəmiləri gözlənilən təhlükələrdən qorumuşdur.      

Bu dəfə biçinin mütəşəkkil keçməsi üçün sahələrə 32 kombayn səfərbər olunmuşdu. Onların  16-sı  "Aqroservis" ASC-yə, 16-sı isə  fiziki-hüquqi şəxslərə   məxsusdur. Son 10  gündə ətraf rayonlardan daha 6 kombayn şabranlıların köməyinə gəlmişdi. Biçin başa çatandan sonra kombaynlar Quba və Qusar rayonlarına yollanıb.

Şabran  kəndlisinin sahəsində indi üzüm, fındıq, qoz, alma və digər məhsullar də yetişməkdədir.  Bərəkətli olsun!


 Akif ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:09
16 Aprel

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:08
16 Aprel

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
16 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

03:06
16 Aprel

Uşaq hüquqları haqqında

03:05
16 Aprel

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanında və "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi haqqında

03:04
16 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə elan

03:02
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti baş ofis və struktur idarələrində yanğına qarşı sistemlərə illik texniki xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:01
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti dənizdə və quruda yükqaldırıcı, xilasedici, qəza takelajlarının və yedəkləmə avadanlıqlarının yoxlanılması, təmiri, testi və sertifikatlaşması xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

03:00
16 Aprel

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!