20 Dekabr 2025 18:57
214
DÜNYA
A- A+
“Sabah” qəzeti: Qərbin Ermənistanın texnoloji sektoruna yatırdığı investisiyalar Türkiyə üçün risklər yaradır

“Sabah” qəzeti: Qərbin Ermənistanın texnoloji sektoruna yatırdığı investisiyalar Türkiyə üçün risklər yaradır


Ermənistanın qlobal platformalarla sıx inteqrasiya olunmuş texnologiya mərkəzinə çevrilməsi bu ölkə və onunla bağlı erməni diasporu üçün qlobal informasiya məkanına çıxışı asanlaşdıra bilər. Bununla da tarixi yalanların və Türkiyəyə qarşı hücumların yayılmasına təkan veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetində şənbə günü dərc olunmuş və Qərb şirkətlərinin Ermənistanın texnoloji sektoruna qoyduğu böyük investisiyalara həsr edilmiş məqalədə deyilir.

Nəşrin müəllifi Ermin Akıllı qeyd edir ki, “Nvidia” şirkətinin Ermənistanda süni intellekt mərkəzi yaratmaq təşəbbüsü kimi 500 milyon dollara qədər başa gələn layihələr Türkiyə üçün risklər yaradır.

Ermin Akıllının fikrincə, digər bir təhlükə “regionun informasiya və rəqəmsal arxitekturasının Türkiyədən ayrı” formalaşdırılması perspektivləridir. “Bu cür inkişaf uzunmüddətli perspektivdə Türkiyənin strateji təsir məkanını daralda bilər”, - deyə məqalədə bildirilir.

Müəllif Türkiyə hakimiyyətini “Ermənistanın hərəkətlərini seyr etməməyə”, “dərhal strateji xarakterli əks tədbirlər görməyə” çağırıb. “Rəqəmsal sahədə Türkiyə-Azərbaycan əməkdaşlığını dərinləşdirmək də vacibdir. İki ölkə arasında strateji tərəfdaşlıq süni intellekt (AI), məlumatların qorunması və kibertəhlükəsizlik sahələrini də əhatə etməlidir. Digər məsələlərlə yanaşı, birgə verilənlər bazalarının və regional “bulud bazasının” yaradılması, eləcə də ölkələrin müdafiə qabiliyyətlərini artırmağa yönəlmiş AI layihələrinin həyata keçirilməsi nəzərdən keçirilə bilər”, - deyə Ermin Akıllı yazır və vurğulayır ki, Türkiyə “regionun texno-siyasi şahmat lövhəsində həlledici aktora” çevrilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Monteneqro Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib  

21:31
20 Dekabr

Xarici ekspertlər Azərbaycan–Ermənistan münasibətlərində enerji əməkdaşlığının əhəmiyyətini dəyərləndiriblər 

21:23
20 Dekabr

Azərbaycan-Monteneqro münasibətlərinin inkişafı müzakirə olunub  

19:54
20 Dekabr

Mixail Qusman: Maqsud İbrahimbəyov təkcə Azərbaycanın dahi mədəni və ədəbi fenomeni deyil  

19:23
20 Dekabr

Premyer Liqa: “Zirə” xal itirib

19:09
20 Dekabr

“Sabah” qəzeti: Qərbin Ermənistanın texnoloji sektoruna yatırdığı investisiyalar Türkiyə üçün risklər yaradır

18:57
20 Dekabr

Bəyanat: Avropa Parlamentinin qətnaməsi onun institusional etibarlılığına dair ciddi suallar yaradır  

18:45
20 Dekabr

12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsi yekunlaşıb

18:36
20 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2028-ci ildə müdafiə sənayesi üzrə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir  

17:49
20 Dekabr

Baş nazir Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb  

17:31
20 Dekabr

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

16:29
20 Dekabr

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib  

16:13
20 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

16:01
20 Dekabr

Şəhidliyin nurunda və xatirələrin işığında yaşayan Rəşad Sadıqovun xatirəsi anılıb  

15:51
20 Dekabr

Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb  

15:39
20 Dekabr

Fərid Qayıbov: Sevindirici hal odur ki, yarışda türkiyəli idmançılar artıq üçüncü dəfə iştirak edirlər  

15:29
20 Dekabr

Monteneqro XİN başçısı: Ölkəmizdən Azərbaycana investisiyaların cəlb olunması istiqamətində də səylərimizi davam etdiririk

15:22
20 Dekabr

Ervin İbrahimoviç: Konsulluq sahəsində imzalanmış Anlaşma Memorandumu gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır  

15:22
20 Dekabr

Azərbaycanla Monteneqro arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib

15:18
20 Dekabr

Ceyhun Bayramov: Monteneqronun NATO üzvü olmasını nəzərə alaraq, bu istiqamətdə də həmkarımla müzakirələr apardıq

15:05
20 Dekabr

Nazir: Azərbaycanla Monteneqro arasında humanitar sahədə

15:03
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!