16 Yanvar 2026 13:11
138
CƏMİYYƏT
A- A+
Sabah gündüzdən başlayaraq hava bəzi yerlərdə yağıntılı olacaq  

Sabah gündüzdən başlayaraq hava bəzi yerlərdə yağıntılı olacaq  


Azərbaycanda yanvarın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunu, nisbi rütubət isə 75-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edilib  

14:58
16 Yanvar

Türkiyəli ekspert: Naxçıvan Azərbaycan-Türkiyə əlaqələrində aparıcı rol oynayır  

14:56
16 Yanvar

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib  

14:38
16 Yanvar

Paytaxt məktəblərində “Şəhərsalma və Memarlıq İli"nə həsr olunan müsabiqələrə başlanılıb  

14:14
16 Yanvar

Almaniyada elektromobillər üçün dövlət dəstəyi yenidən tətbiq olunur  

14:03
16 Yanvar

WUF13 tədbiri çərçivəsində özəl sektor, akademik dairələr və tədqiqatçılar üçün məlumatlandırma sessiyaları keçiriləcək  

13:49
16 Yanvar

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti real və konkret nəticələr verir  

13:26
16 Yanvar

Ukraynada komendant saatının qaydaları dəyişdirilir  

13:13
16 Yanvar

Sabah gündüzdən başlayaraq hava bəzi yerlərdə yağıntılı olacaq  

13:11
16 Yanvar

Energetika Nazirliyində vətəndaşlarla görüş olub  

13:07
16 Yanvar

Pəncablı nazir: Hindistanda siqh və digər azlıqlar hələ də təzyiqlərə məruz qalırlar  

13:01
16 Yanvar

“Aztelekom”: Ağdamda 974, Kəlbəcərdə 121 ev təsərrüfatı internetlə təmin olunub  

12:51
16 Yanvar

Donald Tramp ABŞ-ın müttəfiqləri ilə əlaqələri korlamaqda ittiham olunur  

12:47
16 Yanvar

İKTA: Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb  

12:47
16 Yanvar

Amerikalı ekspert: ABŞ Türk Dövlətləri Təşkilatı ilə daha sıx əməkdaşlıq etməlidir  

12:21
16 Yanvar

Türk alim: Azərbaycan ərazisində aşkarlanan abidələr dünya əhəmiyyətli nadir incilərdəndir  

12:20
16 Yanvar

Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib  

12:03
16 Yanvar

Ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib  

12:02
16 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb YENİLƏNİB  

12:00
16 Yanvar

Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planı icraya yönəldilib  

11:52
16 Yanvar

“Samsung” smartfonlarında süni intellekt pulsuz olacaq  

11:48
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!