19 Avqust 2024 17:24
2349
Səhiyyə
A- A+
Rusiyanın səhiyyə naziri Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub

Rusiyanın səhiyyə naziri Seçenov Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub

 

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Seçenov Universitetinin Bakı filialının Bakı Sağlamlıq Mərkəzində - filialın klinik bazasında yerləşən Tədris-Simulyasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Seçenov Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, Milli Onkologiya Mərkəzinin Baş-boyun cərrahiyyəsi şöbəsinin aparıcı elmi işçisi, onkoloq-cərrah, professor Əziz Əliyev qonağa Təlim-Simulyasiya Mərkəzinin yaradılması tarixi və fəaliyyəti barədə məlumat verib.

Rektor qeyd edib ki, mərkəzdə real şəraitə maksimum səviyyədə yaxın imkanlar yaradılıb. Müasir avadanlıqlar üzrə təhsil alan tələbələr komandada işləmək bacarıqlarına yiyələnir və fövqəladə hallarda qərar qəbul etməyi öyrənirlər. Mərkəzin müəllimləri Rusiya və Azərbaycanın qabaqcıl klinikalarının xüsusi təlim keçmiş praktiki həkimləridir.

Vurğulanıb ki, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsinin İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Azərbaycan Respublikası Prezidentinin 15 may 2015-ci il tarixli Sərəncamı və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında bu universitetin məzunu və fəxri professoru olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Universitetdə tədris Seçenov Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən iki istiqamətdə - “Ümumi tibb” ixtisası üzrə (yerlərin sayı 125 nəfər) 6 illik təhsil müddətində və “Sənaye əczaçılığı” magistraturasında (yerlərin sayı 10) təhsil müddəti 2 il olmaqla aparılır. Məzunlara Azərbaycanda avtomatik nostrifikasiya edilən İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu verilir.

Professor Əziz Əliyev jurnalistlərə bildirib: “2024-2025-ci tədris ili üçün qəbul kampaniyası zamanı abituriyentlərdən 400-ə yaxın müraciət daxil olub; onlardan 125 yerə 321 ərizə qəbul edilib. Qeyd edək ki, “Ümumi tibb” ixtisasına bu qədər müraciət filialın fəaliyyət göstərdiyi 9 ildə ilk dəfədir müşahidə olunur. 2023-2024-cü tədris ilində Bakı filialında “Ümumi tibb” ixtisası üzrə 4-cü və “Sənaye əczaçılığı” ixtisası üzrə magistraturaya 3-cü buraxılış mərasimləri keçirilib. Qeyd edək ki, hər il filialın 60-80 tələbəsi Moskvanın Seçenov Universitetinin aparıcı klinikalarında təcrübə keçir”.

Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Seçenov Universitetinin Bakı filialı “R-Pharm” əczaçılıq zavodu ilə sıx əməkdaşlıq edir, onun bazasında filialın magistrləri üçün “Sənaye əczaçılığı” ixtisası üzrə praktiki dərslər keçirilir.

Ə.Əliyev onu da bildirib ki, ən müasir avadanlıqlarla təchiz edilmiş, simulyasiya təlimi metodlarından istifadə etməklə kliniki təfəkkür formalaşdırılan Təlim-Simulyasiya Mərkəzində komandada işləmək qabiliyyəti, tibbi xidmətin mümkün olduğu qədər reallığa yaxın olması standartlarına uyğun olaraq fövqəladə hallarda hərəkət və qərar qəbuletmə bacarıqları inkişaf etdirilir.

Təlim-Simulyasiya Mərkəzinin əsas layihələri bunlardır:

- Seçenov Universitetinin Bakı filialı və Azərbaycan Tibb Universitetinin tələbələrinin praktiki bacarıqlarının inkişafı və akkreditasiyası;

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müdavimləri üçün treninqlər;

- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə təlimlər;

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün təlimlər;

- Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri üçün təlimlər;

- Azərbaycan Hava Yolları - AZAL şirkətinin əməkdaşları üçün treninqlər;

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları üçün “İlkin tibbi yardım” təlimi;

- Şuşa, Laçın şəhərlərində - Qarabağ iqtisadi rayonunda xəsarət alanlara “İlkin tibbi yardım” layihəsi.

Bakı filialı tələbələrin təcrübə keçməsi üçün Azərbaycanın 30-dan çox tibb müəssisəsi ilə əməkdaşlıq edir.

Filialın universiteti təmsil edən tələbələri akademik məruzələrlə çıxış edir, intellektual və yaradıcılıq müsabiqələrində, olimpiadalarda, beynəlxalq gənclər festivallarına qatılır, təhsil və mədəniyyət dəyərlərinə sadiq olduqlarını vurğulayırlar. Onlar, həmçinin 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-da fəal iştirak edəcəklər.

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko jurnalistlərlə söhbətində qeyd edib ki, Bakı filialında mütəxəssislərin hazırlığı yüksək templə gedir və əla nəticələr nümayiş etdirilir. “Məzunların 30 faizindən çoxu fərqlənmə diplomu alıb. Bu, yüksək təhsil səviyyəsidir və qeyd etmək istəyirəm ki, təhsilin keyfiyyəti Moskvadakı ilə eynidir, hətta bəzi dərslərdə olanda belə, məndə elə bir təəssürat yaranır ki, Moskvadayam. Bütün proses Moskvada - əsas universitetdə olduğu kimi həyata keçirilir”, -deyə M.Muraşko əlavə edib.

Rusiyanın səhiyyə naziri qeyd edib ki, bu gün Bakı filialı digər fəaliyyətlərlə yanaşı, Azərbaycan Tibb Universitetinin məzunlarının təlimini və akkreditasiyasını da həyata keçirir. Seçenov Universitetinin Bakı filialında mütəxəssis hazırlığının keyfiyyəti düzgün qurulub. “Tibb işçisi üçün əsas olan “bilirəm, ona görə də bacarıram” prinsipidir. Bu səbəbdən də başlıcası odur ki, mütəxəssis həyatında bir dəfə belə vəziyyətlə qarşılaşsa belə, kömək göstərə biləcək, çünki o, artıq manekenlərdə, bu imkanları real şəkildə həyata keçirməyə imkan verən təlim avadanlıqlarında müalicə üsullarını mənimsəyib”, -deyə nazir vurğulayıb.

Sonra Rusiyanın səhiyyə naziri Mixail Muraşko və rektor Əziz Əliyev Seçenov Universiteti Bakı filialının rezidentləri ilə görüşüblər.

Bildirilib ki, Bakı filialında müxtəlif ixtisaslar üzrə rezidenturaya 40 nəfər qəbul edilir. “Hazırda filialın 77 rezidenti müxtəlif ixtisaslar üzrə Azərbaycanda, 8 rezident isə Seçenov Universitetinin Moskva, ABŞ, Almaniya və Türkiyədəki aparıcı klinikalarında təhsil alır. Onlardan dördü bu il rezidenturanı bitirir”, - deyə Ə.Əliyev vurğulayıb.

Həmçinin qeyd olunub ki, rezidentlərin hazırlanması üçün kliniki bazalar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən aparıcı klinikalardır.

Ə.Əliyev vurğulayıb ki, Seçenov Universitetinin kliniki mütəxəssisləri vaxtaşırı rezidentlərin təlim keçdiyi bu bazalara baş çəkirlər. Onlar filial rezidentləri ilə birgə mühazirələr oxuyur, həmçinin xəstələrin konsultasiyasında iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!