06 Dekabr 2023 22:33
397
SİYASƏT
A- A+
Rusiya KİV-ləri Azərbaycan Prezidentinin beynəlxalq forumda çıxışını geniş işıqlandırıb

Rusiya KİV-ləri Azərbaycan Prezidentinin beynəlxalq forumda çıxışını geniş işıqlandırıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı Rusiya mətbuatında geniş yayılıb.

AZƏRTAC xəbər verir ki, “News.ru” nəşri Prezident İlham Əliyevin Azərbaycanın Cənubi Qafqazda sülhü bərqərar etməsi, Minsk qrupunun Qarabağ münaqişəsinin yalnız dinc yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlarının yanlış olması barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Nəşrin materiallarında Azərbaycan Liderinin Ermənistanın sülh müqaviləsinin beş baza prinsipini qəbul etməyə yaxın olduğu ilə bağlı fikirlərini də yayaraq bildirib ki, Prezident İlham Əliyevin fikrincə, İrəvan bu şərtləri bir neçə il əvvəl qəbul etsəydi, münaqişənin yenidən alovlanmasının qarşısını almaq olardı.

“İnterfaks” agentliyi xəbər lentində Azərbaycan Liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.

“Vestnik Kavkaza” agentliyi yazır ki, Prezident İlham Əliyev Qarabağın erməni əhalisinə Azərbaycan cəmiyyətinə inteqrasiya edə bilməsi üçün seçim verildiyini bildirib. Azərbaycan Liderinin öz yurd-yuvasına qayıdan keçmiş qaçqın və məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə getməsi, separatçı rejimin başçılarının sülh prosesinə mane olmaları, indi isə Azərbaycanda məhkəmənin qərarını gözlədikləri barədə fikirləri də agentliyin materiallarında əksini tapıb.

“TASS” Agentliyi Prezident İlham Əliyevin çıxışına istinadla yazır ki, Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqına daxil olmaq məqsədi yoxdur, Azərbaycan dövləti əlaqələr qurmağın yollarını tapıb. Agentlik Azərbaycanın dövlət başçısının Ermənistanın sülh müqaviləsinin hazırlanmasına etinasız yanaşması, 6-7 səhifəlik sənədlə əlaqədar Azərbaycan tərəfinin şərhlərinə 70 günə cavab verməsi barədə dediklərini də oxucuların diqqətinə çatdırıb.

“Arqumentı nedeli” nəşri yazır ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan İrəvanla müharibəyə can atmadığını vurğulayıb və sülh müqaviləsinin bağlanması üçün Ermənistanda revanşist cəhdlərin olmayacağına zəmanət tələb edib.

“İzvestiya” qəzeti Azərbaycan Liderinin sentyabrında keçirilən antiterror tədbirlərinin 24 saat çəkdiyi, dinc əhaliyə heç bir ziyan dəymədiyi barədə dediklərinə diqqət çəkib. Qəzet, həmçinin Ermənistan ilə sülh müqaviləsi imzalanması üçün Azərbaycan tərəfinin zəmanət tələb etdiyini də vurğulayıb.

“Lenta.ru” nəşri yazır ki, Prezident İlham Əliyev keçmiş separatçı rejimin başçılarının əfv olması şərtini açıqlayıb. Azərbaycan dövlətinin başçısı vurğulayıb ki, onlar təslim olsaydılar, əfv edilərdilər. Əvəzində isə onlar Bakıya tanklarda daxil olacaqlarını deyirdilər, indi isə məhkəmənin qərarını gözləyirlər.

Bu ölkənin “Vedomosti”, “TVC”, “Qazeta.ru”, “Pofile.ru”, həmçinin bir çox digər nəşr və telekanalları da Azərbaycanın dövlət başçısının çıxışını geniş təhlil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!