Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri, Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən və böyük məmnuniyyətlə təbrik edirəm. Ən səmimi arzularımı, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləklərimi, ən yüksək ehtiramımı qəbul edin. Sizin həyat və fəaliyyətiniz Azərbaycan xalqının həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Siz xalqınızın rifahı üçün qüvvə və səylərinizi əsirgəmirsiniz. Sizin biliyiniz, təcrübəniz, iradəniz, doğma respublikanıza sevginiz, geniş dünyagörüşünüz və idarəçilik istedadınız sanballı nəticələr verib və Azərbaycanın imkanlarının daha da inkişaf etdirilməsi ilə bağlı ən mürəkkəb məsələlərin həllinə, onun mənafelərinin müdafiəsinə və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dəfələrlə demişəm və bir daha təkrar edirəm, Siz dahi atanızın layiqli varisi və onun işlərinin istedadlı davamçısısınız. Bu gün o, Sizinlə fəxr edərdi, çünki Siz Heydər Əliyevin Azərbaycan üçün doğru inkişaf yolu tapmaq, müstəqillik, beynəlxalq arenada respublikanın siyasi, iqtisadi və sosial mövqelərinin möhkəmlənməsində sanballı uğurlar qazanmaq arzularını həyata keçirirsiniz.
Hörmətli İlham Heydər oğlu, Sizin artıq püxtələşmiş, təcrübəli, qətiyyətli, uzaqgörən, alicənab dövlət xadimi kimi davam etdirdiyiniz siyasət hərtərəfli ölçülüb-biçilmiş siyasətdir. Fərəhlə qeyd edirəm ki, cari ildə qəbul olunmuş Moskva Bəyannaməsində Moskva ilə Bakının müttəfiqlik münasibətləri kimi elan edilmiş dostluq və mehriban qonşuluq münasibətləri Sizin sayənizdə bu gün yeni, daha yüksək səviyyəyə çatıb. Rusiya tərəfi Azərbaycan ilə dostluğu səmimi-qəlbdən yüksək qiymətləndirir və bu, Cənubi Qafqazdakı bütün dövlətlərlə münasibətləri inkişaf etdirməyə, həmin regionda etimad, sülh və təhlükəsizlik tədbirlərini möhkəmlətməyə imkan verir. Bu münasibətlər, şübhəsiz, tarixdə Sizin adınızla qalacaqdır. Bizim yoldaşlıq münasibətlərimizə görə çox məmnunam və bunu yüksək qiymətləndirirəm. Sizinlə və mehriban ailənizlə görüşlərə həmişə şadam.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar, Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına firavanlıq, nailiyyətlər, sülh, tərəqqi arzularımı və ən xoş diləklərimi bildirim.
Hörmətlə, Sizin
Leonid Slutski
Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal
Demokrat Partiyası fraksiyasının rəhbəri,
Beynəlxalq məsələlər komitəsinin sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!