16 Aprel 2025 09:20
430
SİYASƏT
A- A+
Revanşistlərin son çırpıntıları...

Revanşistlərin son çırpıntıları...


Ermənistanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanması prosesinin baş tutmaması üçün məkrli niyyətlərini aşkarda nümayiş etdirirlər. Amma buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Ancaq bütün bunlara baxmayaraq yeni-yeni təxribatçı bəyanat və populist çıxışları ilə gündəmə gəlməkdə davam edirlər. Onlar Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə yanaşı, sülh prosesinə əngəl ola biləcək fikirlər, hətta terrora çağırış, yeni müharibə hədələri ilə də çıxış edirlər.

Ermənistan Xüsusi Təyinatlı Polis Dəstəsi Veteranlar İttifaqının sədri polkovnik Qrişa Sarkisyan bildirib ki, Ermənistan Azərbaycanın strateji obyektlərinə - xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Mingəçevir Su-Elektrik Stansiyasına raket zərbəsi endirməlidir: "O zaman Azərbaycan özü Ermənistandan sülh diləyəcək".

Sarkisyan bu bəyanatlarla Ermənistanın aktiv media resurslarından biri - 214 min abunəçisi olan və müxtəlif erməni analitiklər üçün platforma rolunu oynayan "Noyan Tapan" telekanalının efirində çıxış edib. Müsahibə zamanı o, həmçinin Ermənistan konstitusiyasına görə, "Qarabağın Ermənistana məxsus olduğunu" bildirib və müharibəyə hazır olmağın vacibliyini vurğulayıb: "Müharibədən qorxmaq lazım deyil. Əgər düşmənin bizdən çəkinməsini istəyiriksə, istənilən anda döyüşməyə hazır olduğumuzu göstərməliyik. Biz o ölkəni daim qorxu içində saxlamalıyıq".

Bu arada erməni hüquq müdafiəçisi, ictimai xadim Nare Simonyan deyib ki, Qarabağdan Ermənistana köç etmiş şəxslərə qarşı nifrət nitqi yayılır ki, bu da qısa müddətdə Qarabağdan Ermənistana köç etmiş şəxslərin mübarizə aparmamasına, siyasi hüquqlarından əl çəkməsinə, uzunmüddətli perspektivdə isə bu təzyiqləri daim hiss etməsinə, özünü təcrid etməsinə və bəlkə də digər məsələləri nəzərə alaraq, onların ölkəni tərk etməsinə imkan yaratmağa yönəlib.

Onun sözlərinə görə, Nikol Paşinyan, Anna Hakopyan, Alen Simonyan və Arsen Torosyan Qarabağdan Ermənistana köç etmiş şəxslərə qarşı nifrəti təbliğ edirlər: "Siyahını çox uzun şəkildə sadalaya bilərəm. Bu təzahürlərin real həyatda ifadəsi çox böyükdür, Qarabağdan Ermənistana köç etmiş şəxslərin sosial-psixoloji durumuna təsiri çox güclüdür".

Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər digər ara qızışdıranların bu cür sərsəm bəyanatlar verməsi, erməni xalqını növbəti dəfə fəlakətə sürükləmək cəhdidir.  Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət Hayastanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırki hakimiyyəti  çətin vəziyyətdə qoyub.  Əslində, revanşist qüvvələr çox  yaxşı başa düşürlər ki,  böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövründəki acınacaqlı vəziyyəti unutmayıb. Ancaq yenə də özləri belə inanmayacağı qədər populist çıxışlarla gündəmi zəbt erməyə çalışırlar.

 

Elçin CƏFƏROV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!