29 İyun 2026 16:19
878
Elm və texnika
A- A+
Rektor: Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olub  

Rektor: Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olub  


Yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni bir mərhələnin başlanğıcı olub. Burada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə edib.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində söyləyib.

Rektor deyib: “Aradan keçən yüz il göstərdi ki, qurultayın qəbul etdiyi elmi prinsiplər bu gün də aktuallığını qoruyub saxlayır. Ortaq mədəni irsin qorunması, milli kimliyin möhkəmləndirilməsi, elmi inteqrasiyanın dərinləşdirilməsi və gələcək nəsillərə etibarlı elmi-mədəni irsin ötürülməsi müasir dövrdə Türk dünyasının qarşısında duran vəzifələrdir. Bu gün türkologiya artıq yalnız filoloji tədqiqat sahəsi deyildir. O, dilçilik, tarix, arxeologiya, etnologiya, mədəniyyətşünaslıq, süni intellekt texnologiyaları və informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası əsasında inkişaf edən multidisiplinar elmi istiqamətə çevrilib. Müasir dövrdə türkoloji irsin dərindən öyrənilməsi, türk dillərinin, ədəbiyyatlarının, tarixlərinin tədrisinin yeni çağırışlar kontekstində dərinləşdirilməsi həm də müasir elmi inkişafın metodoloji əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Türk dillərinin vahid terminoloji bazasının formalaşdırılması, rəqəmsal lüğətlərin hazırlanması, qədim yazılı abidələrin rəqəmsallaşdırılması, süni intellekt üçün dil resurslarının zənginləşdirilməsi, avtomatik tərcümə və nitqin emalı texnologiyalarının inkişaf etdirilməsi müasir türkologiya elminin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə davam etdirilməsi yalnız klassik tədqiqatların aparılması ilə məhdudlaşmamalı, innovativ texnologiyalarla sintez olunmalı, yeni metodologiyalar əsasında inkişaf etdirilməlidir”.

Qeyd edək ki, beynəlxalq konfrans Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə baş tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizədək artıb

12:19
27 İyul

Uqandada 19 nəfərin aclıqdan ölməsindən sonra hökumət ərzaq yardımı paylamağa başlayıb

12:11
27 İyul

Dövlət büdcəsinin gəlirlərinin 46 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb

11:53
27 İyul

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

11:49
27 İyul

Son iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
27 İyul

DİN-də xidmətə qəbulla bağlı növbəti sıra baxışı olub

11:37
27 İyul

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

11:29
27 İyul

Elbrus dağında beş bosniyalı alpinist həlak olub

11:19
27 İyul

Azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına birinci yarımildə ayrılan vəsait 1 milyard manatı ötüb

11:13
27 İyul

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

11:01
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!