21 Noyabr 2023 09:40
287
SİYASƏT
A- A+
Regionun ən  böyük siyasi qüvvəsi

Regionun ən  böyük siyasi qüvvəsi

 

Azərbaycanın ən ağır günlərində, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığımız bir vaxtda xalqımızın ziyalıları siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşdilər. 91 nəfər ziyalının Heydər Əliyevə müraciətində ondan yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.
1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Konfransda həmçinin partiyanın Proqram və Nizamnaməsi də qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü siyasi partiya olan YAP-ın təməli qoyuldu. 
Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
Ümummilli Lider Heydər Əliyev xalqını sevən, müstəqil Azərbaycanın yaşaması və güclü dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət idi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi astanasında olanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə qalanda bütün xalq Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev müdrik və qətiyyətli siyasəti ilə xalqı ağır vəziyyətdən ən qısa vaxtda çıxarmağı bacardı. 
1993-cü ildə YAP-ın Sədri Heydər Əliyev xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Prezident seçildi  və YAP iqtidar partiyası oldu. Həmin tarixdən bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. 
YAP-ın 2005-ci il martın 26-da keçirilən III Qurultayında İlham Əliyev partiyanın yeni Sədri seçildi. Bu, dövlətimizin başçısına olan etimadın göstəricisi idi. 
Bu gün dövrün tələblərinə uyğun olaraq Yeni Azərbaycan Partiyasında da islahatlar aparılır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13  nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilmişdir. 
YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın Sədri İlham Əliyevin sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Bu təyinat Mehriban Əliyevaya olan yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin nəticəsidir. Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal, ictimai-siyasi,  vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. 
YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan etmişdir. YAP həm də Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir.
YAP-ın hakim partiya olduğu dövrdə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edərək qüdrətli dövlətə çevrilmişdir. Dünya Bankının qiymətləndirməsinə görə, ölkəmiz 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. Həmçinin son 20 ildə iqtisadiyyatımız 4 dəfədən çox artmışdır. İxracın həcmi artaraq 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatmışdır. Dövlət büdcəsində qeyri-neft sektorundan gələn gəlirlər neft-qaz sektorunun gəlirlərini  üstələyir. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard ABŞ dollarından çoxdur. 
Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada söz sahibinə çevrilmişdir. Dünya liderləri də ölkə başçımızın güclü, qətiyyətli, müdrik siyasətçi və mahir diplomat olduğunu vurğulayırlar.

Kamilə ƏLİYEVA,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!