20 Yanvar 2026 09:38
68
DÜNYA
A- A+
Rəcəb Tayyib Ərdoğan: Dünyada qanunun gücünü güclünün hüququ əvəz edir  

Rəcəb Tayyib Ərdoğan: Dünyada qanunun gücünü güclünün hüququ əvəz edir  

Müasir dövrün problemləri daha da dərinləşir və onlara yeni çağırışlar əlavə olunur. Dünya münasibətlər sistemində qanunun gücünü güclünün hüququ əvəz edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

O, Rusiya–Ukrayna müharibəsinə diqqət çəkərək bildirib ki, gələn ay minlərlə insanın həyatına son qoymuş qanlı qarşıdurmanın beşinci ili başlayır. “Davam edən səylərə baxmayaraq, barışığa aparan yol hələ də tapılmayıb”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dövlət başçısı, həmçinin yeni sınaqlarla müşayiət olunan qarşıdurmaların baş verdiyi İrandakı vəziyyətə də toxunub.

“İranda həyata keçirilməyə çalışılan ssenarini diqqətlə izləyirik. İnanırıq ki, qonşumuz bu günləri geridə qoyacaq. Türkiyə hadisələrin əvvəlindən problemlərin həll yolunun danışıqlar masasından keçdiyi mövqeyini prinsipial şəkildə müdafiə edir. Bütün maraqlı tərəfləri diplomatik rıçaqlardan istifadə etməyə çağırırıq”, - deyə o bildirib.

R.T.Ərdoğan Suriyadakı vəziyyətə də münasibət bildirib. “Türkiyə 8 dekabr inqilabının nailiyyətlərini möhkəmləndirmək üçün səylərini əsirgəmir. 13,5 illik zülm və yüz minlərlə suriyalının həyatına son qoymuş qarşıdurmadan sonra tarixi fürsət yaranıb. Suriya suriyalılara məxsusdur”, - deyə Türkiyə Prezidenti xüsusi vurğulayıb və qonşu ölkənin birliyi və ərazi bütövlüyünün əhəmiyyətini qeyd edib.

“Suriyanın sabitliyi bütün regionun rifahı üçün son dərəcə vacibdir”, - deyə Prezident əlavə edib və bildirib ki, Türkiyənin yerləşdiyi regionda terrorizm dövrü artıq başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir YENİLƏNƏCƏK

19:56
20 Yanvar

Türk politoloq: Qarabağ Zəfərindən sonra Azərbaycan regionda güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirib  

19:52
20 Yanvar

Qar içində parlayan şəhər: Ağdamın qış mənzərələri 

19:46
20 Yanvar

Kəlbəcərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib  

19:14
20 Yanvar

Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

18:57
20 Yanvar

ADSEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

18:38
20 Yanvar

Türkiyədə 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı mesajları yayımlanıb  

18:31
20 Yanvar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

18:21
20 Yanvar

Ukrayna səfiri: Azərbaycanın növbəti humanitar yardımı bizim üçün çox önəmlidir

18:02
20 Yanvar

Əksər yerlərdə yağıntılar intensiv və güclüdür – FAKTİKİ HAVA

17:44
20 Yanvar

Sumqayıtda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib  

17:29
20 Yanvar

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb 

17:26
20 Yanvar

Cəbrayıl və Zəngilanda qarlı hava şəraiti ilə bağlı qurumlar gücləndirilmiş rejimdə çalışır

17:21
20 Yanvar

ANAMA-nın İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib  

17:19
20 Yanvar

Cəbrayıl və Zəngilanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

17:16
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNİB

17:13
20 Yanvar

Prezident: Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər  

17:07
20 Yanvar

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

17:01
20 Yanvar

Prezident İlham Əliyev: Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür  

16:53
20 Yanvar

Ağdamda “Şəhidlər" abidə kompleksi ziyarət edilib

16:41
20 Yanvar

Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük  

16:36
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!