01 Oktyabr 2024 14:50
660
İDMAN
A- A+
Qurban Qurbanov niyə məyusdur?

Qurban Qurbanov niyə məyusdur?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi son mətbuat konfransında Azərbaycan bölgələrində komandaların azlığından məyus olduğunu gizlətməyib. O bildirib ki, hadisələrə real baxmaq lazımdır: "Bu gün komanda sayını çoxaltmağa gücümüz yoxdursa... Sponsor tapa bilmiriksə, danışmaqla düzələn deyil. Futbolu millətimizə sevdirməliyik. Bu gün Ehtiram Quliyevə təşəkkür edirəm. İmkanı var, komanda yaradıb, nəsə Azərbaycan futboluna fayda vermək istəyir. Belə insanların sayı çox olmalıdır. Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır". 

Q.Qurbanov onu da deyib ki, çempionatda 16-18 komanda olmasını çox istəyir: "İstəyirdim ki, komanda bir gün Bakıda, bir gün Lənkəranda, bir gün Zataqalada, Gəncədə oynasın. Onda futbolun başqa ləzzəti olacaq. Futbol daha çox seviləcək. Bakının içindəyik, 2-3 dəfə kənara çıxırıq".

Q.Qurbanov üzgün olduğunu da gizlətməyib. O deyib: "Özüm də üzgünəm, bəlkə də düşündüklərimi, istədiklərimi həyata keçirə bilmirəm. Çox ağır söhbətdir. Ətrafında çox danışmaq olar. Ümid edək ki, yaxşı olacaq".

Elçin CƏFƏROV,

“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

17:29
06 Yanvar

Naxçıvanın daxili işlər orqanlarına müasir texnologiyalarla təchiz edilmiş avtomobillər verilib  

17:29
06 Yanvar

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

16:58
06 Yanvar

Türkiyədə hərbi dəniz təlimləri keçiriləcək

16:57
06 Yanvar

“Araz-Naxçıvan” Avstriya və Türkiyədə çıxış edən braziliyalı ilə danışıqlar aparır

16:56
06 Yanvar

Juninyo “Sevilya” klubu ilə müqavilə imzalayacaq

16:55
06 Yanvar

Yunanıstanda 4 günlük matəm elan edilib

16:54
06 Yanvar

IFJ: 2024-cü ildə 122 jurnalist öldürülüb

16:53
06 Yanvar

“Whatsapp” dəstək çatı funksiyasını təqdim etməyə hazırlaşır

16:50
06 Yanvar

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

16:47
06 Yanvar

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugedən

16:47
06 Yanvar

Pakistanda baş verən avtobus qəzası nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb

16:46
06 Yanvar

Bələdiyyə seçkiləri üçün 25 min 685 yerli müşahidəçi akkreditasiyadan keçib

16:45
06 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 174 nəfərdir  

16:44
06 Yanvar

İslamabadda “Bakıdan Belenə gedən yol” adlı Post-COP29 dialoqu keçirilib

16:43
06 Yanvar

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb

16:42
06 Yanvar

Tokayev metapnevmovirusla bağlı ajiotaj yaratmamağa çağırıb

16:41
06 Yanvar

Miqrasiya Xidməti Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib

16:41
06 Yanvar

Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir 

15:52
06 Yanvar

Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub 

15:51
06 Yanvar

ATƏT PA prezidenti Gürcüstana səfərini təxirə salıb

15:51
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!